Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan dörd nəfər saxlanılıb
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan dörd nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakinləri Rövşən Məmmədov və Mansur Mikayılov saxlanılıblar.
Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onların hər birindən narkotik vasitə olan heroin aşkar edilib.
Dindirilmə zamanı R.Məmmədov narkotik maddəni tanışı Ayaz adlı şəxsdən, M.Mikayılov isə Ramil adlı şəxsdən aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq rayon sakini, əvvəllər məhkum olunmuş Ayaz Qəribov saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxs də izahatında satış üçün əldə etdiyi narkotik maddəni tanışı Ramildən aldığını etiraf edib.
Şöbə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə A.Qəribov və M.Mikayılova narkotik vasitələri satan Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Məmmədov da saxlanılıb. İlkin dindirilmə zamanı həmin şəxs rayon ərazisində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 451 Tarix: 22 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Qızımın öldüyü yanğında bu şirkətin də təqsiri müəyyən edilib"
Yasamalda 3 nəfərin ölümünə səbəb olan yanğında daha bir şirkətin təqsiri müəyyən edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə sözügedən faciədə həyatını itirən 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov məlumat yayıb. Vəkil qeyd edib ki, qızının ölümü ilə bağlı ekspertizanı
09.04.2026 629 Heç vaxt bəxti gətirməyən qadın 1 milyon dollar uddu
ABŞ-da Miçiqan lotereyasının Lotto 47 tirajlarının daimi iştirakçısı 1,1 milyon dollar udub. xarici mediaya istinadla bildirir ki, 65 yaşlı qalib lotereya başladığı vaxtdan bəri heç bir tirajı qaçırmayıb. O, onilliklər ərzində həftədə iki dəfə Lotto 47 biletləri alıb və uzun illər uğursuzluqlardan sonr
09.04.2026 456 Azərbaycanda 5G texnologiyası üçün tezlik zolaqları müəyyənləşdiriləcək
Azərbaycanda 5G texnologiyasının tətbiqi ilə bağlı Lisenziya Müqaviləsinə müvafiq əlavələr hazırlanacaq. "APA-Economics"in əldə etdiyi məlumata görə, ölkədə 5G texnologiyası üçün tezlik zolaqları müəyyənləşdiriləcək. Eyni zamanda bu zolaqların digər xidmətlərdən boşaldılması və operatorlar
09.04.2026 417 Türkiyədə daha 14 tanınmış şəxs narkotik ittihamı ilə saxlanıldı
Türkiyədə daha 14 məşhur şəxs istintaqa cəlb olunub. Qaynarinfo "Haber Global"a istinadən xəbər verir ki, onlar barəsində "narkotik və ya psixotrop maddələri satın almaq, qəbul etmək, saxlamaq, istifadə etmək və təmin etmək" maddələri ilə saxlanılma qərarı verilib. Saxlanılan şəxslə
09.04.2026 466 İsrail Hizbullah terror təşkilatının liderinin köməkçisini öldürdüyünü iddia edir
İsrail cümə axşamı günü Livanın paytaxtı Beyruta endirdiyi intensiv hava hücumları nəticəsində Hizbullah terror təşkilatının lideri Naim Qasımın köməkçilərindən birini öldürdüyünü bildirib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, qətlə yetirilən şəxsin Kassemin katibi və qardaşı oğlu Əl
09.04.2026 414 Rəqəmsal podium: TikTok-da Azərbaycan modellərinin yüksəlişi
Rəqəmsal kommunikasiya dövründə modellik fəaliyyəti yeni mərhələyə qədəm qoyaraq, rəqəmsal platformalar üzərindən daha geniş auditoriyaya çıxış imkanı qazanıb. Xüsusilə TikTok platforması modellər üçün yalnız vizual təqdimat məkanı deyil, eyni zamanda güclü PR və şəxsi brend quruculuğu alətinə çevrilib
09.04.2026 463 Moldova MDB-dən çıxdı
Moldova Respublikası Müstəqil Dövlətlər Birliyindən çıxıb. xəbər verir ki, ölkə prezidenti Maya Sandu bu barədə müvafiq fərman imzalayıb. Fərmana əsasən, təşkilatın təsis müqaviləsi, müvafiq protokollar və nizamnamə MDB-nin əsas sənədləri çərçivəsində ləğv edilib. Ötən ay Moldova hökuməti MDB-nin əsa
09.04.2026 452 "Şirkətin mənə 2800 manat borcu var" - İşçilər niyə yeddi aydır maaş ala bilmirlər? - VİDEO
Gəncə şəhərində su və kanalizasiya xətlərinin yenilənməsi layihəsinə cəlb olunan bir qrup işçi maaşlarının ödənilməməsindən şikayətçidir. xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir. Şikayətçilərin bildirdiyinə görə, onlar layihənin podratçısı olan "Maqro Construction" şirkət
09.04.2026 344 Tahir Gözel Müşahidə Şurasının sədri oldu
Azərbaycanın aparıcı sənaye qruplarından olan "Azərsun Holdinq"in idarəetməsində strateji dəyişiklik həyata keçirilib. "Qafqazinfo" xəbər verir ki, Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri vəzifəsinə Tahir Gözel təyin edilib. Bildirilib ki, bu dəyişiklik ailə biznesinin növbət
09.04.2026 439