"Müşfiq ağıları"yla bağlı İran təxribatı! - AÇIQLAMA

"Müşfiq ağıları"yla bağlı İran təxribatı! - AÇIQLAMAƏməkdar İncəsənət Xadimi Cavanşir Quliyevin Xalq şairi Sabir Rüstəmxanlının liberottosu əsasında bəstələdiyi "Müşfiq ağıları" əsəri ilə bağlı təxribat edilib.

Belə ki, oratoriyadan bir hissə konteksdən çıxarılaraq sosial şəbəkələrdə paylaşılıb.

OLAY yazır ki, mövzu ilə bağlı açıqlama yayan "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-dən bildirilib ki, bu İranın Azərbaycana qarşı informasiya hücumudur:

"Bu gün İran dövlətinin Azərbaycana qarşı siyasəti və qərəzli mövqeyi media müstəvisində də davam edir. "İranlı həmkarlarımız" bu yolda jurnalist adına və etikasına yaraşmayan bütün metodlara əl atır. Təhqirdən tutmuş, dezinformasiyaya qədər… Növbəti addım isə "Mədəniyyət" kanalında yayımlanan və Mikayıl Müşfiqin faciəvi taleyinə həsr olunmuş "Müşfiq ağıları" adlı oratoriyadan bir hissəni kəsib paylaşmaq oldu. Həmin hissədə Sovet Sosialist Respublikaları İttifaqı dönəmində rejimin Azərbaycanda din əleyhinə təbliğatı, İslam dini ilə mübarizəsi yer alır. İran mediası məhz 28 saniyədən ibarət həmin hissəni kəsərək Azərbaycanı İslam dininə, məscidlərə, azana qarşı mübarizə aparmaqda ittiham edir.

"Müşfiq ağıları"yla bağlı İran təxribatı! - AÇIQLAMABu ittiham həm gülməli, həm də ağlamalıdır. Əvvəla, müsəlmanlara qarşı soyqırımı, terror siyasəti həyata keçirən Ermənistanı Quran ayələri ilə qarşılayan, məscidlərin darmadağın edilməsinə, orada donuz saxlanılmasına bir dəfə də olsa, səsini çıxarmayan, bu gün də xalqına, xüsudən də Cənubi azərbaycanlılara qarşı repressiyalara ara verməyən İran dövlətinin kimisə, o cümlədən də Azərbaycanı İslam dininə xəyanətdə ittiham etməyə haqqı varmı? Ermənipərəst İran rejimini başa düşdük, məsələnin ən acınacaqlı tərəfi odur ki, daxildəki bəzi İranyönümlü dairələr də fars rejiminin dezinformasiya siyasətinə dəstək verir, araşdırma aparmamış Mədəniyyət TV-yə hücuma keçirlər. Odur ki, məsələnin mahiyyətini bir daha izah edirik. 2022-ci ilin 14 oktyabr tarixində Bakıdakı Dövlət Akademik Filarmoniyasında Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin yaradıcılıq gecəsi keçirilib. Konsert Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən təşkil olunub.

"Müşfiq ağıları"yla bağlı İran təxribatı! - AÇIQLAMAMusiqili gecədə repressiya qurbanı olan şair Mikayıl Müşfiqin faciəvi taleyinə həsr olunmuş "Müşfiq ağıları" adlı oratoriya ilk dəfə təqdim olunub. Librettosunun müəllifi Xalq şairi Sabir Rüstəmxanlının olduğu əsərin dirijoru Mustafa Mehmandarov olub. Əsəri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və bədii rəhbəri Gülbacı İmanova olan Azərbaycan Dövlət Xor Kapellası ifa edib, əsərin ideoloji xətti SSRİ-nin İslam dininə qarşı mübarizəsi, Azərbaycan ziyalılarını da əsasən din pərdəsi altında repressiyaya məruz qoymasıdır. "Müşfiq ağıları" adlı oratoriyadan məhz həmin hissəni - 28 saniyəlik parçanı çıxarıb yaymaq isə ictimaiyyəti çaşdırmaqdan başqa bir şey deyil. Əsərin ümumi məzmunundan xəbərdar olmaq üçün isə Mədəniyyət TV olaraq həmin oratoriyanın tam variantını təqdim edirik. Sonda isə bir daha bildiririk ki, bu gün "Azərbaycan Televiziya və Radio Veriişləri" QSC olaraq dövlətimizə, xalqımıza qarşı yürüdülən informasiya təxribatlarının ön cəbhəsində mübarizə aparırıq və bu mübarizədə QSC-nin bütün kollektivi səfərbərdir. İctimaiyyətimizdən isə dezinformasiyalara inanmamağı, feyk məlumatlara dəstək verməməyi, indiki həssas məqamda hər bir informasiyanı araşdırmadan fikir bildirməməyi xahiş edirik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1426   Tarix: 09 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

ABŞ-nin BƏƏ-dəki səfirliyi Yaxın Şərqdəki amerikalıları yüksək sayıqlığa çağırıb

ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi artan silahlı hücum təhlükəsi səbəbindən Yaxın Şərqdəki ABŞ vətəndaşlarını yüksək sayıqlıq nümayiş etdirməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi bəyanatında bildiirlib. Səfirlik təhlükəni Yəmən husilərini

07.11.2026 175
.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

00:19 92
.

Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi

07.11.2026 180
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

07.11.2026 136
.

"Real Madrid" Yaponiya millisinin qapıçısını izləyir

"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir. "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektiv

07.11.2026 174
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

07.11.2026 181
.

Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın

07.11.2026 168
.

Almaniya Ukraynaya "Patriot" göndərməyəcək

Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya "Patriot" zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius "Funke" media qrupuna müsahibəsində bildirib. "Xüsusil

07.11.2026 124
.