Kompüter oyunlarından asılı qalan uşaqları nə gözləyir? - PSİXOLOQDAN XƏBƏRDARLIQ

Kompüter oyunlarından asılı qalan uşaqları nə gözləyir? - PSİXOLOQDAN XƏBƏRDARLIQOyunlar uşaqların inkişafı üçün vacib amildir. Amma texnologiyanın inkişafı uşaqları bu haqqından "məhrum edib". Virtual oyunlar real oyunların yerini alır. Mütəxəssislər virtual oyunların həqiqi oyunların yerini tutmadığını və bunun uşaqların sosiallaşmasına, psixologiyasına mənfi təsir etməsi ilə bağlı xəbərdarlıq edir.

Virtual oyunlardan asılılıq, yoxsa psixoloji problem?

BiG.AZ bildirir ki, bizim.media-nın mövzu ilə bağlı suallarını Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman - Klinik psixoloq Narınc Rüstəmova cavablandırıb.

Müsahibimiz bildirib ki, uşaqların virtual oyunlardan asılılığı son dövrlər geniş vüsət alıb və cəmiyyətdə aktual mözvular sırasındadır:

"Ümumiyyətlə, asılılıq psixoloji pozuntu kimi qəbul olunur və çox vaxt zərərli vərdişlərə, virtual oyunlara bağlılıq fonunda özünü göstərir. Mövzu ilə bağlı valideynlər mütəmadi olaraq psixoloqa müraciət edir, müxtəlif suallar ünvanlayır və çıxış yolunu öyrənmək istəyirlər.

Əvvəlcə qeyd etməliyəm ki, bu, psixoloji problemdir. Virtual oyunlardan asılı olan uşaqlar, yeniyetmələr və irəli yaşda olan insanlar birmənalı şəkildə peşəkar psixoloq dəstəyi almalıdırlar. Məsələn, valideynlər bildirir ki, "Övladım davamlı şəkildə virtual oyunlar oynayır, müdaxilə edə bilmirik. Müdaxilə etmək istədikdə isə uşağın aqressiv davranışları, kaprizləri ilə qarşılaşırıq".

Uşağın psixologiyasına zədə vurmadan bu vəziyyətdən düzgün çıxış yolu hansıdır?

Psixoloq bildirib ki, xüsusən 3 yaşından etibarən uşaqlarda virtual oyunlara maraq daha da artmağa başlayır. Yeniyetməlik dönəminə gəldikdə isə bu hal, demək olar ki, ən pik həddə qədər yüksələ bilir:

"Sual ünvanlana bilər ki, hansı uşaqlarda bu tip oyunlara maraq daha çox olur və getdikcə aslılıq vəziyyətini almağa başlayır?

Öncə onu vurğulamaq istərdim ki, insanın iki -ideal və real məni vardır. Yəni, realda olan insan, onun şəxsiyyəti, davranışı və digəri isə öz xəyalındakı, arzuladığı kimi şəxsiyyət olmasıdır. Ancaq bəzən baş verən hansısa proses insanın fikir və düşüncəsində ideal mən və real mən arasında toqquşma yaradır.

Bu zaman həmin insan real mənində aktuallaşdıra, həyata keçirə bilmədiyi arzuları ideal mənə köçürməyə və bu şəkildə hərəkət etməyə başlayır. Bu ideal mənin də təzahürləri daha çox virtual həyatda, müxtəlif virtual oyunlarda öz əksini tapır.

Başqa sözlə izah etsək, bu kimi hallar xüsusilə cəmiyyət içərisində özünə yer tapa bilməyən, təhsil və intellektual səviyyəsi zəif olan, ətrafı və ya ailə üzvləri ilə ünsiyyət problemi yaşayan, düzgün münasibət qura bilməyən, özgüvəni aşağı olan və s. kimi insanlarda özünü daha çox biruzə verir. Onlar daxilindəki fikirləri, sözləri real həyatda ifadə edə bilmədiyi üçün, bunları virtual söhbətlər, oyunlar və digərləri vasitəsilə etməyə çalışırlar".

Narınc Rüstəmova qeyd edib ki, onlar virtual oyunlar vasitəsilə özlərinə xəyallarındakı, olmaq istədikləri kimi bir obraz yaradır, ona ad qoyur və bu şəkildə hərəkət edir. Beləliklə, reallaşdırmaq istədiyi obrazı, şəxsiyyəti virtual da olsa, yaradır və sanki real həyatdaymış kimi davranır.

Şiddət görən uşaqlarda virtual dünyaya maraq yaranır...

Müsahibimiz vurğulayıb ki, psixoloji, fiziki şiddət görən, bağçada və ya məktəbdə təzyiqlərə məruz qalan, özünü müdafiə etməkdə çətinlik çəkən ya da ümumən özünü müdafiə edə bilməyən uşaqlarda da bu tip oyunlara maraq aydın müşahidə edilir: "Qeyd etmək istəyirəm ki, nəzər yetirsək görərik ki, belə uşaqlar virtual oyunlarda daha aqressiv, üsyankar tipli obrazlar yaradır və bu qəlibdən olan oyunlar oynamağa üstünlük verirlər. Onlar əslində bununla etiraz edə bimədikləri proseslərə və ya onlara təzyiq göstərən, fiziki cəhətdən güclü olan uşaqlara belə desək, kinini, nifrətini və aqressiyasını virtual oyunlarda canlandırdığı obraz ilə başqasını döyərək, oradakı digər obrazlara şiddət göstərərək nümayiş etdirirlər".

Uşaqları virtual dünyadan xilas etmək üçün nə etməli?

Müsahibimiz çıxış yollarından da danışıb:

"Əgər bir uşağın virtual oyunlardan aslılığı varsa, valideyn ilk növbədə övladının hansı tip oyunları oynadığını, oyunun süjet xəttinin nədən ibarət olduğunu, nəyi göstərdiyini və onun maraq dairəsində hansı tərzdə oyunların olduğuna diqqət yetirməlidir.

Bundan sonra onunla yaşına, psixologiyasına uyğun bir tərzdə, uyğun dildə söhbət etməli və övladını çəkindirməyə çalışmalıdır. Bunlar fayda vermirsə və zamanla asılılıq artırsa, mütləq bir şəkildə ixtisaslaşmış psixoloq dəstəyi alınmalıdır. Psixoloq uşağın oynadığı oyunların məğzinə, formasına, məqsədinə və digər faktorlara görə onun ideal mənində arzuladığı obrazları müəyyənləşdirir, onun psixikasına uyğun bir yol xəritəsi hazırlayır.

Psixoloji söhbətlər, seanslar və psixoloq dəstəyi sayəsində zamanla bu kimi problemlər korreksiya edilə bilir. Peşəkar psixoloq bilir ki, belə vəziyyətlərdə daha çox uşağın sosial həyatı üzərində işləmək ən vacib nüanslardadır.

Qeyd etdiyim kimi, burada problemin əsas köklərindən biri real həyatla və onun burada özünü aktuallaşdıra bilməməsi ilə bağlıdır. Ancaq burada bir önəmli faktor da var ki, belə uşaqların valideynləri onları vaxtında psixoloqa yönləndirməlidirlər. Virtual oyunlardan aslılıq irəli yaşlarda korreksiya edilməsi çətin hala gələ və uşaqların psixologiyasında müəyyən zədələr yarada bilər".

Aqressiv davranan valideynlərə xəbərdarlıq...

Müsahibimizin sözlərinə görə, bəzən valideynlər bu prosesdə aqressiv davranışlar sərgiləyir, oyundan ayrılmaları üçün uşaqlara təzyiq edir, hətta bir çox hallarda şiddət göstərirlər:

"Valideynlərin aqressiv davranışı məsələnin düzgün çıxış yolu deyil. Bu gün virtual oyunu əlindən alınan, ailəsi tərəfindən məhdudlaşdırılan bir uşaq növbəti dəfə əlinə ilk fürsət düşən kimi yenə də özünə virtual dünya, obrazlar yaratmağa və davamlı bu tip oyunları oynamağa başlayacaq.

İrəli yaşlarda və məktəb dönəmində bu hal daha da təhlükəli vəziyyətə gələ bilər, belə ki, uşaq dərslərindən yayınıb mütəmadi olaraq virtual oyun zallarına üz tuta bilər. Ona görə də, əksinə ailə həmin uşaqların sosial həyatda, cəmiyyətdə müəyyən yer tutmalarına, hər hansı bir fəaliyyət növündə; idmanla məşğul olmaq, rəsm çəkmək və s. kimi faydalı və onlara yaxşı təsir edəcək istiqamətlərə yönəlməsində dəstək olmalıdırlar.

Bununla da, valideynlər onların real həyatda istədiklərini, arzularını gerçəkləşdirməklə, yəni onların sosial həyatını bərpa etməklə bu tip oyunlardan uzaqlaşmalarına yardımçı olmuş olacaqlar".

Müsahibimiz vurğulayıb ki, valideynlərin və psixoloqun dəstəyindən sonra belə uşaqların ideal məni ilə real məni üst-üstə düşməyə başlayacaq. Bundan sonra onlar artıq virtual həyatda özlərinə dünya qurmaqdan, arzuladıqları obrazları yaratmaqdan uzaq duracaq və bir müddət sonra onu unudacaqlar.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1138   Tarix: 28 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İnfarktdan sağ çıxan yüzlərlə şəxsin dedikləri diqqət çəkdi

Yüzlərlə ürək tutmasından sağ çıxan şəxsin son yeməyi ilə bağlı aparılan araşdırma diqqətçəkən nəticələr ortaya qoyub. xəbər verir ki, kardioloq Oleq Varfolomeyev bildirib ki, tədqiqata cəlb olunan və ürək tutmasından sağ çıxan şəxslərin əksəriyyəti hadisədən bir neçə saat əvvəl ağır qidalar qəbul etdiklərin

21.06.2026 394
.

Qarpızın min dərdə dərman faydaları

Yayın ən sevilən meyvələrindən olan qarpız təkcə sərinləşdirici təsiri ilə deyil, sağlamlıq üçün faydaları ilə də diqqət çəkir. Axşam.az xəbər verir ki, tərkibinin təxminən 90 faizindən çoxu sudan ibarət olan qarpız orqanizmin maye balansını qorumağa kömək edir. Mütəxəssislərin sözlərinə görə, qarpızı

27.06.2026 183
.

Mənzillər üçün ən uyğun dolab növləri hansıdır?

Mənzillərdə istifadə olunan dolablar quruluşuna və təyinatına görə bir neçə kateqoriyaya bölünür. Ən çox rast gəlinən növlər qapılı dolablar, sürgülü qapılı dolablar, qarderob sistemləri, künc dolabları və çoxfunksiyalı dolablardır. Qapılı dolablar klassik modellər hesab olunur və daxili bölmələrə raha

24.06.2026 330
.

Gülən ölüm, su pərisi - Dünyada çox az adamda olan nadir xəstəliklər

Dünyada o qədər nadir xəstəliklər var ki, bəzilərinə milyardlarla insan arasında cəmi bir nəfərdə rast gəlinir. xarici mediaya istinadən xəbər verir ki, bu xəstəliklərin əksəriyyəti nadir genetik mutasiyalar nəticəsində yaranır və onların müalicəsi olduqca çətindir. 1. Progeriya (Hətçinson-Gilford sindromu)

28.06.2026 254
.

Sodayla ağ saçlardan qurtulmağın yolu

Ağ saçların yaranması yaşlanmanın təbii əlamətlərindən biridir və gec-tez demək olar ki, hər kəs bununla qarşılaşır. Lakin saçını tez-tez boyamaq istəməyənlər, xüsusilə ağ saçları az olan insanlar təbii qulluq üsullarına üstünlük verirlər. Xalq arasında uzun illərdir istifadə olunan vasitələrdən bir

28.06.2026 262
.

Qarpız seçərkən diqqət edilməli olanlar: Qarpıza vurmaq KÖHNƏ ÜSULDU

Qarpız alarkən sadəcə qabığına vurub çıxan səsi dinləmək artıq kifayət etmir. xəbər verir ki, daha dəqiq nəticə üçün bu xüsusiyyətlərə diqqət yetirin:. Sap hissəsi:. Qarpızın sapı quru və saralmış olmalıdır. Sapın ətrafındakı nazik tükcüklər tökülmüş olmalıdır. Sap hissəsinin ucuna doğru nazilməsi qarpızı

21.06.2026 426
.

ABŞ-də gözəllik kraliçası toyunun hesabını tam ödəmədiyi üçün məhkəməyə verilib

Özünü "Instagram" influenseri kimi təqdim edən və "Miss New York Elite" titulunun sahibi Keytlin Rouz Kennedi-Melanson 2025-ci ilin sentyabrında keçirilən dəbdəbəli toy mərasiminin hesabını tam ödəmədiyi iddiası ilə məhkəməyə verilib. bu barədə "New York Post" nəşrinə istinadə

27.06.2026 210
.

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

Alimlər müasir həyat tərzi ilə orqanizmin sürətlə qocalması arasında əlaqə aşkar ediblər. Yeni araşdırmaya görə, 1990-cı illərdə doğulan insanlar əvvəlki nəsillərlə müqayisədə daha sürətlə bioloji qocalır və bu, erkən yaşlarda xərçəng riskinin artmasına səbəb ola bilər. -ın xəbərinə görə, "Natur

28.06.2026 192
.

Əsla əkməməli olduğunuz 4 bitki: Evlərin təməlini belə çatladır

Bağınızı gözəlləşdirmək istəyərkən evinizi və digər bitkilərinizi təhlükəyə atırsınız. Aralıq dənizi bölgəsində və qonşu ölkələrdə tez-tez rast gəlinən Cənnət ağacı, Akasiya və Turş yonca kimi məşhur bitkilərin "istilaçı" üzü üzə çıxıb. xəbər verir ki, bağınızı istirahət məkanına çevirmək istəyərkə

27.06.2026 228
.

TOP MP3