Öskürək haqqında bilmədiklərimiz...
Öskürək müstəqil xəstəlik deyil. Öskürək hər hansı xəstəliyin simptomudur və əksər hallarda orqanizmimizin qoruyucu refleksidir.
Öskürək zamanı orqanizmdən mikroblar, selik, toz və s. zərəli və yad maddələr xaric olunur. Lakin bu yalnız nəm öskürəyə aiddir. Quru və uzunsürən xroniki öskürək orqanizmə heç bir kömək etmir və əksinə müxtəlif pozulmalara səbəb ola bilər (yırtıqlar, ürək fəaliyyətinin pozulması və s.).
Öskürəyin səbləri müxtəlif ola bilər:
- kəskin respirator virus infeksiyaları (KRVİ),
- bronxit,
- bronxial astma,
- pnevmoniya (uzunsürən bəlğəmli öskürək, halsızlıq, hərarətin yüksəlməsi, iştahanın azalması, sinədə ağrılar və s.),
- traxeit və laringit,
- vərəm (öskürəkdən əlavə, halsızlıq, hərarətin 38, 0 C qədər yüksəlməsi, gecə tərləmələri, təngnəfəslik, çəkinin azalması və s. kimi simptomlar meydana çıxır),
- haymorit (insan uzanaq vəziyyətdə olduqda haymorit zamanı haymor ciblərində yığılan irin udlağa tökülərək udlağı qıcıqlandırır ki, nəticədə öskürək əmələ gəlir),
- zökəm (səbəb haymoritdəki kimidir),
- allergiyalar,
- bəzi xroniki ürək və damar xəstəlikləri (bir çox hallarda bu zaman öskürək uzanaq vəziyyətdə xəstəni daha çox narahat edir ki, xəstə hətta yarıoturaq vəziyyətdə yatmağa məcbur olur),
- mədə xəstəlikləri (mədə reflyuksu zamanı mədədə olan həzm şirəsinin bir hissəsi mədədən geriyə - yemək borusuna və udlağa qayıdaraq burada qıcıqlamaya səbəb olur ki, nəticədə öskürək əmələ gəlir),
- bəzi onkoloji xəstəliklər.
Bu səbəbdən öskürəyi müalicə etdikdən əvvəl onun əsas səbəbini aşkar etmək lazımdır. İlk növbədə terapevtin müayinəsindən keçmək lazımdır. Müayinədən sonra lazım olduqda həkim xəstəni digər mütəxəssislərin müayinələrinə (LOR, ftiziatr, allerqoloq, kardioloq, qastroenteroloq) göndərə bilər.
Səbəbdən asılı olaraq öskürək zamanı bəlğəmgətirici və iltihabəleyhinə preparatlar, bəzi hallarda antibiotiklər (pnevmoniya, haymorit, vərəm və s. zamanı) təyin olunur. Öskürək ürək xəstəliklərin simptomu kimi meydana çıxdıqda, xəstə kardioloqa müraciət etməlidir.
Bir çox insanlar öskürəyi ciddi simptom kimi qəbul etmir və həkimə müraciət etməyərək öskürəyi ev şəraitində xalq təbabəti üsulları ilə (süd, borjom və s.) müalicə edirlər.
Bəzən yüngül pozulmalar zamanı belə müalicə həqiqətən yaxşı nəticə verir və öskürək keçin. Lakin bəzi hallarda öskürək çox ciddi pozulmaları müşayiət edir və bu zaman vaxtında həkimə müraciət etmədikdə insan öz sağlamlığını və bəzən hətta həyatını təhlükə altına salır.
Beləliklə, aşağıdakı hallarda mütləq həkimə müraciət etmək lazımdır:
- öskürək 2 həftədən artıq davam edir və hərarətin yüksəlməsi ilə müşayiət olunur (bu pnevmoniyanın, vərəmin simptomu ola bilər),
- öskürək boğulma tutmaları ilə, təngnəfəsliklə müşayiət olunur (bu bronxial astma, pnevmoniya, "ürək astması" və s. ola bilər),
- bəlğəm yaşıl və ya sarı rəngdədir (bu bakterial infeksiyanın simptomudur),
- xəstənin səsi dəyişildi, xəstə qısa müddət ərzində səbəbsiz olaraq çəkisini itirib (bu onkoloji xəstəliyin simptomu ola bilər).
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1918 Tarix: 09 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı
Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"
08.11.2026 668 Dərinizdə bu əlamətlər varsa, diqqətli olun
Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi
17.10.2026 913 Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil
31.10.2026 843 100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA
Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə
27.10.2026 1111 Yuxu iflici zamanı beyində nələr baş verir?
"Gecə saatlarında qəfil oyanma, yad birinin varlığını hiss etmə, qorxulu görüntülər görmə və hərəkət edə bilməmə yuxu iflicinin əsas əlamətləridir". xəbər verir ki, bunu neyrobioloq Baland Cəlal "The Guardian" nəşrinə müsahibəsində deyib. Alimin sözlərinə görə, yuxu iflici zaman
14.11.2026 427 Zəncəfil haqqında miflər və həqiqətlər: Əslində nəyə kömək edir, harada isə acizdir?
Zəncəfil uzun illərdir həm mətbəxdə, həm də xalq təbabətində istifadə olunur. Xüsusilə soyuqdəymə, həzm problemləri və ürəkbulanma zamanı ona üstünlük verilir. Lakin bu bitkinin bütün xəstəliklərə qarşı təsirli olması ilə bağlı fikirlər elmi cəhətdən təsdiqlənməyib. Qaynarinfo "Street Kitchen"
17.11.2026 141 Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdır (araxis). O bildirib ki, botaniki baxımdan yerfındığı çərəzlərə deyil
15.11.2026 407 Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz
24.10.2026 824 Sosial şəbəkələrdən uzun müddət istifadə depressiyaya səbəb ola bilər
Sosial şəbəkələrdə gündəlik keçirilən vaxt böyüklər arasında depressiya barədə məlumat verilməsi ilə əlaqəli əsas amillərdən biri kimi müəyyən edilib. Bu əlaqə ABŞ-da 11 il ərzində aparılan sorğularda müşahidə olunub. Qaynarinfo xəbər verir ki, araşdırma Şimal-Qərb Universiteti və Sinsinnati Universitetini
02.11.2026 876