Avtobuslar Bakı qarına hazırdır? - RƏSMİ
"Müntəzəm sərnişindaşıma xidməti göstərən hüquqi və fiziki şəxslərin istismarında olan avtobuslarda payız-qış mövsümünə keçidlə bağlı müvafiq hazırlıq işlərinin görülməsi həmin şəxslər tərəfindən həyata keçirilir. Buna baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyəti başçısının "Dövlət müəssisələri, idarə və təşkilatlar tərəfindən 2022-2023-cü illəri əhatə edən payız-qış mövsümünə hazırlıq işlərinin təşkil və təmin edilməsi" haqqında Sərəncamına uyğun olaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən hüquqi və fiziki şəxslərə Payız-qış mövsümünə keçidlə əlaqədar marşrutlar üzrə hərəkət edən avtobuslarda və avtoparklarda zəruri tədbirlərin görülməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilib".
Bu sözləri BAKU.WS-ə BNA-nın sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsinin müdiri Vüqar Məmmədzadə bildirib.
Onun sözlərinə görə, xəbərdarlıq məktubunda sərnişinlərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi, eyni zamanda sərnişindaşımada təhlükəsizliyin və fasiləsizliyin təmin edilməsi üçün aşağıda sadalanan profilaktik tədbirlər həyata keçirilməsi göstərilib:
- İş planının qurulması (müəssisəsinin işçi heyətinin soyuq hava şəraitində işin vaxtında təşkil olunmasına istiqamətlənir);
- Sürücülərin və texniki xidmət personalının qış mövsümündə avtomobillərin istismarına dair təlimatlandırılması;
- Avtoparklarda mövsümi dəyişikliklərlə əlaqədar müvafiq hazırlıqların görülməsi;
- Avtobuslara mövsümi texniki xidmətin göstərilməsi və dövrü texniki xidmət vaxtının təyin edilməsi;
- Avtonəqliyyat vasitələrinin müvafiq maddi-texniki baza ilə təmin olunması;
- Şinlərin mövsümə uyğun təchiz olunması (protektor naxışlarının qalmış hündürlüyü 2 mm-dən az olmamalıdır);
- Akkumulyator batareyalarında (AKB) nəzarət – məşqlərin keçirilməsi;
- Təkər zəncirlərinin hazırlanması;
- Alın şüşəsinin silgəclərinin yenilənməsi;
- Avtomobillərin istilik və daxili qızdırıcı sistemləri, dərman qutuları, odsöndürən balonları, yol alət dəstləri və dartqı avadanlıqları ilə təmin edilməsi;
- Avtonəqliyyat vasitələrində pəncərələrin, havalandırma yerlərinin (lyukların) və qapıların çərçivə ilə birləşən plastik araqatı (rezin) hissələrin davamlılığının təmin edilməsi;
- Avtobuslarda daxili temperaturun normal istilik dərəcəsindən aşağı olmaması;
- Maye səviyyəsinin (şüşə yuyucu, soyutma, əyləc və hidravlik sükan mayeləri) nəqliyyat vasitəsinin təlimatına uyğun dəyişdirilməsi;
- Payız-qış mövsümünə keçid ilə əlaqədar əyləclərin yoxlanılması (yolların qar və buzdan sürüşkən olma potensialına sahib olduğu üçün soyuq hava əyləc problemini artırır).
Eyni zamanda sürücülərə mütəmadi olaraq sürüşmə ehtimalı olan yollarda, buzlu döngələrdə, körpü və yol ötürücülərində daha diqqətli olmaları, hərəkət sürətinə nəzarət etmələri, baş verə biləcək yol-nəqliyyat hadisələri ilə bağlı risklərin daha çox olmasını nəzərə alaraq, bu istiqamətdə tədbirlər görülməsinin, həmçinin maarifləndirmə işləri aparılmasının zəruriliyi vurğulanıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1309 Tarix: 05 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlunun idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobusl
07.11.2026 199 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi
07.11.2026 180 Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl
07.11.2026 159 Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video
44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri
07.11.2026 195 Fransa Polineziyasından tarixi qərar: Təbii sərvətlər üzərində suverenlik elan edildi
Fransa Polineziyası (Maohi) Assambleyası xalqın gələcəyini dəyişdirəcək müstəsna bir qərara imza ataraq, ölkənin bütün təbii sərvətləri üzərində daimi suverenliyini nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib. xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb. Məlumatda qeyd edili
07.11.2026 176 Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"
"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüs
07.11.2026 194 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:
07.11.2026 152 ASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
07.11.2026 207 Ron Desantis 2028-ci ildə ABŞ prezidenti seçkilərində iştirak barədə məlumatları təkzib edir
Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq uğrunda mübarizəyə hazırlaşır. "Report" xəbər verir ki, bu barədə onun planlarından xəbərdar olan üç mənbəyə istinadən "The Washington Post" məluma
07.11.2026 173