Azərbaycanda fonoqram oxumaq qadağan ediləcək?
Azərbaycanda müğənnilərə ictimai tədbirlərdə fonoqram oxumağın qadağan edilməsi məsələsi yenidən gündəmə gəlib. Bildirilir ki, əsl sənətkarları saxta müğənnilərdən ayırmaq üçün fonoqram qadağan edilməli və bununla bağlı rəsmən qərar verilməlidir. Doğrudur, bir çox insanlar bunu dəstəkləyir, lakin qadağa təklifinə qarşı çıxanlar da az deyil.
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Aqil Abbas fonoqramı dəstəkləmədiyini, canlı ifalara üstünlük verdiyini deyib.
"Düşünürəm ki, müğənni mahnını canlı ifa etməlidir. Xüsusilə də səhnədə, konsert zallarında fonoqram oxumaq düzgün deyil. Ancaq nəzərə almaq lazımdır ki, müğənninin, xanəndənin səsi həmişə yerində olmur. Bu baxımdan fonoqram oxumağı qadağan etmək nə qədər doğrudur, bunu bilmirəm. Müğənni və xanəndələrin gündə 3-4 dəfə efirə çıxdığını nəzərə almaq lazımdır. 4-5 efirə çıxıb canlı musiqi ifa etməyə müğənninin və xanədənin səsi yetməz", - deyə deputat vurğulayıb.
Azərbaycanın Xalq artisti, sevilən xanəndə Mənsum İbrahimov isə fonoqramın qadağan olunmasını istədiyini söyləyib. Onun sözlərinə görə, mədəniyyət saraylarında və konsert zallarında müğənni mahnını canlı ifa etməlidir:
"Bəzən təbiətdə, kütləvi tədbirlərdə, çəkilişlərdə texniki məsələlərə görə fonoqram oxunur. Polad Bülbüloğlunun zamanında Heydər Əliyev Sarayında da fonoqramla oxumaq qadağan edilmişdi. Çünki fonoqram canlı ifanın yerini vermir.
Məsələn, mən deyə bilərəm ki, muğam müsabiqələrinə hazırladığımız uşaqlar, gənclər əsl sənət göstərirlər. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən Muğam müsabiqlərində iştirak edən gənclərin 90 faizi məhz canlı musiqi ifa edirlər".
Qeyd edək ki, Qırğızıstanda müğənnilərə fonoqram oxumaq qadağan edilib. 2023-cü il yanvarın 1-dən qüvvəyə minən qərara əsasən, Qırğızıstanda müğənnilərə kütləvi tədbirlərdə və bütün dövlət mədəni-maarif müəssisələrində fonoqram altında çıxış etmək qadağan olunub. Fonoqramla bağlı qadağa teatrlarda, filarmoniya və konsert zallarında, kinoteatr, klub, muzey və kitabxanalarda, eləcə də idman müəssisələrində keçirilən tədbirlərə də şamil edilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 770 Tarix: 05 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İynə vurmaq, tüstü, ətir və yemək qoxusu orucu pozur? - Doğru bilinən yanlışlar
Fevralın 19-u Ramazan ayı daxil olur. Bu ayın ən vacib ibadətlərindən biri isə oruc tutmaq hesab olunur. İllərdir bu ənənə davam etsə də, hələ də orucu batil edən məsələlərlə bağlı təhrif olunmuş fikirlər, insanları çaşdıran məqamlar paylaşılır. Bu isə oruc tutan adamlarda tərəddüd yaradır: Görəsən
18.02.2026 248 Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadəyə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli Nəriman Həsənzadə!. "Sizi - müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 9
18.02.2026 252 Beş nəfərə ada verəcəklər
İsveç lüks tətil anlayışını dəyişdirən unikal kampaniya elan edib. Belə ki, 5 şanslı şəxsə bir il müddətinə pulsuz özəl ada veriləcək. "Qafqazinfo" xəbər verir ki, müsabiqədə iştirak üçün yeganə şərt müraciət edənlərin milyarder olmamasıdır. Seçilmiş qaliblər təbiətə hörmətlə yanaşmalı və təcri
18.02.2026 102 Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Zəngilan, Cəbrayıl, Ağdam, Laçın, Kəlbəcər, Daşkəsən, Gəncə, Goranboy, Naftalan
18.02.2026 302 Temperatur enəcək, qar yağacaq - Xəbərdarlıq
Fevralın 19-u Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilir ki, ayrı-ayrı yerlərdə yağıntıları
18.02.2026 255 Ölümcül tələ: Avropada sakin olmayan, qeyri-adi statuslu ada var
Qəribə taleyə malik kiçik bir Avropa adasında heç kimin yaşamamasına baxmayaraq, hər altı aydan bir dövlət mülkiyyəti dəyişir. Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın "The Sun" qəzeti yazıb. Fazan adası İspaniya və Fransanın növbəli idarəsi altındadır və bəzən qanunsuz miqrantla
18.02.2026 129 İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin icraçı direktoru və digər rəhbər heyəti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu ölkədə işgüzar səfərdədir. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, fevralın 18-də dövlətimizin başçısı Vaşinqtond
18.02.2026 165 Qızıl bazarında dəyişikliklər: Əyləncədən investisiyaya keçid
"Hazırda qızıl sektorunun mahiyyəti əhəmiyyətli dərəcədə dəyişib. Əvvəllər insanlar qızılı və zinət əşyalarını əsasən xeyir işləri, toy mərasimləri və digər şad günlər üçün alırdılar. Qızıl daha çox ehtiyac və simvolik əhəmiyyət daşıyan bir əşya idi. Lakin son illərdə qızıl investisiya alətinə çevrili
18.02.2026 264 Prezidentin gəlinindən Ramazan paylaşımı - Foto
Prezident İlham Əliyevin gəlini Alena Əliyeva Ramazan ayının başlaması münasibətilə paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Ramazan ayının gəlişi mübarək olsun. Allah bu müqəddəs ayda tutduğunuz orucları və etdiyiniz duaları qəbul etsin"
18.02.2026 277