Türkiyənin əsas hədəfləri Qərbi sarsıdır: Ərdoğandan niyə qorxurlar?

Türkiyənin əsas hədəfləri Qərbi sarsıdır: Ərdoğandan niyə qorxurlar?Türkiyəni daxilindən çökdürməyə can atanların planlarını pozmaqla kifayətlənməyən rəsmi Ankara daha böyük hədəflərin ssenarilərini qurur, ölkə iqtisadiyyatının inkişaf səviyyəsini dünyanın ən güclü on ölkəsi ilə eyniləşdirmək istiqamətində intensiv fəaliyyət göstərir... Ərdoğan hakimiyyətinin növbəti seçkilərdə dəyişdirilməsi üçün bütün imkanlarını hərəkətə gətirən bəzi Qərb siyasi dairələri rəsmi Ankaranın öz əsas hədəflərinə nail olacağı təqdirdə, Türkiyənin siyasi iradəsinin yeni dünya düzənində xüsusi status qazana biləcəyini də anlayırlar...

Türkiyə öz müasir tarixinin olduqca önəmli bir mərhələsinə keçid etməyə hazırlaşır. Rəsmi Ankara bu mərhələni Türkiyənin dünya nəhənginə çevrilməsinə yönəltmək niyyətində olduğunu qətiyyən gizlətmir. Hesab olunur ki, Türkiyə bu dövrdə beynəlxalq məkanda yeni siyasi-iqtisadi supergüc statusunda öz yerini almağa nail olacaq.

Yəni, dünyanın müasir tarixində Türkiyənin dövrü başlayır. Rəsmi Ankaranın bu hədəfi mövcud situasiyada tamamilə real görünür. Hər halda, bəzi Qərb dövlətlərinin Türkiyənin yüksəliş perspektivlərindən və potensialından narahat olması da rəsmi Ankaranın doğru istiqamət üzrə irəlilədiyini təsdiqləyir.

Xüsusilə də, Türkiyənin əsas beynəlxalq rəqib-düşməni olan Fransa hazırda ciddi narahatlıq içərisindədir. Rəsmi Paris Türkiyənin sürətlə yüksəliş dövrünə girdiyini hamıdan yaxşı anlayır və buna bütün mümkün vasitələrlə müqavimət göstərməyə çalışır. Və Fransanın Yunanıstanı Türkiyəyə qarşı gücləndirməyə çalışması, bu iki qonşu dövlət arasında mövcud olan hərbi-siyasi gərginliyi silahlı münaqişəyə çevirməyə can atmasının səbəbləri də məhz bununla birbaşa bağlıdır.

Fransa Türkiyənin beynəlxalq məkanda supergücə çevrilmə fəaliyyətini açıq-aşkar qorxu ilə qarşılayır. Rəsmi Paris üçün Türkiyənin ümumiyyətlə, küncə sıxışdırılması yeganə sərfəli variant hesab olunur. Çünki Türkiyənin siyasi iradəsi olan yerlərdə Fransa gücsüz və carəsiz duruma düşür.

Fransa prezidenti Emmanuel Makron bir müddət öncə bütün dünyanı Ukrayna savaşının sona çatdırılması üçün danışıqlar masası arxasına oturmağa çağırmışdı. Nə qədər qəribə də olsa, Fransa prezidenti həmin masanın arxasında yalnız iki dövləti - Türkiyə və Çini görmək istəmədiyini vurğulamışdı. Halbuki, Fransanın nə Rusiya, nə də Ukrayna ilə münasibətləri normal məzmun daşımır. Rəsmi Parisin çirkli oyunları Rusiya və Ukraynanı Fransadan məsafə saxlamağa sövq edir.

Türkiyə isə bunun əksinə olaraq, həm Rusiya, həm də Ukrayna ilə eyni vaxtda siyasi dialoq imkanlarını qoruyub, saxlamış yeganə dövlətdir. Rəsmi Ankaranın vasitəçiliyi ilə hazırda fəaliyyət göstərən "taxıl dəhlizi"nə görə bütün dünya məhz Türkiyəyə borcludur. Və indi Ukrayna savaşı ilə bağlı sülh prosesinə heç bir aidiyyatı olmayan Fransa, bu məsələdə yeganə dialoq mərkəzi olan Türkiyəni danışıqlar masasından kənarda saxlamağın planları içərisinə girməyə çalışır.

Fransa və Qərbdəki bəzi ölkələr Türkiyənin dünyanın 10 ən güclü iqtisadiyyatı olan dövlətlərin sırasına daxil olma perspektivlərini də nəzərə alırlar. Çünki Türkiyənin siyasi iradəsi ilə iqtisadi gücünün birləşdiyi təqdirdə, dünyanın necə idarə ediləcəyini elə indidən təxmin edirlər. Rəsmi Ankaranı özləri üçün ən real təhlükə kimi görürlər. Və Türkiyənin maliyyə-iqtisadi imkanlarını nəzərə aldıqda, Qərbdəki narahatlığın səbəbləri daha qabarıq şəkildə ortaya çıxır.
Ətraflı

Məsələ ondadır ki, rəsmi Ankara Qərb ölkələrinin Türkiyədən öz kapitalını tez-tələsik çıxartmasına qarşı alternativ çıxış yolu tapa bilib. Qərb ölkələri Türkiyənin maliyyə məkanında kəskin defisit yaratmaqla, iqtisadi yüksəliş prosesini pozmağa çalışırdılar. Əsas hədəf isə şübhəsiz ki, ölkədaxili iqtisadi narazılıqların gücləndirilməsi sayəsində, yaxınlaşan seçkilərdə Ərdoğan hakimiyyətinin məğlubiyyətini təmin etmək idi.

Ancaq rəsmi Ankara Türkiyənin rəqiblərinin seçkiqabağı çirkli və məkrli oyunlarını əvvəlcədən təxmin etdiyindən ehtiyat variantlar hazırlamışdı. Rəsmi Ankara Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Koreya və daha bir neçə ölkə ilə anlaşaraq, "qaçan" Qərb kapitalının əvəzinə Türkiyəyə 35-40 milyard depozit yerləşdirilməsinə nail olub. Yəni, Qərb ölkələrinin Türkiyəyə qarşı maliyyə-iqtisadi hücumları elə başlanğıcdaca iflasa uğradılıb, hətta onun rəqiblərin özlərinə qarşı çevrilməsinə nail olunub. Hər halda, Qərb kapitalı Türkiyə məkanını itirmək üzrədir.

Ona görə də, bu il Türkiyədə maliyyə defisitinin minimuma enəcəyi proqnozlaşdırılır. Üstəlik, enerji resurslarının qiyməti stabilləşir, Rusiya isə Türkiyəyə güzəştli satış sisteminə keçib. Halbuki, bir çox Qərb ölkələri Ukrayna savaşı və enerji resurslarının qiymətləri ucbatından kifayət qədər ciddi büdcə kəsirləri ilə üzləşib. Və bu reallıq yaxın gələcəkdə beynəlxalq siyasi-iqtisadi sistemə təsirsiz ötüşməyəcək.

Türkiyə isə tezliklə AES-in işə düşməsi, Qara dənizdən tapılan enerji resurslarını ölkədaxili sistemə birləşdirilməsi sayəsində öz xərclərini daha da azaltmaq imkanlarına malikdir. Bu isə Qərb ölkələrinin, əsasən ABŞ və Avropa Birliyi dövlətlərinin öz kapitalını çıxartmaqla, Türkiyə iqtisadiyyatına sarsıdıcı zərbə vurmaq planlarını boşa çıxarır. Çünki Türkiyəyə cəlb olunan kapitalın həcmi çıxarılan məbləğdən qat-qat çoxdur.

Məsələ ondadır ki, rəsmi Ankara belə bir prosesin ola biləcəyini nəzərə alaraq, daha çox ərəb dünyasına yönəltməyə üstünlük verib. Türkiyə iqtisadçılarının iddialarına görə, ərəb dövlətlərinin ölkədəki sərmayəsi yüz milyardlarla hesablanır və bu, artmaqda davam edir. Buna paralel olaraq, rəsmi Ankara əsas Asiya ölkələri - Yaponiya, Cənubi Koreya Sinqapur və Malaziya ilə də maliyyə-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün intensiv danışıqlar aparır.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Rusiyanın da Türkiyəyə marağı artır. Kremlin növbəti prezident seçkilərində Türkiyənin indiki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdə qalmasında maraqlı olduğu qətiyyən şübhə doğurmur. Son məlumatlara görə, prezident Rəcəb Tayyib Ərdoğanın sayəsində 25 milyard dollardan çox Rusiya kapitalı cəlb olunub. Kreml Ərdoğan hakimiyyəti ilə Türkiyədə təbii qaz xabının yaradılması da daxil olmaqla, bir çox istiqamətlər üzrə layihələrin işlənməsində maraqlı olduğunu qətiyyən göstərmir. Bu isə əlavə sərmayə axını anlamı daşıyır.

Təbii ki, bütün bu proseslər Türkiyə şirkətlərinin güclənməsinə və böyüməsinə də geniş imkanlar açır. Belə ki, cəmisi üç il əvvəl Türkiyə şirkətlərinin ümumi kapitallaşması 20 milyard dollar ətrafında məhdudlaşırdı. İndisə yalnız SASA təkbaşına 20 milyard dollardan artıq kapitala sahibdir. Bu sıraya 10 milyarddan artıq kapitallaşma səviyyəsinə yüksəlmiş Türkish Airlines, "Getir" və s. kimi şirkətləri də əlavə etdikdə Türkiyənin böyük inkişaf yolu keçməkdə olduğu qətiyyən şübhə doğurmur. Türkiyə Hərbi-Sənaye Kompleksinin son uğurları isə beynəlxalq rəqiblərin mütləq əksəriyyətində qısqanclıq doğurur.

Göründüyü kimi, Ərdoğan hakimiyyəti böyük uğurlar qazanmaqda davam edir. Türkiyəni daxilindən çökdürməyə can atanların planlarını pozmaqla kifayətlənməyən rəsmi Ankara daha böyük hədəflərin ssenarilərini qurmağa çalışır. İndi rəsmi Ankara ölkə iqtisadiyyatının inkişaf səviyyəsini dünyanın ən güclü 10 ölkəsi ilə eyniləşdirmək istiqamətində intensiv fəaliyyət göstərir. Buna nail olunarsa, Türkiyənin siyasi iradəsi yeni dünya düzənində xüsusi status qazana bilər. ABŞ və Fransa başda olmaqla, Türkiyənin beynəlxalq rəqablərinin reallaşmasından ən çox qorxduqları perspektiv də əslində, elə budur.(milli.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 578   Tarix: 03 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Peşə yoxsa YouTube? Gənclərin qarşısındakı vacib seçim

"Son illər bir çox gənc karyerasını yalnız YouTube, TikTok, Instagram və digər sosial media platformaları üzərində qurmaq istəyir. "Video çəkim, məşhur olum və pul qazanım" düşüncəsi cəlbedici görünsə də, bu yanaşma kifayət qədər risklidir və əksər hallarda uzunmüddətli uğur vəd etmir"

05.08.2026 190
.

Sabah internet birdəfəlik kəsilsə, həyatımız necə dəyişər? - ARAŞDIRMA

Bir səhər gözünüzü açırsınız. Adət etdiyiniz kimi, əliniz telefona gedir. Ekranı yandırırsınız, amma heç nə açılmır. WhatsApp işləmir, Instagram yenilənmir, bank tətbiqi cavab vermir, xəbər saytları açılmır. "Yəqin internet zəifdir", - deyib modemi söndürüb-yandırırsınız. Bir neçə dəqiqə sonr

05.08.2026 242
.

Tibbdə süni intellekt: Diaqnoz qoyan yox, həkimə kömək edən texnologiya

"Tibb sahəsində süni intellektin Azərbaycanda tətbiqi mümkündür və bunun üçün zəruri rəqəmsal infrastruktur tədricən formalaşır. Təsadüfi deyil ki, ölkədə qəbul olunmuş 2025-2028-ci illər üzrə Süni İntellekt Strategiyası çərçivəsində səhiyyədə tibbi məlumatların vahid informasiya mühitində inteqrasiyas

05.08.2026 200
.

Çimərliklərdə hava necədir?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, avqustun 6-da çimərliklərdə mülayim şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26

05.08.2026 205
.

Messi görün harada yaxalandı

Lionel Messi paparassilərin görməməsi üçün çölə baxarkən kameraya düşüb. -ın xarici mediaya istinadən xəbərinə görə, argentinalı ulduz qapıdan baxarkən paparassilər tərəfindən məhz həmin anda yaxalanıb və bu, maraqlı görüntülərin yaranmasına səbəb olub. Dünya futbolunun ulduzlarından biri olan Lione

05.08.2026 326
.

Polşada Zelenski ilə bağlı mükafat mübahisəsi gündəmdə

Polşa Baş naziri Donald Tusk Ukrayna Prezidenti Vladimir Zelenski ilə bağlı dövlət mükafatı məsələsində qərar verməyə çağırılıb. xəbər verir ki, Polşa Prezident Administrasiyasının rəhbəri Zbiqnev Boqutski bu barədə X sosial şəbəkəsində paylaşım edib. Boqutski bildirib ki, Donald Tusk vəzifə borcun

11:32 0
.

Güclü külək əsəcək - Xəbərdarlıq

Avqustun 6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıva

05.08.2026 476
.

Dələduzluğa görə hansı hallarda cinayət işi açılır?

"Vətəndaşlara qarşı dələduzluq əməli törədildiyi hallarda hüquq-mühafizə orqanları hadisəni araşdırır və dəymiş ziyanın məbləğindən asılı olaraq təqsirkar şəxsin qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunmasını təmin edir. Dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakın

05.08.2026 227
.

Uzun müddət hiss edilməyən beş təhlükəli xəstəlik

Təhlükəli pozuntular orqanizmdə illərlə gizli qala bilər, ilk nəzərəçarpan əlamətlər isə çox vaxt artıq gec mərhələdə üzə çıxır. -ın xarici mediaya istinadən xəbərinə görə, bəzi xəstəliklər uzun müddət demək olar ki, heç bir əlamət vermədən inkişaf edir, aydın əlamətlər isə yalnız ağırlaşmalar yarandıqda

05.08.2026 281
.

TOP MP3