"Əgər belə bir fakt varsa, vətənə xəyanətdir" – Deputat İrana torpaq verilməsindən DANIŞDI

"Əgər belə bir fakt varsa, vətənə xəyanətdir" – Deputat İrana torpaq verilməsindən DANIŞDI"Azərbaycan ərazisinin İrana verilməsi mümkün deyil, amma hər halda, əgər belə bir fakt varsa, bu faktlar ciddi şəkildə araşdırılmalıdır. Çünki bu, elə-belə bir məsələ deyil".

BiG.AZ xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib.

O, Naxçıvan Muxtar Respublikasına bağlı Şərur rayonunun Ərəbyengicə kəndi yaxınlığında yerləşən 21 hektar ərazinin Vasif Talıbov tərəfindən İrana verilməsi ilə əlaqədar yayılan məsələlərə münasibət bildirib.

F. Mustafaya görə, əgər dövlətin torpaq sahəsinin verilməsi nəzərdə tutulubsa, bu, cinayətə bərabər bir davranışdır və Vətənə xəyanət kimi də xarakterizə oluna bilər:

"Amma orada elə bir ərazinin olması barədə şübhələr var. Çünki burada çayın axınının dəyişməsindən söhbət gedir. Bu, təbii şəkildə də dəyişilə bilər, amma məqsədyönlü şəkildə dəyişidirlibsə, bunu da araşdırmaq lazımdır. Hər halda bu məsələ ciddi şəkildə araşdırılmalıdır. Çünki biri var, nəzərdə tutulan, görünən torpaq sahəsinin kiməsə verilməsi, biri də var ki, çay axarının dəyişməsi ilə hansısa torpaq sahəsinin verilməsi. Bunlar aydınlaşdırılmalıdır. Əgər bu, məqsədyönlü şəkildə edilibsə, bu, böyük bir cinayətdir və buna münasibət bildirilməlidir".

"Bunun heç bir hüquqi tərəfi yoxdur. Çünki Azərbaycan sərhədləri yalnız referendum yolu ilə dəyişdirilə bilər. Bu, tamamilə böyük bir cinayətdir və bunu vəzifə səlahiyyətindən sui-istifadə etmək kimi xarakterizə oluna bilər. Amma bu, bir az inandırıcı məsələyə oxşamır, hər halda araşdırmaq lazımdır", – BQP sədri vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının "Dövlət sərhədi haqqında" qanunun 2-ci maddəsinə görə, dövlət sərhədi Azərbaycan Respublikası Milli Məclisinin qərarları ilə müəyyən edilir. Müvafiq maddənin 2-ci bəndində isə göstərilir ki, Azərbaycan Respublikası dövlət sərhədlərinin dəyişdirilməsi yalnız referendum yolu ilə həll oluna bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 979   Tarix: 22 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

00:13 109
.

Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı

Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir - red.) hakim qarşısına çıxarılıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə gənc Cinayə

07.11.2026 206
.

Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib

Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar

07.11.2026 172
.

Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"

"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüs

07.11.2026 194
.

Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi

07.11.2026 180
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. BİG.AZ -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internet

00:29 81
.

Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub

Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind

07.11.2026 141
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

00:09 117
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

07.11.2026 183
.