Ruben Vardanyan Laçın yolunun blokadada olmadığını etiraf edib

Ruben Vardanyan Laçın yolunun blokadada olmadığını etiraf edibErməni separatçı, milyarder Ruben Vardanyan Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Qarabağa ərzaq tədarükü həyata keçirdiyini bildirib.

"Report"un məlumatına görə, R.Vardanyan bunu "Byline Times"a müsahibəsində deyib.

O, bununla da Laçın yolunun "blokadada" olmadığını etiraf edib.

"Byline Times" qəzetinə müsahibəsində Ruben Vardanyan bəyan edib ki, Rusiya sülhməramlıları müəyyən qədər ərzaq tədarük edirlər. Bu hələ kifayət deyil, amma bu doğrudursa, bir çoxlarını narahat edən bu məsələ ilə bağlı ilk dəfədir ki, rəsmi fikir bildirilir. Təbii ki, buna şübhə etmək üçün heç bir əsas yoxdur, amma bu fikrin səsləndirilməsi bir qədər gözlənilməz oldu. Bəlkə də bu, jurnalistin ilk dəfə bu barədə sual verməsi ilə əlaqədardır. Təbii ki, getdikcə Laçından sülhməramlıların daha iri avtomobil karvanları keçir, amma bu sözlər gözlənilməz oldu", - erməni jurnalist Onnik Krikoryan tviterdə yazıb.

Rusiya sülhməramlı kontingetinə məxsus onlarla avtomobil hər gün Xankəndi-Laçın yolu ilə sərbəst hərəkət edir və bu, Laçın yolunun humanitar məqsədlər üçün açıq olduğunu bir daha sübut edir.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 27 gündür davam edir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 570   Tarix: 07 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pomidorun qabığı niyə qalın olur? - Bağbanlardan sadə həll yolları

Bağda yetişdirilən pomidorların qabığının qalın və sərt olması çox vaxt isti hava, su çatışmazlığı və ya sort xüsusiyyətləri ilə bağlı olur. -ın xarici mediaya istinadən xəbərinə görə, mütəxəssislər bildirirlər ki, düzgün qulluq etməklə bu problemin qarşısını almaq mümkündür. Ən əsas səbəblərdən bir

05.08.2026 161
.

Bu klubların adları dəyişdirildi

I Liqada çıxış edən "Cəbrayıl", II Liqanın iştirakçısı "Quba" futbol komandalarının adları dəyişdirilib. Peşəkar Futbol Liqasından "Qafqazinfo"ya verilən məlumata görə, "Cəbrayıl" yarışlarda "Gəncəbasar", "Quba" isə "Hypers" adı altınd

05.08.2026 176
.

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Son günlər ölkənin müxtəlif çimərliklərində, xüsusilə nəzarətsiz ərazilərdə baş verən boğulma hadisələri narahatlıq doğurur. "Qafqazinfo" xəbər verir ki, bu cür hadisələrin əksəriyyəti təhlükəsizlik qaydalarına əməl olunmaması ilə bağlıdır. Boğulma riskini minimuma endirmək üçün aşağıdakı təhlükəsizli

05.08.2026 107
.

Beynəlxalq Kosmik Stansiyanın gələcəyi ilə bağlı yeni açıqlama

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA) Beynəlxalq Kosmik Stansiyanın (BKS) istismar müddətinin texniki baxımdan uzadıla biləcəyini açıqlayıb. xəbər verir ki, bu barədə NASA-nın Yerin aşağı orbit proqramına rəhbərlik edən Dana Vayqel TASS agentliyinə müsahibəsində danışıb

05.08.2026 190
.

Ürək xəstəliyini aşkar edən "ağıllı" tualet oturacağı

Almaniyalı alimlər ürək ritminin təhlükəli pozuntularından biri olan qulaqcıqların fibrilasiyasını (səyrimə aritmiyasını) tualetdən istifadə zamanı aşkar edə bilən qeyri-adi cihaz hazırlayıblar. xarici mediaya istinadla xəbər verir ki, söhbət elektrokardioqram (EKQ) sensorları ilə təchiz edilmiş "ağıllı"

05.08.2026 156
.

Avropa sahillərində sunamilər artır: Bəzi şəhərlər yeni təhlükələrə hazırlaşır

Fransanın Lazur sahili boyunca sunami təhlükəsi zamanı insanları dənizdən uzaq istiqamətə yönləndirən təxminən 800 xəbərdarlıq nişanı quraşdırılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri yazır. Buna səbəb UNESCO-nun yaxın 30 il ərzində Aralıq dənizində güclü sunami baş verm

05.08.2026 140
.

Yaşa görə sosial şəbəkə tələbləri ilə bağlı CƏRİMƏLƏR

Sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında"

05.08.2026 145
.

Bir gündə 13 nəfəri ildırım vurub öldürdü

Hindistanın Carxand ştatında ildırım vurması nəticəsində azı 13 nəfər həyatını itirib. xarici mediaya istinadla bildirir ki, həlak olanlardan 8-i Giridih, 3-ü Dumka, daha 2-si isə Latehar dairəsində qeydə alınıb. Hadisələr güclü leysan və ildırımla müşayiət olunan bir gündə baş verib. Bölgə rəhbərliy

05.08.2026 162
.

Niyə kiçik itlər daha aqressiv olur?

Bir çoxları müşahidə edib ki, kiçik cins itlər iri itlərlə müqayisədə daha çox hürür, daha tez qıcıqlanır və insanlara və ya digər heyvanlara qarşı aqressiv davranış nümayiş etdirirlər. Baytarlar bildirirlər ki, bunun arxasında bir neçə mühüm səbəb dayanır. xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar

05.08.2026 163
.

TOP MP3