Vətən müharibəsindən sonra 282 nəfər azərbaycanlı mina qurbanı olub

Vətən müharibəsindən sonra 282 nəfər azərbaycanlı mina qurbanı olub"Ermənistan işğal dövründə minlərlə kv. km. Azərbaycan ərazilərinin minalanmasını həyata keçirib, hal-hazırda mina təhdidini davam etdirir və yalnız 44 günlük Vətən müharibəsindən sonra davam edən mina partlamaları nəticəsində 282 nəfər azərbaycanlı mina qurbanı olub".

Oxu.Az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə 20 yanvar 2023-cü il tarixində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın "Armenpress" xəbər agentliyinə müsahibəsi zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən 2021-ci ildə istehsal olunmuş minaların Laçın yolundan daşınaraq ərazilərimizdə yerləşdirilməsinin müsahibə zamanı danılması və guya onların Azərbaycan tərəfindən Ermənistan ərazisindən çıxarılaraq ölkəmizə gətirildiyi arqumentləri elementar hərbi biliklərə və məntiqə sığmır:

"Azərbaycan tərəfi 2021-ci il Ermənistan istehsalı minaların mövcud olduğu əraziləri və belə minaların çoxlu sayda nümunələrini Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanına, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə və Rusiya kontingentlərinin rəhbərlərinə, eləcə də Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri və jurnalistlərə nümayiş etdirilib. Bu minalara hərbçilər və mütəxəssislər baxış keçirib. Bu faktların danılması qeyri-mümkündür. Son onilliklər ərzində Ermənistan tərəfindən minaların istehsal və ixrac edilmədiyi barədə bəyanatların və aidiyyəti beynəlxalq platformalarda Ermənistanın hesabatlarında bu barədə iddiaların yalnız yalandan ibarət olduğu məlumdur. Misal olaraq, Ermənistanın ATƏT yanında Daimi Nümayəndəliyi hələ 5 oktyabr 2022-ci il tarixində ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda çıxışı zamanı Ermənistanda mina istehsal olunmadığını bəyan etmişdi. İndi isə Ermənistan xarici işlər naziri nəinki Ermənistanda 2021-ci ildə mina istehsal edildiyini, eyni zamanda əvvəlki təkziblərə baxmayaraq Azərbaycanın ərazilərində aşkarlanmış sözügedən minaların Ermənistan istehsalı olduğunu təsdiqləyir. Qeyd edilənlərlə yanaşı, müsahibədə Ermənistan tərəfinin yalnız Ermənistan Respublikası ərazisində minalar basdırdığı barədə iddiaları da riyakarlıqdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 747   Tarix: 22 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

07.11.2026 183
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.

Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib

Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar

07.11.2026 172
.

Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl

07.11.2026 159
.

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44 günlük Vətən müharibəsind

07.11.2026 182
.

Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad

07.11.2026 172
.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

00:19 92
.

Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR

2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs

00:11 128
.

Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı

Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir - red.) hakim qarşısına çıxarılıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə gənc Cinayə

07.11.2026 206
.