Deputatın tələbinə fərqli baxış: "Vəzifəsini başa düşürsə, 15-16 yaşında nikahda problem yoxdur"

Deputatın tələbinə fərqli baxış: "Vəzifəsini başa düşürsə, 15-16 yaşında nikahda problem yoxdur""Ölkədə 17 yaşında olanlara ailə qurmağa icazə verilir, bunun qarşısı alınmalıdır".

Bunu Milli Məclisin iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

Onun sözlərinə görə, qanunvericilikdə heç bir istisna olmadan nikah yaşı 18 qəbul edilməli, 18 yaşdan aşağı olanların nikaha girmələri birmənalı şəkildə qadağan edilməlidir.

Bildiyimiz kimi, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda nikaha daxil olmaq istəyən nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Bəs görəsən, qanunda deputatın tələb etdiyi kimi dəyişiklik edilə bilərmi?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən hüquqşünas Şəmsəddin Əliyevin sözlərinə görə, qanunvericilikdə dəyişiklik xatirinə bunu etmək olmaz:

Deputatın tələbinə fərqli baxış: "Vəzifəsini başa düşürsə, 15-16 yaşında nikahda problem yoxdur""Bizim Konstitusiyamızda nikah hüququ var. Nikah yaşının hansı hallarda 17-yə endirilməsi ilə bağlı məlumat da qeyd olunub. Qanunvericilik məsələni kifayət qədər şərh edir. Zərurət yarandığı üçün 17 yaşında nikah bağlanmasına mane olunmamalıdır. Qanun bunu əsas tutur. Burada qeyri bir şey axtarmaq düzgün deyil. Qanunvericilikdə dəyişiklik xatirinə bunu etmək olmaz. Bu gün vacib məsələ ailəyə sədaqət nümayiş etdirməkdir. Nə qədər ki sədaqət var, ailə də möhkəm olacaq".

Hüquqşünas qeyd edib ki, 17 yaşda nikahın bağlanması bizim inkişafımıza xələl gətirməyəcək:

"15-16 yaşda nikah bağlansa belə, ailənin təməli varsa, heç bir problem yaranmayacaq. Azyaşlıların nikahının əleyhinəyəm. Lakin vəzifələrini başa düşürsə, niyə də olmasın? Müzakirəyə ehtiyac yoxdur".

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə bu fikirdədir ki, qanuna dəyişiklik edilməsinə ehtiyac var:

Deputatın tələbinə fərqli baxış: "Vəzifəsini başa düşürsə, 15-16 yaşında nikahda problem yoxdur""Əslində, bizim qanunlarımız yüksək səviyyədədir. Sadəcə, qanunun icrasına yerlərdə çox ciddi nəzarət olmalıdır ki, mənfi proseslər baş verməsin. Həm qanuni baxımdan bu məsələni tənzimləməliyik, həm də konkret cəzalar olmalıdır. Qanun pozuntusuna yol verənlər də çox ciddi şəkildə cəzalandırılmalıdırlar. Bununla yanaşı, bölgələrdə ailələrlə maarifləndirmə işləri aparılmalıdır.

Yerli icra hakimiyyətlərinin nəzdindəki komissiyalar, yəni yetkinlik yaşına çatmayan uşaqlarla işləyənlər işlək mexanizmə malik olmalı, davamlı surətdə bu istiqamətdə öz tədbirlərini həyata keçirməlidirlər. Proses hüquqi şəkildə tənzimlənməlidir".

C.Məmmədov əlavə edib ki, 18 yaşından aşağı nikahlarla səbəbindən asılı olmayaraq ciddi mübarizə aparmalıyıq:

"Belə hallar yolverilməzdir. Eyni zamanda, qeyd etdiyim maarifləndirmə məsələləri də xüsusi önəm və əhəmiyyət daşıyır. Valideynlər bölgələrdə həssas yanaşmırlar. Ona görə bu kimi problemlərlə üzləşirik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1331   Tarix: 04 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.