"Bəzi insanlar yardım edənlərə, yardım toplayanlara ağız büzürlər"

"Bəzi insanlar yardım edənlərə, yardım toplayanlara ağız büzürlər""Bəzi insanlar yardım edənlərə, yardım toplayanlara ağız büzürlər. Amma anlamırlar ki, zərər çəkənlərin hələ uzun müddət yardıma - uşaq qidalarına, uşaq və qadın təmizlik məhsullarına, bezlərə, it qidalarına və s ehtiyacları olacaq. Bəli, hələ ki, isinmək üçün üst geyimlərinə və adyallara da ehtiyac var! Sadaladıqlarım çox sürətlə tükənən əşyalardır deyə hələ də yardım kompaniyaları davam edir, edəcək, etməlidir".

OLAY yazır ki, bu sözləri feybsukda uzun illərdir Amerikada yaşayan keçmiş aparıcı Günel Hümbətova paylaşıb. Türkiyəyə göndərilən yardımlardan bəhs edən Günel bu kampaniyanın davam etdirilməli olduğunu vurğulayıb:

"Bəli, Türkiyə özü tekstil istehsal edən ölkədir və gördüyüm qədərilə istehsalçılar da yardımlar edirlər. Amma insan sayı, zərərçəkən sayı 10 minlərlədir. İnsanların belə anlarda yardıma qaçmağı çox gözəldir! Oturub "xeyir ola, şirkətlər etsin də mən niyə edirəm" və ya "dövlət özü öhdəsindən gəlsin də" demədikləri üçün insandılar. Bunu dərk edə bilməyənlər də var, gördüyüm qədərilə… Bu an ondan bundan ummaq və tələb etmək, məntiq axtarışına çıxmaq zamanı deyil. Bu an sadəcə insanlıq göstərmək zamanıdır. İnsanların insana, psixoloji dəstəyə, kurtkanın cibindən çıxan "qorxmayın, ürəyimiz sizinlədir" məktublarına da ehtiyacları var. Bir də ki, hadisə hələ indi baş verib! Mən əminəm ki, hotellər də qapılarını açacaqlar, insanlar evakuasiya da olunacaqlar. Bu bir iki sutkanın işi deyil. Yardımı fakt səfirliklər qəbul edir. Hətta burada, Nyu-Yorkda da yardım toplanır onlar üçün. Bu normaldır".

Qeyd edək ki, müğənni Nura Suri ötən gün "Belə həssas bir vaxtda bəlkə düzgün deyil bunları yazmaq, amma düşündükcə pis oluram. Suallar məni boğur. Türkiyədə o qədər hotellər var, zəlzələdə evlərini itirənləri niyə orada yerləşdirmirlər, niyə qalıblar küçədə soyuqda? O qədər xəstəxanaları var, dünyaya göz dağı verə biləcək hərbçiləri, əsgərləri var, niyə onları xilasedici kimi göndərmirlər?" fikirlərini paylaşmışdı.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1219   Tarix: 09 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kobaxidze: "Gürcüstan müxalifəti xarici qüvvələrin göstərişi ilə hərəkət edir"

Gürcüstan müxalifəti xarici qüvvələrin göstərişi ilə Rusiyaya qarşı mənfi münasibət formalaşdırıb. xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze özünün "Facebook" hesabında paylaşım edib. Baş nazir bildirib ki, "vətəni olmayan" bəzi Gürcüstan vətəndaşlarının ürəy

10:49 150
.

Şirin və yetişmiş qarpızı seçməyin sadə üsulları

Qarpız yay mövsümünün ən sevilən meyvələrindən biridir. Lakin iri və gözoxşayan görünən hər qarpızın şirin olacağına zəmanət yoxdur. xəbər verir ki, yetişməmiş, sulu və ya həddindən artıq yetişmiş qarpız almaq istəmirsinizsə, bəzi vacib məqamlara diqqət yetirmək kifayətdir. Qarpız mövsümü nə vaxt başlayır?

04.08.2026 322
.

Tibbdə süni intellekt: Diaqnoz qoyan yox, həkimə kömək edən texnologiya

"Tibb sahəsində süni intellektin Azərbaycanda tətbiqi mümkündür və bunun üçün zəruri rəqəmsal infrastruktur tədricən formalaşır. Təsadüfi deyil ki, ölkədə qəbul olunmuş 2025-2028-ci illər üzrə Süni İntellekt Strategiyası çərçivəsində səhiyyədə tibbi məlumatların vahid informasiya mühitində inteqrasiyas

15:43 67
.

Ukraynaya gecə hücumu: Zelenski son vəziyyəti açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev və ətraf bölgələrə gecə saatlarında həyata keçirilən kütləvi hava hücumu ilə bağlı açıqlama verib. xəbər verir ki, o, bununla bağlı Telegram kanalında paylaşım edib. Zelenskinin sözlərinə görə, hücum zamanı Ukrayna ərazisinə 24 ballistik raket, 4 "Tsirkon"

12:50 176
.

Dələduzluğa görə hansı hallarda cinayət işi açılır?

"Vətəndaşlara qarşı dələduzluq əməli törədildiyi hallarda hüquq-mühafizə orqanları hadisəni araşdırır və dəymiş ziyanın məbləğindən asılı olaraq təqsirkar şəxsin qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunmasını təmin edir. Dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakın

15:39 70
.

Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi

Ötən il sentyabrın 25-də Xaçmazın Mürşüdoba kəndində 1973-cü il təvəllüdlü İlham Hüseynovu öldürən Orxan Hacıbəlyevin məhkəməsi yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində 34 yaşlı O.Hacıbəlyevə hökm oxunub. Məlum olub ki, Orxan qayınatasını bir yumruq zərbəs

11:52 185
.

"Veysəloğlu MMC"nin "Dost Əllər" layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib

"Veysəloğlu MMC" sosial məsuliyyət istiqamətində həyata keçirdiyi layihələrlə cəmiyyətin müxtəlif qruplarının inkişafına dəstək göstərməyə davam edir. Şirkətin həyata keçirdiyi "Dost Əllər" layihəsi çərçivəsində, Dr. Oetker markasının tərəfdaşlığı ilə Kaşalata Cafedə neyromüxtəlifliy

12:05 165
.

Keyfiyyətli insan kapitalı iqtisadiyyatın əsas dayağıdır

"Doğum səviyyəsinin azalmasını avtomatik şəkildə iqtisadi fəlakət kimi qiymətləndirmək düzgün yanaşma deyil. Müasir dövrdə dövlətlərin inkişaf səviyyəsi təkcə əhalinin sayı ilə deyil, insan kapitalının keyfiyyəti, innovasiya potensialı və əmək məhsuldarlığı ilə müəyyən olunur. Buna görə də əsa

14:40 104
.

Tanınmış həkimin səs yazısı yayıldı - Qanunsuz pul alır?

Sumqayıt Tibb Mərkəzində çalışan tanınmış uşaq kardioloqu Elnur İmanovun səsinin yer aldığı iddia olunan audioyazı yayılıb. "Qafqazinfo" Bakupost-a istinadla xəbər verir ki, audioyazıda icbari tibbi sığorta ilə müraciət edən xəstələrdən exokardioqrafiya müayinəsinə görə ödəniş tələb edildiy

04.08.2026 342
.

TOP MP3