Azərbaycanlı gənc rəssam şəhidlərin evinə gedib şəkillərini divara çəkir - FOTO-VİDEO
27 sentyabr 2020-ci il... O gün Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açdı. Bu səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı. O gün Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı. 44 gün davam edən müharibə nəticəsində, şəhid və qazilərin qanı və canı bahasına ölkəmizin ərazi bütövlüyü bərpa olundu, düşmən tapdağında qalan torpaqlarımız azadlığa qovuşdu və 30 illik həsrətə son qoyuldu. Bizlərə bu xoşbəxtliyi bəxş edən, eləcə də əmin-amanlığımız üçün canını verən bütün şəhidlərimizin haqqı ödənilməzdir. Hər kəs bacardığı qədər onlara hörmətini bildirməyə çalışır.
BİG.AZ-ın haqqında danışacağı 27 yaşlı Tural Səlimzadə də rəssamlıq istedadı ilə onların xatirəsini özünəməxsus tərzdə əbədiləşdirir.
Belə ki, əslən kəlbəcərli olan, hazırda Göygöldə yaşayan rəssamımız ölkənin müxtəlif bölgələrindəki şəhid ailələrinin qonağı olub, evlərinin divarlarında qəhrəmanlarımızın portretini çəkir.
Onun həvəslə yaratdığı əl işlərinə heyrətlənməmək olmur. Portretlərin hazırlanması bəzən iki gün vaxtını alır. Rəssam bu işi sifarişlə ofis, restoran və digər məkanlarda da edir.
Tural çəkdiyi rəsmləri özünün "İnstagram" səhifəsində paylaşaraq, hər şəhid haqqında məlumat verməklə də onları insanlara tanıtmağa çalışır. O, bu işə müharibə dönəmində Polad Həşimovun portretini çəkməklə başladığını qeyd edir.
Bu yaxınlarda doğma yurdu Kəlbəcərdə olan Səlimzadə səfərlə bağlı paylaşımında bu sözləri yazıb:
"Payızda başlamışdı Vətən müharibəsi, elə payızda da sona yetdi. 44 günlük Vətən savaşı 30 illik işğala son qoymaqla tarixə Böyük Zəfərlə yazıldı. Bu Zəfərin qazanılmasında yüzlərlə Vətən oğlu qəhrəmanlıq, igidlik nümunələri göstərdi.
Bu gün biz rahat-rahat torpaqlarımıza ayağımızı qoyuruqsa, onlara və qazilərə borcluyuq. Sizlərin haqqı ödənməzdir. Hər zaman sizləri yaşatmaq bizlərin borcudur.
Bu Vətən torpağın qara bağrında sıra dağlar kimi duranlarındır.
Bir tarix boyunca onun uğrunda özünü tarixə verənlərindir.
Bayrağı sancan oğullar sancdı. Ora getmişəmsə də, qonaq olduğum yerdə uğrunda canlarını fəda verdikləri bayrağı çəkməyə bilməzdim".
Turalın əl işlərini, onların yaranma prosesini əks etdirən foto və videoları təqdim edirik:
Natəvan Baxşiyeva
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1864 Tarix: 18 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu köpəkbalığı donuza oxşayır - FOTO
İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə
10.09.2021 1424 Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO
Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ
14.09.2021 1051 Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO
İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin
16.09.2021 3201 Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO
Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları
14.09.2021 2022 Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO
Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi
12.09.2021 2549 Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO
Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr
12.09.2021 1423 Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...
Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın
14.09.2021 1495 Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA
MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur
14.09.2021 364 İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA
Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü
11.09.2021 2356