Dağıntılar altında qalan Elif zəlzələdən 2 gün qabaq hazırlıq görübmüş - FOTOLAR
Türkiyədə zəlzələ bölgəsində dağıntılar altında xilasetmə işləri davam etdiyi vaxtda hər gün ürəkağrıdan yeni hekayələr ortaya çıxır.
BiG.AZ türk mətbuatına istinadən xəbər verir ki, Kahramanmaraşda 12 yaşlı Elif Rabia Akat adlı qız ötən şənbə günü evdə zəlzələ çantası hazırlayıbmış. Həmin anları mobil telefon kamerası ilə lentə alan Elif videonu Elazığda universitet tələbəsi olan 21 yaşlı qardaşı Enes Melih Akata göndərib. Videonun çəkilişindən 2 gün sonra meydana gələn 7,7 ballıq zəlzələ nəticəsində Elif atası polis məmuru Mehmet və anası Eda Akatla birlikdə uçan binanın dağıntıları arasında qalıb.
Pazarcık rayonunda olan 7,7 bal gücündə zəlzələdə Kahramanmaraş Polis İdarəsində çalışan polis məmuru Mehmet Akat və ailəsi Hayrullah qəsəbəsindəki 7 mərtəbəli Sabır mənzilinin uçması nəticəsində dağıntılar altında qalıb. O, həyat yoldaşı Eda Akat və qızı Elif Rabia ilə birlikdə yaşayıb. Elazığda yaşayan tələbə oğlu Enes Melih Akat zəlzələdən sonra telefonla əlaqə saxlaya bilmədiyi üçün ailəsinin yaşadığı Kahramanmaraş şəhərinə gəlib. Ailəsinin yaşadığı evin dağıldığını görən və onların dağıntılar altında qaldığını öyrənən Enes böyük sarsıntı yaşayıb. O, sakinlərlə birlikdə dağıntılar altında olan binada xilasetmə işlərinə qatılıb, lakin ailəsini hələ də tapa bilmir.
Gecə-gündüz ailəsindən ümidli xəbər gözləyən oğlan 2 gün əvvəl bacısı Elifin ona göndərdiyi videodan danışıb. Belə ki, şənbə gecəsi bacısı Elif Kaju adlı pişiyi üçün zəlzələ çantası hazırlayıb və bunu çəkərək görüntüləri qardaşına göndərib.
"Bacım videonu çəkərkən həssaslığı ilə məni sevindirdi. Etdiyi hazırlıqları ilə sanki zəlzələ olacağını hiss etmişdi. Bacım şənbə gecəsi mənə video göndərdi, sonra zəng edərək "Qardaş, mən zəlzələ çantası hazırlayıram. Zəlzələ zamanı biz özümüzə baxa bilərik, amma pişiyimiz bunu baca bilməz. Onun üçün ayrıca çanta hazırladım" dedi. Videoda bacımın çantaya pişiyimiz üçün yemək, dərman, jilet və yaxalıq qoyduğunu gördüm. Baxanda ona yenidən zəng vurub dedim ki, hər an zəlzələ ola bilər, amma gərək daima çantanı təzələyəsən. İki gün sonra zəlzələ baş verdi. Elə bil bacım zəlzələnin olacağını hiss edib. Zəlzələdən 2 gün əvvəl zəlzələ hazırlığı etmək kimin ağlına gələr? İndi anam, atam və bacımın dağıntılar altından sağ çıxması üçün dua edirəm" - deyə o bildirib.



Nuranə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2381 Tarix: 10 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto
"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey
07.11.2026 183 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır
07.11.2026 186 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"
"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A
07.11.2026 175 Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini
00:25 88 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi
07.11.2026 180 Bu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan
07.11.2026 223 Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video
Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri
00:07 100 Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR
TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir
00:09 117 Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl
07.11.2026 159