Atasını söydüyü üçün qayınatasını doğradı - Bakıda ŞOK QƏTL

Atasını söydüyü üçün qayınatasını doğradı - Bakıda ŞOK QƏTLCİNAYƏT İŞİ

Qısa arayış...

2022-ci il mayın 17-də Suraxanı rayonu Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində qətl hadisəsi baş verir. Polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirərkən yük avtomaşının yanında, üzərində çoxsaylı bıçaq xəsarətləri ilə 1978-ci il təvəllüdlü Qabil Qəmbərovun meyitini aşkar ediblər.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Qabil Qənbərovun meyitində 6 ədəd bıçaq yarası aşkar edilib.

Səhərisi gün 31-ci Polis Bölməsinə könüllü gəlib, təslim olan 1987-ci il təvəllüdlü Taleh Heydərov adam öldürdüyünü etiraf edib və cinayətin aləti olan bıçağı təqdim edib.

Milli.Az lent.az-a istinadən qətl hadisəsinin istintaq materillarını təqdim edir.

İstintaqla müəyyən edilib ki, mayın 17-də Taleh Heydərovla qeyri-rəsmi arvadı Aytac Səfərovanın atası Qabil Qənbərov arasında mübahisə olub. Q. Qənbərov Talehin mübahisə zamanı onun vəfat etmiş atasının ünvanına nalayiq ifadələr işlədib. Bu səbəbə görə Taleh yaşadığı evin həyətindəki bıçağı götürüb və saat 21 radələrində qayınatasına zəng edərək, onu Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 148-də yerəşən marketin qarşısına çağırıb. Yol kənarında mübahisə edərkən bıçaqla Qabil Qənbərova 4 dəfə zərbə endirib. Qayınatası qaçıb xilas olmağa çalışarkən Taleh Qabilin belinə və döş qəfəsinə daha 2 dəfə zərbə endirib. Bununla da Q. Qənbərov ölüb.

İş üzrə dindirilmiş Taleh Heydərov bildirib ki, 2010-cu ildə ailə quraraq Naxçıvanda yerləşən hərbi hissədə gizir feldşer kimi işləyib. Birinci evliliyindən 2 övladı dünyaya gəlib:

"2015-ci il iyunun 15-də söyüş söydüyü üçün iş yoldaşımı bıçaqlamışam. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə 940 manat cərimə cəzasına məhkum olundum. Buna görə məni hərbi xidmətdən təxris etdilər. 1 ay sonra ailəmlə birlikdə Gəncə şəhərinə köçərək, özəl klinikada işlədim.1 ildən sonra Bakı şəhərinə köçdüm. Müxtəlif özəl klinikalarda feldşer kimi çalışırdım. 2019-cu ildə atam dünyasını dəyişəndən sonra həyat yoldaşımdan boşandım. Narkotik vasitə aludəçisi olduğum üçün bir neçə dəfə müalicə olunmuşam. 2022-ci ilin fevral ayında anamın əmisi nəvəsi Aytac Səfərova ilə ailə quraraq, Ramana qəsəbəsində, Şuşa şəhərciyində yaşadım. 2022-ci il mayın 15-də qayınanamgildə təşkil olunan qonaqlıqda iştirak etdim. Aytaca masada olan telefonun dayısı Valehə məxsus olduğunu söylədim və telefonu babasına aparması üçün Valehin nəvəsinə verdim. Həmin vaxt arvadım da bunu gördü. Məclisin axırına yaxın Valeh telefonunu tapa bilmədiyi üçün, hamı telefonu axtardı. Nömrəyə zəng etsələr də, telefon sönülü idi. Valeh özü də telefonun enerjisinin az olduğunu bildirmişdi".

Ayın 17-i saat 19 radələrində işdən qayıdanda arvadı Aytacı qayınanasının evindən götürüb və taksi ilə evlərinə gediblər. Taleh yolda yoldaşının üz cizgilərindən problem olduğunu hiss edib, nə baş verdiyini soruşanda Aytac evdə söyləyəcəyini bildirib:

"Evdə arvadım 2 gün əvvəl qonaqlıqda dayısının telefonundan nömrəni çıxaran zaman, mənim evin önündə dayanan avtomobilin içərisindəki kameraya düşdüyümü dedi. Aytaca telefonu götürmədiyimi bildirərək, həmin görüntünü göstərməsini tələb etdim. Bundan sonra arvadımın telefonundan qayınanama zəng etdim. Qayınanam belə bir görüntünün olmadığını söyləsə də, onunla mübahisəmiz oldu. Əvvəllər qızıl üzüyü satmaq məsələsini yenidən xatırlatdıqda, qadına ailə məsələlərimə qarışmasını dedim. Bundan sonra mübahisə kəskinləşib, bir-birimizi təhqir etdik. Kənardan qayınatam Qabil də məni və dünyasını dəyişmiş atamı söydü. Bıçağı götürüb qaçaraq, evdən çıxdım və taksi ilə bacanağım Abbas Aslanlının yanına yolllandım. Mübahisə haqda Abbasa və onun anasına danışdım. Qohum olduğumuzdan belə söhbətlərin doğru olmadığını qayınatam və qayınanama izah etməkdə mənə kömək etməsini xahiş etdim. Birlikdə evdən çıxdıq. Yolda olanda Qabil Qənbərov Abbasa zəng edib bizi Bül-Bülə qəsəbəsində yerləşən marketin yanına çağırdı. Görüşəndə qayınatamın əsəbdən əsdiyini gördüm. Yolun əks tərəfinə keçib, yük maşınının qarşısında söhbət etdik. Abbas bizi sakitləşdirməyə çalışdı. Qayınatama "ailə məsələlərimə qarışdığı və atamı söydüyü üçün" iradımı bildirəndə, qayınatam mənim də qayınanamı təhqir etdiyimi bildirdi. Qabil qolumdan tutub məni boş sahəyə tərəf çəkəndə, bıçağı çıxarıb onun qollarına xəsarətlər yetirdim. Məndən bir neçə metr uzaqlaşan qohumuma çatıb belinə və sinəsinə zərbələr vurdum. Axırıncı zərbədən sonra bıçağı bədənindən çıxaranda Qabil arxaya getdi. Başı maşına dəydi və o, yerə yıxıldı. 30-40 metr qaçdıqdan sonra geri qayıtdım. Artıq insanların Qabilin ətrafına yığıldığını gördüm. Həmin gecə küçədə gecələdim. Növbəti gün Balaxanı qəsəbəsində 5 manata narkotik vasitə alıb qəbul etdim. Daha sonra yaşadığım evə qayıtdım.

Qonşumun telefonundan qardaşıma zəng edib, polisə təslim olacağımı bildirdim. 31-ci Polis Bölməsinə gedərək, təslim oldum".

Taleh Heydərov əlavə edib ki, hadisə yerinə gedərkən Qabil Qənbərovu öldürmək niyyəti olmayıb. Onunla görüşməkdə məqsədi qayınatasından valideynlərini söydüyü üçün üzr istəməsini tələb etmək olub. Hadisə yerindən qaçanda Qabilin yaralandığını ehtimal edib, onun öləcəyini düşünməyib.

Şahid Abbas Aslanlı ifadəsində göstərib ki, qayınatası Qabil Qənbərov kürəkəni Taleh Heydərovla birlikdə tikintidə fəhlə işləyib:

"Mayın 15-də qonaqlıqda bacanağım Taleh Heydərovun mobil telefon götürməsini görmədim. 2 gündən sonra işdən qayıdandan sonra bacanağım gələrək, qayınata və qayınanamla dava etdiyini bildirdi. Bül-Bülə qəsəbəsində görüşəndə, küçə qaranlıq olduğundan Talehin əlində bıçaq və Qabili vurmasını görmədim. Qəflətən bacanağım qaçdı, qayınatam isə arxaya doğru gedərək, yıxıldı. Dəfələrlə onu çağırsam da, cavab vermədi, yalnız xırıldayırdı.

Çox qorxdum. Dərhal qayınatamın yaşadığı evə tərəf qaçdım, bu zaman qayınanamın hadisə baş verən istiqamətdə gəldiyini gördüm. Hadisə yerinə polis əməkdaşları və Təcili Tibbi yardım briqadasının işçiləri gəlmişdilər. Həkim Qabilin nəbzini yoxladı və artıq onun öldüyünü bildirdi".

Şahid Kəmalə Əliyeva ifadəsində göstərib ki, mayın 17-də əri Qabil yemək yeyəndən sonra "küçəyə çıxıb, gələcəyini" söyləyib:

"Hara getdiyini soruşduqda dostları ilə görüşəcəyini bildirdi. Təxminən 30 dəqiqədən sonra həyətdəki zibilləri götürüb atmaq üçün evdən çıxdım. Yolun kənarına çatanda Qabili yük maşının altında üzü üstə uzanıqlı vəziyyətdə gördüm. Kürəkənim Taleh Qabilə tərəf qaçdı, məni gördükdən sonra isə istiqamətini dəyişdi. Yoldaşımın əynindəki qara rəngli köynəyi çıxararaq, yarasına sıxdım. Qışqırmağa başladım ki, ətrafda olan insanlar köməyə gəlsinlər. Qardaşıma zəng edərək, dərhal evimizin yanına gəlməsini bildirdim. Qonaqlığda qardaşım Valehin telefonunun itməsinə görə, Talehdən şübhələndim. Kürəkənim narkotik vasitə istifadəçisi olduğu üçün düşündüm ki, Valehin telefonunu satıb narkotikə xərcləyib. Telefonla danışığım zaman Qabil kənardan Talehin ünvanına heç bir nalayiq ifadə işlətməyib. Valehin telefonunun oğurlanmasını və kürəkənimdən şübhələndiyimi qızım Aytaca demişəm".

Şahid Müstəqim Məmmədov bildirib ki, Qabil Qənbərov ailəsi ilə onunla qonşuluğda kirayədə yaşayıb:

"Mayın 17-də evdə olanda çöldən qışqırıq səsləri eşitdim. Dərhal küçəyə çıxdıqda "KaMAZ" markalı maşının yanında Qabili yerdə uzanmış vəziyyətdə gördüm. Təcili yardıma zəng edib məlumat verdim. Sonradan Qabilin kürəkəni Taleh Heydərov tərəfindən bıçaqlanıb öldürüldüyünü öyrəndim".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Taleh Heydərov 17 il müddətinə azadlıqdan məhrum olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1570   Tarix: 08 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səfir: "TRIPP İrəvan və Bakı arasında dialoq üçün yeni imkanlar yaradacaq"

"TRIPP ("Tramp marşrutu") layihəsinin icra edilməsi Azərbaycanın bölgə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar aça bilər". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin Ermənistandak

07.11.2026 147
.

Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib

Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar

07.11.2026 172
.

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil

07.11.2026 133
.

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44 günlük Vətən müharibəsind

07.11.2026 182
.

Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub

Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind

07.11.2026 141
.

Fransa Polineziyasından tarixi qərar: Təbii sərvətlər üzərində suverenlik elan edildi

Fransa Polineziyası (Maohi) Assambleyası xalqın gələcəyini dəyişdirəcək müstəsna bir qərara imza ataraq, ölkənin bütün təbii sərvətləri üzərində daimi suverenliyini nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib. xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb. Məlumatda qeyd edili

07.11.2026 176
.

Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Noyabr ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. -ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfndən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının noyabrın 13-də ödənilməsi nəzərd

00:07 120
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

00:07 100
.

Bu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan

07.11.2026 223
.