Ermənistan yeni təxribatlara meyillənəcəksə, müharibə qaçılmaz olacaq - ŞƏRH

Ermənistan yeni təxribatlara meyillənəcəksə, müharibə qaçılmaz olacaq - ŞƏRHAzərbaycan 2023-cü ildə Ermənistanla sülh müqaviləsinin imzalanmasında, regionda sabitliyin bərqərar edilməsində qərarlıdır. Lakin Ermənistan tərəfi yenə təxribatlara meyillənəcəksə, erməni diversiya qrupları ərazimizə keçərək təminat yollarımızı minalamağa cəhd göstərəcəklərsə, müharibə qaçılmaz olacaq.

Geridə qoyduğumuz 2022-ci il Azərbaycan üçün bir çox uğurlu hadisələrlə yadda qaldı. İkinci Qarabağ müharibəsindən sonra nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl - avqustun 26-da Laçın şəhəri tam azad edildi, Laçın rayonunun Zabux və Sus kəndlərinə qayıtdıq. Eyni zamanda ötən il Ordumuz bir neçə hərbi əməliyyat keçirdi, döyüş qabiliyyətimizin yüksək səviyyədə olması bir daha təsdiqləndi.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Ötən ilin Fərrux və "Qisas" əməliyyatları, həmçinin sentyabr ayında Azərbaycan və Ermənistan sərhədi istiqamətində gedən toqquşmalar Azərbaycanın növbəti parlaq qələbəsi ilə nəticələndi, bir çox əlverişli strateji yüksəkliklərdə mövqelərimiz möhkəmləndi. 2022-ci ildə ölkəmiz döyüş meydanı ilə yanaşı siyasi-diplomatik cəbhədə də böyük uğurlara imza atdı. Prezident İlham Əliyevin Yeni il ərəfəsi xalqa müraciətində vurğuladığı kimi, iki il əvvəl döyüş meydanında qazandığımız tarixi qələbəmiz siyasi müstəvidə daha da möhkəmləndirildi. 2022-ci ilin oktyabr ayında Praqa, Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı. Beləliklə də Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bütün şərtlər təmin edildi. Ehtimal olunurdu ki, Azərbaycan tərəfindən təklif olunmuş məlum beş prinsip əsasında 2022-ci ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər.

Lakin təəssüflə qeyd olunmalıdır ki, məhz rəsmi İrəvanın qeyri-konstruktiv davranışı, xarici ölkələrin təsiri altında atdığı təxribatçı siyasi-diplomatik addımlar sayəsində ötən il sülh müqaviləsi imzalanmadı. Yeni qədəm qoyduğumuz 2023-cü ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkün olacaqmı?

Mövzu ilə bağlı fikirlərini bölüşən politoloq İlyas Hüseynov bildirib ki, ötən ilin sonlarına doğru sülh müqaviləsinin imzalanmasına dair gözləntilər böyük olub. Onun sözlərinə görə, ötən ilin sonlarına doğru çərçivə sazişi, sülh müqaviləsinin yol xəritəsi kimi fikirlər də səsləndirilib:

"Əfsuslar olsun ki, real nəticə əldə olunmadı. Azərbaycan diplomatiyası Praqa və Soçi görüşlərində ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin Ermənistan tərəfindən tanınmasına nail oldu. Ermənistan ilin sonuna doğru müxtəlif geosiyasi mərkəzlərin sifarişlərini yerinə yetirməyə, açıq şəkildə danışıqlardan boyun qaçırmağa, təxribatlar törətməyə, danışıqlar prosesini pozmağa başladı. Dekabrın 7-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin moderatorluğu ilə Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü keçiriləcəkdi. Baş nazir Nikol Paşinyan bu görüşdə Fransa Prezidenti Emmanuel Makronun da mütləq şəkildə iştirak etməsi tələbini irəli sürdü. Azərbaycan əleyhinə qərəzli fikirləri, ermənipərəst mövqeyi ilə yadda qalan Makronun belə bir görüşdə iştirakı rəsmi Bakı üçün qəbuledilməz idi. Çünki Fransa Senatı və Milli Assambleyası bu görüş ərəfəsində ölkəmizə qarşı qərəzli qətnamələr qəbul etmişdi".

Politoloq ötən ilin dekabrında Azərbaycan, Rusiya, Ermənistan xarici işlər nazirlərinin Moskvada planlaşdırılan görüşünə də diqqət çəkib. Bildirib ki, Laçın-Xankəndi yolunda baş verən prosesləri bəhanə edən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu görüşdə iştirak etməyib:

"Maraqlı burasıdır ki, Mirzoyanın görüşə qatılmayacağını Rusiya xarici işlər naziri Sergey Lavrov yalnız mətbuatdan öyrənmişdi. Bütün bunlara baxmayaraq, 2023-cü ildə sülh müqaviləsinin imzalanması aktualdır, gözləniləndir. Belə bir müqavilənin imzalanması sülhü gətirəcək. Sülhün alternativi isə Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, müharibədir. Müharibə itkilərlə, dağıntılarla, tələfatlarla müşayiət olunur. Azərbaycan üçün bu, çıxış yolu deyil. Rəsmi Bakı siyasi və diplomatik yolla problemlərin həllinin tərəfdarıdır. Həm ölkə başçısının, həm də xarici işlər naziri Ceyhun Bayramovun dilindən bu, dəfələrlə bəyan edilib".

İ.Hüseynov ABŞ-ın nüfuzlu "Foreign Policy" nəşrinin 2023-cü ildə dünyanın 10 qaynar nöqtəsində müharibə olacağına dair proqnoz verdiyini xatırladıb. Qeyd edib ki, nəşrin analitiklərinə görə, Azərbaycanla Ermənistan arasında da müharibə riski var:

"Üçtərəfli birgə bəyanatın 4-cü və 9-cu bəndinin icra olunmaması, Ermənistanın qeyri-konstruktiv mövqeyi, rəsmi İrəvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi və digər proseslər müharibə ehtimalını gücləndirir. 2022-ci ildə qısamüddətli döyüşlərin olması buna əyani misaldır. İstəməzdik ki, 2023-cü ildə də oxşar hadisələr təkrarlansın. Lakin Ermənistan tərəfi Azərbaycan üçün başqa çıxış yolu qoymayacağı, ölkəmizi təxribatlara sürükləməyə davam edəcəyi, diversiya qruplarının təminat yollarımızı yenə minalamağa cəhd edəcəyi təqdirdə müharibə qaçılmaz olacaq. Ermənistan bununla Azərbaycana başqa çıxış yolu qoymayacaq. Biz istərdik ki, regionda dayanıqlı sülh formalaşsın, təhlükəsizlik mühiti gücləndirilsin, ən nəhayət sülh müqaviləsi imzalansın ki, Zəngəzur dəhlizi açılsın, Naxçıvan blokadadan çıxa bilsin, region hərbsizləşdirilsin, Ermənistan ordusunun qalıqları Xankəndini tərk eləsin. Bununla Üçtərəfli birgə bəyanatdan irəli gələn məsələlər kompleks şəkildə həllini tapacaq. Amma təəssüflər olsun ki, Ermənistan müxtəlif geosiyasi mərkəzlərin əlində alət olmaqda davam edir, kövrək sülhü pozur, vaxtı uzatmaqla məşğul olur. Təbii ki, bu, rəsmi Bakı üçün qəbuledilməz yanaşmadır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 685   Tarix: 07 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Səfir: "TRIPP İrəvan və Bakı arasında dialoq üçün yeni imkanlar yaradacaq"

"TRIPP ("Tramp marşrutu") layihəsinin icra edilməsi Azərbaycanın bölgə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar aça bilər". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin Ermənistandak

07.11.2026 147
.

Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib

Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar

07.11.2026 172
.

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil

07.11.2026 133
.

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44 günlük Vətən müharibəsind

07.11.2026 182
.

Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub

Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind

07.11.2026 141
.

Fransa Polineziyasından tarixi qərar: Təbii sərvətlər üzərində suverenlik elan edildi

Fransa Polineziyası (Maohi) Assambleyası xalqın gələcəyini dəyişdirəcək müstəsna bir qərara imza ataraq, ölkənin bütün təbii sərvətləri üzərində daimi suverenliyini nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib. xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb. Məlumatda qeyd edili

07.11.2026 176
.

Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Noyabr ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. -ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfndən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının noyabrın 13-də ödənilməsi nəzərd

00:07 120
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

00:07 100
.

Bu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan

07.11.2026 223
.