Bakıda oğul bayram günü atasını döyə-döyə öldürdü - TƏFƏRRÜAT + FOTO

Bakıda oğul bayram günü atasını döyə-döyə öldürdü - TƏFƏRRÜAT + FOTO2021-ci il martın 22-də Buzovna qəsəbəsi, Dəmir Yolu küçəsində 1954-cü il təvəllüdlü Ramiz Kərimov vəfat edir. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları meyitin üzərindəki zorakılıq əlamətlərinin səbəbini soruşub. Mərhumun arvadı və oğlu onun yüksək təzyiqi olduğundan, həmçinin bayram günü spirtli içki qəbul etdiyindən həyətdə yıxılaraq xəsarət aldığını deyiblər.

Həkim şübhəli ölümlə bağlı Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin növbətçi hissəsinə məlumat verib.

Həmin gün şübhəli şəxs qismində mərhumun oğlu, Bakı şəhər sakini 1983-cü il təvəllüdlü İlqar Kərimov saxlanılıb.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Bakıda oğul bayram günü atasını döyə-döyə öldürdü - TƏFƏRRÜAT + FOTOHadisə üzrə cinayət işi

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Ramiz Kərimov mütəmadi münaqişə yaradıb, ailə üzvlərinə qarşı nalayiq ifadələr işlədib. Martın 20-də axşam o, spirtli içki qəbul etdikdən sonra arvadı Tamilla Kərimovadan yenidən spirtli içki gətirməsini tələb edib. Arvadı imtina edəndə Ramiz Kərimov həyat yoldaşını döyüb. Oğlu İlqar Kərimov araya girib atasını sakitləşdirməyə çalışarkən, atasının onu söyməsindən hiddətlənib. Ramiz Kərimova yumruqla zərbələr vuraraq onu yerə yıxıb. Hadisədən sonra, anası ev şəraitində ağrıkəsici tibbi vasitələrdən istifadə edib. İlkin yardım göstərməsinə baxmayaraq, R.Kərimov martın 22-i səhər saat 06-da ölüb.

İş üzrə dindirilmiş İlqar Kərimov bildirib ki, bacısı 16 il əvvəl ailə həyatı qurub, həmin vaxtdan o, valideynləri ilə birlikdə qalıb. Atası son 12 ildə daim spirtli içki qəbul edib və ailədə söz-söhbət yaradıb:
Bakıda oğul bayram günü atasını döyə-döyə öldürdü - TƏFƏRRÜAT + FOTOİlqar Kərimov

"Ramiz Kərimovun hərəkətləri bizi hövsələdən çıxarsa da, bir dəfə də olsun ona heç kim əl qaldırmadı. Təzyiqi olduğundan ara-bir müvazinətini itirib, yıxılsa da, heç vaxt həkimə müraciət etməmişdi. Martın 20-də axşam bayram süfrəsinə əyləşdik. Spirtli içki qəbul edəndən sonra atam anama marketdən araq alıb gətirməsini dedi. Anam atama spirtli içkini az qəbul etməsini, bu qədər içməklə canına qəsd etdiyini və araq almayacağını bildirdi. Bundan əsəbiləşən Ramiz Kərimov anamı söyməyə başlayanda, onu sakitləşdirməyə çalışdım. Amma atam məni itələdi, masada olan boşqabı götürüb anamın başına çırpdı.

Anamın alnından qan axdığını görüb bir anlıq etdiyim hərəkəti fikirləşmədən, atamın sağ gözünə yumruqla zərbə vurdum. Zərbədən atam arxaya getdi və divanda oturdu. Həyətə çıxıb bir az özümə gələndən sonra yenidən evə keçdim və anama özümdən asılı olmayaraq atamı vurduğumu söylədim. Anam mənə darıxmamağımı və hər şeyin yaxşı olacağını dedi. Ayın 22-də səhər atam özünü narahat hiss etdi və qəflətən halı pisləşdi. Dərhal Təcili Tibbi Yardım stansiyasına zəng edib məlumat verdik. Həkimlər müayinə edib atamın öldüyünü bildirdilər. Mərhumun üzündə və bədənində xəsarǝtlər olduğu üçün həkimlər polisə məlumat verdilər. Atamın üzünə yumruqla zərbə vurduğumu polis əməkdaşlarına bildirmədim. Atamın meyiti patoloji anatomiya şöbəsində müayinə edildikdən sonra bizə təhvil verildi. Həmin gün şübhəli şəxs qismində saxlanıldım".
Bakıda oğul bayram günü atasını döyə-döyə öldürdü - TƏFƏRRÜAT + FOTORamiz Kərimovun meyiti

Zərərçəkmiş şəxsin hüquqi varisi Saidə Allahverdizadə ifadəsində göstərib ki, ailəvi olaraq nə qədər çalışsalar da, atasının spirtli içki qəbul etməsinə mane ola bilməyiblər:

"Dəfələrlə atamın hərəkətlərindən bezən anam və qardaşım İlqar küsüb bizim, həmçinin qohumların evinə gedirdilər. Qardaşım tərbiyəli, mehriban və öz hərəkətlərinin yerini bilən insandır. Martın 20-də oğlum Ramazan bayram axşamı nənəsigildə olub. Oğlumun sözlərinə görə, atam anamı təhqir edib və boşqabla vuraraq, başına xəsarət yetirib. Buna dözməyən İlqar yumruqla atamın üzünə zərbələr vurub.

Ayın 22-də anam ev telefonuma zəng vuraraq, atamın təzyiqdən vəfat etdiyini xəbər verdi. Atamgilə gedəndə, anam və qardaşım bildirdilər ki, atam ölməmişdən əvvəl gecə müvazinətini itirib yerə yıxılıb. Üzündəki xəsarətlərin bunun nəticəsində əmələ gəldiyini dedilər. Polis əməkdaşları atamın ölümündə qardaşımı təqsirkar hesab edib saxlayıblar".

Bakıda oğul bayram günü atasını döyə-döyə öldürdü - TƏFƏRRÜAT + FOTOİttiham aktı

Şahid qismində dindirilmiş Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin təhqiqatçısı Fariz Məmmədov ifadəsində göstərib ki, martın 22-də Təcili Tibbi Yardım Stansiyasından daxil olan məlumat əsasında, əməliyyat qrupu ilə birlikdə Buzovna qəsəbəsinə yollanıb:

"Ramiz Kərimovun təzyiq xəstəliyi ilə bağlı martın 20-də yıxılaraq xəsarət alması və 2 gündən sonra ölməsi bildirilib. Mərhumun üzündəki xəsarətlərdən şübhələndim. Çünki onlar hündürlükdən yıxılma nəticəsində əmələ gələn xəsarətlərə oxşamırdı. Elə təəssürat yarandı ki, sanki sağlığında kənar şəxs onun üzünə zərbələr vurub. Ona görə də rayon prokurorluğuna zəng edib məlumat verdim. Prokurorluq əməkdaşları gələndən sonra meyit daxili müayinə edilməsi üçün patoloji anotomiya şöbəsinə göndərildi. Ramiz Kərimovun oğlu və arvadı şöbəyə dəvət olundular. Sorğu-sual olunan İlqar Kərimov etiraf etdi ki, ayın 20-də ailə münaqişəsi zamanı atasına yumruqla xəsarətlər yetirib".
Bakıda oğul bayram günü atasını döyə-döyə öldürdü - TƏFƏRRÜAT + FOTORamiz Kərimov

Məhkəmə Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə həmin maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin etməsini əsaslı və ədalətli hesab edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Kərimov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətiə azadlıqdan məhrum olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1300   Tarix: 09 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kobaxidze: "Gürcüstan müxalifəti xarici qüvvələrin göstərişi ilə hərəkət edir"

Gürcüstan müxalifəti xarici qüvvələrin göstərişi ilə Rusiyaya qarşı mənfi münasibət formalaşdırıb. xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze özünün "Facebook" hesabında paylaşım edib. Baş nazir bildirib ki, "vətəni olmayan" bəzi Gürcüstan vətəndaşlarının ürəy

10:49 150
.

Şirin və yetişmiş qarpızı seçməyin sadə üsulları

Qarpız yay mövsümünün ən sevilən meyvələrindən biridir. Lakin iri və gözoxşayan görünən hər qarpızın şirin olacağına zəmanət yoxdur. xəbər verir ki, yetişməmiş, sulu və ya həddindən artıq yetişmiş qarpız almaq istəmirsinizsə, bəzi vacib məqamlara diqqət yetirmək kifayətdir. Qarpız mövsümü nə vaxt başlayır?

04.08.2026 322
.

Tibbdə süni intellekt: Diaqnoz qoyan yox, həkimə kömək edən texnologiya

"Tibb sahəsində süni intellektin Azərbaycanda tətbiqi mümkündür və bunun üçün zəruri rəqəmsal infrastruktur tədricən formalaşır. Təsadüfi deyil ki, ölkədə qəbul olunmuş 2025-2028-ci illər üzrə Süni İntellekt Strategiyası çərçivəsində səhiyyədə tibbi məlumatların vahid informasiya mühitində inteqrasiyas

15:43 67
.

Ukraynaya gecə hücumu: Zelenski son vəziyyəti açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev və ətraf bölgələrə gecə saatlarında həyata keçirilən kütləvi hava hücumu ilə bağlı açıqlama verib. xəbər verir ki, o, bununla bağlı Telegram kanalında paylaşım edib. Zelenskinin sözlərinə görə, hücum zamanı Ukrayna ərazisinə 24 ballistik raket, 4 "Tsirkon"

12:50 176
.

Dələduzluğa görə hansı hallarda cinayət işi açılır?

"Vətəndaşlara qarşı dələduzluq əməli törədildiyi hallarda hüquq-mühafizə orqanları hadisəni araşdırır və dəymiş ziyanın məbləğindən asılı olaraq təqsirkar şəxsin qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunmasını təmin edir. Dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakın

15:39 70
.

Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi

Ötən il sentyabrın 25-də Xaçmazın Mürşüdoba kəndində 1973-cü il təvəllüdlü İlham Hüseynovu öldürən Orxan Hacıbəlyevin məhkəməsi yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində 34 yaşlı O.Hacıbəlyevə hökm oxunub. Məlum olub ki, Orxan qayınatasını bir yumruq zərbəs

11:52 185
.

"Veysəloğlu MMC"nin "Dost Əllər" layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib

"Veysəloğlu MMC" sosial məsuliyyət istiqamətində həyata keçirdiyi layihələrlə cəmiyyətin müxtəlif qruplarının inkişafına dəstək göstərməyə davam edir. Şirkətin həyata keçirdiyi "Dost Əllər" layihəsi çərçivəsində, Dr. Oetker markasının tərəfdaşlığı ilə Kaşalata Cafedə neyromüxtəlifliy

12:05 165
.

Keyfiyyətli insan kapitalı iqtisadiyyatın əsas dayağıdır

"Doğum səviyyəsinin azalmasını avtomatik şəkildə iqtisadi fəlakət kimi qiymətləndirmək düzgün yanaşma deyil. Müasir dövrdə dövlətlərin inkişaf səviyyəsi təkcə əhalinin sayı ilə deyil, insan kapitalının keyfiyyəti, innovasiya potensialı və əmək məhsuldarlığı ilə müəyyən olunur. Buna görə də əsa

14:40 104
.

Tanınmış həkimin səs yazısı yayıldı - Qanunsuz pul alır?

Sumqayıt Tibb Mərkəzində çalışan tanınmış uşaq kardioloqu Elnur İmanovun səsinin yer aldığı iddia olunan audioyazı yayılıb. "Qafqazinfo" Bakupost-a istinadla xəbər verir ki, audioyazıda icbari tibbi sığorta ilə müraciət edən xəstələrdən exokardioqrafiya müayinəsinə görə ödəniş tələb edildiy

04.08.2026 342
.

TOP MP3