"Bu da bizim uşaqlarımızın gələcəyi ilə bağlıdır"
Xəbər verdiyimiz kimi, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbinin müəllimi Nəcəfquliyeva Leyla Rəhim qızı orta məktəbdə ayaqyolunun olmamasından şikayətlənib. O, sosial şəbəkədə sözügedən məktəbdən video paylaşaraq məsələyə etiraz edib. Geniş müzakirələrə səbəb olan görüntülərdən sonra L.Nəcəfquliyeva məktəb rəhbərliyi tərəfindən töhmət alıb. Daha sonra isə Leyla müəllimənin 2022-ci ilin dekabr ayında icazəsiz iki gün işə gəlmədiyinə görə rəhbərlik tərəfindən töhmət aldığı açıqlaması yayılıb.
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov BiG.AZ-a açıqlamasında bildirib ki, müəllim normal təhsil mühitini yaratmağı tələb etdiyinə görə məhz etiraz edib və onun buna görə töhmət alması əsassızdır:
"İlk növbədə qeyd edim ki, orta ümumi təhsil məktəblərində oxuyan şagirdlərə normal təhsil mühiti yaradılması Elm və Təhsil Nazirliyinin, yerli təhsil idarəetmə orqanlarının bilavasitə borcudur. Mütləq şəkildə uşaqlara normal tədris mühiti yaradılmalıdır. İmişli rayon Aranlı qəsəbəsində müəllimin məhz şagirdlər üçün normal mühitin yaradılmadığına görə etiraz etməsi başa düşüləndir. Çünki hər bir müəllimin öhdəliyi var ki, sinifində olan şagirdlərə normal dərs mühitinin yaradılmasını təmin etməlidir və bu məsələ ilə bağlı yuxarı qurumu olan direktor, direktor müavinin qarşısında məsələ qaldırımalıdır. Sosial şəbəkələrdə və televiziyada məktəbin görüntülərinə baxanda görürür ki, burada müəllim haqlıdır.
Təbii ki, yerli idarəetmə qurumu elan edir ki, müəllim dekabr ayında icazəsiz dərsə gəlmədiyi üçün ona töhmət verilib. Amma biz videoya baxanda görürür ki, müəllim bununla bağlı dəfələrlə məsələ qaldırıb və həmin şəxsin etiraz etmək hüququ var. Hər bir şəxsin tətil etmək hüququ var. Bu, yalnız hərbçilərə qadağan olunmuş bir hüquqdur. Müəllim də normal təhsil mühitini yaratmağı tələb etdiyinə görə məhz etiraz edib. Bu da bizim uşaqlarımızın gələcəyi ilə bağlıdır. Hesab edirəm ki, bu töhmət əsassızdır. Çünki həmin şəxsə birdən-birə töhmət elan etmək olmaz. Xəbərdarlıq edilməli idi.
Direktor, direktor müavininə, yerli təhsil sektoruna, regional təhsil idarəsinə, eyni zamanda Elm və Təhsil Nazirliyinin əməkdaşlarına bu töhmət elan edilməli idi ki, onlar öz vəzifə öhdəliklərini yerinə yetirməyiblər. Burada müəllim heç də şəxsi maraqları üçün dərsin normal gedişini pozmayıb. O, şagirdlərə yarana biləcək fiziki problemi aradan qaldırılması üçün bu məsələyə etirazını bildirib. Hesab edirəm ki, burada müəllim tamamilə haqlıdır və verilən töhmət əsassızdır".
Nuranə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1475 Tarix: 10 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı
Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin
00:17 98 Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
00:21 80 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı
Biləsuvar rayonunda kişi meyiti aşkar olunub. xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb. 35 yaşlı kənd sakini Mövlud Mirzəyevin cansız bədəni kənd qəbiristanlığında anasının məzarı üstündə tapılıb. Faktla bağlı araşdırma aparılır
07.11.2026 236 HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video
Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i
07.11.2026 194 Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed
00:27 99 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi
07.11.2026 180 Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub
ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın
07.11.2026 168 "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil
07.11.2026 133 Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlunun idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobusl
07.11.2026 199