"Land Rover"lə 4 nəfəri öldürən "Qurtuluş 93"ün sahibinin kürəkəni yenidən hakim qarşısına çıxarılır

"Land Rover"lə 4 nəfəri öldürən "Qurtuluş 93"ün sahibinin kürəkəni yenidən hakim qarşısına çıxarılırBakıda 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elşad Kəlbəliyevin barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az xəbər verir ki, Ali Məhkəməyə müraciət edən məhkum barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Şikayət hakim Tahir Kazımovun icraatına verilib.

Artıq ilkin baxış iclası keçirilib və təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası yanvarın 18-nə təyin edilib.

Qeyd edək ki, cinayət materiallarında göstərilib ki, 14 iyun 2021-ci il tarixində saat 00:20-də Binəqədi-Novxanı yolunda təqsirləndirilən şəxsin sərxoş vəziyyətdə 90 km/saat sürətlə idarə etdiyi "Land Rover" markalı avtomobil ilə Murad Ziyadovun idarə etdiyi "Daewoo Damas" markalı maşın toqquşub. Nəticədə "Daewoo Damas"ın sürücüsü M.Ziyadov, sərnişinləri - Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov ölüblər. Eyni zamanda, hadisə zamanı "Daewoo Damas" markalı avtomobil yarasız vəziyyətə düşüb və nəqliyyat vasitəsinə 7 000 manat məbləğində maddi ziyan vurulub.

İttihama görə, məhkəmə istintaqı zamanı tədqiq edilən tibbi müayinə protokolu ilə müəyyən edilib ki, E.Kəlbəliyev 14.06.2021-ci il tarixində saat 07:15-də müayinə zamanı onda raport üsulu və ya indikator borcluluğu 0,517 faiz olmaqla yüngül dərəcəli sərxoşluq aşkarlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə E.Kəlbəliyev təqsirləndirilən şəxs qismində dindirilib. O, özünü ona elan edilən ittiham üzrə qismən təqsirli bilib. E.Kəlbəliyev ifadəsində göstərib ki, 14 iyun 2021-ci il tarixdə dostları ilə Sumqayıt şəhərində oturub yemək yedikdən sonra gecə saat 12 radələrində oğlu ona zəng edərək hərarətinin qalxdığını deyib:

"Oğluma evə gəldiyimi bildirdim. Sonra maşına əyləşərək Novxanı yolu istiqamətində hərəkət edərkən oğlum yenidən zəng edib özünü pis hiss etdiyini dedi. Mən həmin vaxt maşınımla 70-80 km/saat sürətlə hərəkət edirdim. Yolun döngəli hissəsinin yaxınlığında 5-6 nəfər cavan oğlanın çimərlik paltarında yolun sağ kənarında hərəkətsiz dayandıqlarını gördüm. Həmin şəxslərin təhlükə yaratmayacaqlarına əmin olduğundan sonra sürəti azaltmadan yoluma davam etdim və piyadalara 20-30 metr qalmış qəflətən onlar qaçaraq yolu avtomaşının hərəkəti istiqamətində sağdan sola keçməyə başladılar. Mən piyadaları vuracağımı gördüm, dərhal iti sürətlə sükanı sola buraraq, maşını əks hərəkət yoluna çıxartdım. Sonra həmin şəxsləri vurmaqdan yayındım, lakin bu zaman avtomobilim qarşıdan gələn "Deawo Damas" markalı maşınla toqquşdu. Nəticədə ölüm hadisəsi baş verdi. Özüm də ciddi xəsarətlər aldım. Hadisədən sonra huşsuz vəziyyətdə oldum. Bir müddət özümdə olmadım".

O, ifadəsinin davamında söyləyib ki, ümumiyyətlə içki içən deyil: "Həmin günü də orada içki qəbul etməmişdim". Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmişlərin hüquqi varislərinin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapıb. Məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 11.08.2021-ci il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, "Land Rover" markalı avtomobilin sürücüsü E.Kəlbəliyevin hərəkətlərində "Yol hərəkəti haqqında" Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olub və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olub. Bundan başqa, sürücü - təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində qanunun müvafiq tələblərinə uyğunsuzluq aşkarlanıb. Elan olunub ki, hadisədə ölən şəxslərin hüquqi varisləri E.Kəlbəliyevlə barışıblar.

Məhkəmənin hökmü ilə E.Kəlbəliyev 9 il azadlıqdan məhrum edilib. Daha sonra məhkum bu hökmlə razılaşmayıb və apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, E.Kəlbəliyevin apellyasiya şikayəti qismən təmin olunub.

Belə ki, onun cəzası 9 ildən 8 ilə endirilib.

Xatırladaq ki, E.Kəlbəliyev "Qurtuluş 93" yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir. O, "Qurtuluş 93"də satış müdiri vəzifəsində çalışıb və "Əlincə" futbol klubunun prezidenti olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1985   Tarix: 04 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.