"Tikinti normalarına riayət etmək hər kəsin borcudur"

"Tikinti normalarına riayət etmək hər kəsin borcudur""Ümumiyyətlə dünyanın istənilən ölkəsində demək olar ki, binaların tikintisi müvafiq standartlara uyğun olaraq qəbul edilməlidir. Və qəbul edildikdən sonra rəsmi qurumlar, eyni zamanda həmin binanı tikən şəxslər, şirkətlər məsuliyyət daşıyır. Tikinti-quraşdırma işlərinin aparılması ilə bağlı Azərbaycanda kifayyət qədər qanunlar var. Mülkiyyətdən istifadə və icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti-quraşdırma işləri aparmaq cinayət hesab olunur. Bundan başqa, xüsusilə özbaşına tikinti işləri aparmaq və müvafiq icra hakimiyyəti orqanlarının razılığı olmadan tikinti işləri aparmaq məsuliyyətə səbəb olur".

Bunu BiG.AZ-a açıqlamasında hüquqşünas Şamil Paşayev deyib.

Hüquqşünas bildirib ki, tikinti işlərinin aparılması ilə bağlı mütləq şəkildə şəhərsalma qaydaları, təhükəsizlik qaydalarının qorunması lazımdır:

"Tikinti işlərinin aparılması zamanı təhükəsizlik qaydalarının pozulmasında tikintinin planlaşdırılması, rəhbərlik edilməsi, tikinti obyektlərinin sökülməsi, yenidən qurulması zamanı, eləcə də mədən işlərində təhlükəsizlik qaydalarının pozulması ilə insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda, iki və daha çox adamın ölümünə səbəb olduqda cinayət məsuliyyəti yaradır. Eyni zamanda müvafiq icazə almadan mühafizə zonasında tikinti-quraşdırma işləri aparmaq cinayət məsuliyyəti yaradır.

Tikinti işlərinin aparılması ilə bağlı mütləq şəkildə şəhərsalma qaydaları, təhükəsizlik qaydalarının qorunması lazımdır. Buna məsul olan qurumlar var, onlardan icazə almaq lazımdır. Bunu düzgün həyata keçirmək lazımdır ki, gələcəkdə bu kimi hallar və problemlər baş verməsin. Vəzifəli şəxslər də əgər bu kontekstdə öz vəzifə səlahiyyətləri ilə bağlı üzərinə düşəni etmədikdə burada onlar da vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, eyni zamanda səhlənkarlıq cinayətinin subyekti ola bilərlər.

Qanunvericiliklə müəyyən olunmuş qaydada qanunvericilik qaydalarını pozmaqla aparılan tikinti işlərinin qarşısının alınmaması məsuliyyətə səbəb olur. Burada həm vətəndaşların, həm şirkətlərin və şirkətlərin vəzifəli şəxslərinin, dövlət qurumlarının vəzifəli şıxslərinin məsuliyyəti ehtimalı var. Tikinti normalarına riayət etmək təbii ki, hər kəsin borcudur".

Qeyd edək ki, fevralın 6-sında Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələ nəticəsində dağılan binaların keyfiyyətsiz olması və zəlzələ kimi təbiət hadisələrinə davamlı olmaması fikirləri səsləndirilir. Bu, zəlzələ zamanı dağıntıların çox olmasının başlıca səbəblərindən biri kimi göstərilir.

Son statistik məlumata görə, Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı 8 mini ötüb, 49 min 133 nəfər yaralı var və 6444 bina dağılıb.

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 801   Tarix: 08 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kriştiano Ronaldo və Corcina Rodriqesin toyu: yayın ən çox gözlənilən hadisəsi ilə bağlı yeni detallar

Məşhur futbolçu nişanlısı ilə doğulub böyüdüyü adada evlənməyi planlaşdırır. Ötən il avqustun 11-də məşhur portuqaliyalı futbolçu Kriştiano Ronaldo doqquz illik görüşdən sonra sevgilisi, 32 yaşlı model Corcina Rodriqesə evlilik təklifi edib və ona ekspertlərin 5 milyon dollar dəyərində qiymətləndirdiy

04.08.2026 333
.

Müəllimlərin yataqxana ərazisində yanğın - Video

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müəllimlər üçün nəzərdə tutulan yataqxana ərazisindəki açıq sahədə yanğın olub. "Qafqazinfo"nun məlumatına görə, hadisə Ozan küçəsində qeydə alınıb. Ümumi sahəsi 1.5 ha olan ərazinin 500 kv.m-ə yaxın hissəsində quru ot, kol və 20 ağac yanıb. Hadis

15:27 79
.

Şirin və yetişmiş qarpızı seçməyin sadə üsulları

Qarpız yay mövsümünün ən sevilən meyvələrindən biridir. Lakin iri və gözoxşayan görünən hər qarpızın şirin olacağına zəmanət yoxdur. xəbər verir ki, yetişməmiş, sulu və ya həddindən artıq yetişmiş qarpız almaq istəmirsinizsə, bəzi vacib məqamlara diqqət yetirmək kifayətdir. Qarpız mövsümü nə vaxt başlayır?

04.08.2026 322
.

Ukraynaya gecə hücumu: Zelenski son vəziyyəti açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev və ətraf bölgələrə gecə saatlarında həyata keçirilən kütləvi hava hücumu ilə bağlı açıqlama verib. xəbər verir ki, o, bununla bağlı Telegram kanalında paylaşım edib. Zelenskinin sözlərinə görə, hücum zamanı Ukrayna ərazisinə 24 ballistik raket, 4 "Tsirkon"

12:50 176
.

Keyfiyyətli insan kapitalı iqtisadiyyatın əsas dayağıdır

"Doğum səviyyəsinin azalmasını avtomatik şəkildə iqtisadi fəlakət kimi qiymətləndirmək düzgün yanaşma deyil. Müasir dövrdə dövlətlərin inkişaf səviyyəsi təkcə əhalinin sayı ilə deyil, insan kapitalının keyfiyyəti, innovasiya potensialı və əmək məhsuldarlığı ilə müəyyən olunur. Buna görə də əsa

14:40 104
.

Deputatın qardaşı vəfat etdi

Milli Məclisin deputatı Səyyad Arana ağır itki üz verib. saytı xəbər verir ki, onun qardaşı Elcay Salahlı vəfat edib. Mərhumun ürəktutması nəticəsində dünyasını dəyişdiyi bildirilib. Allah rəhmət eləsin

10:59 164
.

Tokayev, Rəhmon və Mirziyoyevdən Paşinyana təbrik mesajı

Qazaxıstan, Tacikistan və Özbəkistan prezidentləri Qasım-Jomart Tokayev, Emoməli Rəhmon və Şavkat Mirziyoyev Ermənistanın Baş naziri Nikol Paşinyanı yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik ediblər. xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidməti - Aqorda "Telegram"

11:11 157
.

Kobaxidze: "Gürcüstan müxalifəti xarici qüvvələrin göstərişi ilə hərəkət edir"

Gürcüstan müxalifəti xarici qüvvələrin göstərişi ilə Rusiyaya qarşı mənfi münasibət formalaşdırıb. xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze özünün "Facebook" hesabında paylaşım edib. Baş nazir bildirib ki, "vətəni olmayan" bəzi Gürcüstan vətəndaşlarının ürəy

10:49 150
.

Peşə təhsilini ikinci seçim olmaqdan çıxarmağın vaxtıdır

"Cəmiyyətimizin uzun illərdir daşıdığı ən böyük psixoloji yüklərdən biri ali təhsil diplomunu uğurun yeganə açarı hesab etməsidir. "Ali təhsili olsun, ixtisasının fərqi yoxdur" düşüncəsi minlərlə gəncin real bacarıq və potensialını kölgədə qoymaqla yanaşı, əmək bazarında da ciddi disbalan

14:21 131
.

TOP MP3