2022-ci ilin gündəmi alt-üst edən hadisələri - Əjdaha Tahir, xanın istefası, xınayaxdı, partlayış...

2022-ci ilin gündəmi alt-üst edən hadisələri - Əjdaha Tahir, xanın istefası, xınayaxdı, partlayış...İlin sonuna sayılı günlər qalır. Yola salmaqda olduğumuz 2022-ci il bütün dünyada daha çox təlatümləri, böhranları, qalmaqalları ilə yaddaşlara həkk olunmaqdadır. Azərbaycan da bu hadisələrdən kənarda qalmır. İlin əvvəlindən başlayaraq gündəmi alt-üst edən istefalar, həbslər, struktur dəyişiklikləri, itkilər hələ də müzakirə olunmaqdadır.

Modern.az 2022-ci ilin gündəmə damğa vuran hadisələrini təqdim edir:

Ramiz Mehdiyevin istefası

İstefasına qədər mətbuatda və sosial mediada "Ramiz get" başlıqlı çağırışların nəticəsi olaraq "Sevgililər günü"ndə - 14 fevralda Ramiz Mehdiyev AMEA-nın prezidentiliyindən istefa verdi. Bu da öz növbəsində AMEA-da sturuktur dəyişikliyinə səbəb oldu ki, nəticədə elm sahəsi AMEA-dan ayrılaraq, Təhsil Nazirliyinə birləşdirildi. Nəticədə isə Elm və Təhsil Nazirliyi yaradıldı.

2022-ci ilin gündəmi alt-üst edən hadisələri - Əjdaha Tahir, xanın istefası, xınayaxdı, partlayış...Vətənindən həbsə gedən Manaf Ağayev

Müğənni Manaf Ağayev və dostu Sənan Hüseynovun müvafiq icazələri olmadan Füzuliyə səfər etdiklərinə görə 18 fevralda cəzalandırılmaları günlərlə sosial şəbəkə istifadəçilərinin müzakirə predmeti oldu.

15 sutkalıq həbs dövründə sənət dostlarının sənətçiyə dəstək durması, hələ müğənni Təranə Qumralın "Manafı buraxın, niyə tutmusunuz? Bəlkə, onun sabah toyu var?", deyərək ona azadlıq tələb etməsi müzakirələrin pik nöqtəsi idi.

2022-ci ilin gündəmi alt-üst edən hadisələri - Əjdaha Tahir, xanın istefası, xınayaxdı, partlayış...Əjdaha Tahir

Gecənin bir yarısı sosial mediaya bomba kimi düşən videolardan biri də deputat Tahir Kərimlinin əlində əjdaha ilə çağırışı idi. Ölümlə təhdid edildiyini vurğulayan deputatın videosunu niyəsə heç kəs ciddiyə almamışdı.

2022-ci ilin gündəmi alt-üst edən hadisələri - Əjdaha Tahir, xanın istefası, xınayaxdı, partlayış...Fərrux əməliyyatı

24-28 mart tarixlərində baş tutan Xocalı rayonunun Fərrux kəndi, Fərrux dağı, "Daşbaşı" yüksəkliyi və "Sağsağan" dağ silsiləsinin azad olunması üçün Azərbaycan tərəfindən aparılmış hərbi əməliyyat ilin sevindirici hadisəsi kimi yadda qaldı.

Baş tutan əməliyyatdan sonra Ağdam şəhəri və rayonun 9 kəndi Dağlıq Qarabağ ərazisində yerləşən erməni silahlı dəstələrinin vizual nəzarətindən çıxdı, Xankəndi-Ağdərə avtomobil yoluna Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti təmin edildi.

2022-ci ilin gündəmi alt-üst edən hadisələri - Əjdaha Tahir, xanın istefası, xınayaxdı, partlayış...Bir göz qırpımında satılan evlər

Səs-küylü hadisələrdən biri də MİDA-da "Güzəştli mənzil" sistemi vasitəsilə 30 mart 2022-ci ildə keçirilmiş mənzil seçimi mərhələsinin nəticələrinin ləğv edilməsi oldu. Satışa çıxarılan mənzillərin 5 saniyəyə satılması böyük narazılıq yaratdı. Hüquq-mühafizə orqanlarının işə qarışması ilə sistemə kiberhücum olduğu üzə çıxdı və satış yenidən həyata keçirildi.

2022-ci ilin gündəmi alt-üst edən hadisələri - Əjdaha Tahir, xanın istefası, xınayaxdı, partlayış...Gecəyə, gündəmə partlayan klub

"Location" gecə klubunda 3 nəfərin ölümü, 37 nəfərin yaralanması ilə nəticələnən dəhşətli partlayış ilin ən çox müzakirə olunan hadisəsi kimi yadda qaldı. Hadisənin Ramazan ayında qeydə alınması müzakirələr başqa məcraya da yönəltdi. Partlayışla bağlı təqsirləndirilən Rəsul Rəsulov 5 il, Orxan Səfərli 4 il müddətinə azadlıqdan məhrum edildi.

2022-ci ilin gündəmi alt-üst edən hadisələri - Əjdaha Tahir, xanın istefası, xınayaxdı, partlayış...2022-ci ilin yaddaqalan hadisələrindən biri də mayın 26-da Bakıda "TEKNOFEST Azərbaycan" festivalının start götürməsi oldu. Türkiyədən kənarda ilk "TEKNOFEST" Azərbaycanda, Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində təşkil olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da festivalda iştirak edənlər arasında idi.

2022-ci ilin gündəmi alt-üst edən hadisələri - Əjdaha Tahir, xanın istefası, xınayaxdı, partlayış...Ordumuz Laçında!

Bu il avqustun 25-də Azərbaycan ordusunun tam şəkildə Laçın şəhərini nəzarətə götürməsi ilin tarixi hadisəsi oldu. 10 noyabr bəyənnaməsinə əsasən, alternativ yolun tez bir zamanda çəkilməsilə ordumuz Laçın şəhərinə daxil oldu. Prezident İlham Əliyevin sentyabrın 21-də Laçın şəhərində Azərbaycan bayrağını dalğalandırması ilin ən tarixi anlarından birinə çevrildi.

2022-ci ilin gündəmi alt-üst edən hadisələri - Əjdaha Tahir, xanın istefası, xınayaxdı, partlayış...18+ FHN hadisələri

2022-ci ildə ölkə gündəmində FHN küləyi əsdi. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyevin kabinetində çəkilən silsilə pornoqrafik videolar sosial medianı çalxalayan ilin hadisəsi kimi yadda qaldı. Hazırda həbsdə olan Z.Mirzəyevin öz rəisinin qohumu ilə evli olduğu da məlum oldu. FHN-də yayılan daha bir video isə ilin son günlərinə təsadüf edir. Nazirliyin bir qrup xanım əməkdaşlarının iş yerində "xınayaxdı" keçirməsi də ilin müzakirə yaradan hadisələrindən oldu.

2022-ci ilin gündəmi alt-üst edən hadisələri - Əjdaha Tahir, xanın istefası, xınayaxdı, partlayış...Sentyabr döyüşləri

2022-ci ilin 12-14 sentyabr tarixlərində ermənilərin Azərbaycan dövlət sərhədinə genişmiqyaslı təxribatları nəticəsində baş verən döyüşlər 80 hərbçinin şəhid olması, 80 ocağın sönməsilə nəticələndi.

2022-ci ilin gündəmi alt-üst edən hadisələri - Əjdaha Tahir, xanın istefası, xınayaxdı, partlayış...AYB-nin başıbəlalı qurultayı

Azərbaycan Yazıçılar Birliyinin 26 oktyabrda keçirdiyi qurultay ilə damğa vurdu desək, yanılmarıq. Yazıçı Anarın yenidən sədr seçilməsi, gənc namizədlərin səsverməyə çıxarılmaması qurultayda dava-dalaş yaratdı. Qurultay günü Anarın mətbuatı zəhərli ilan adlandırması, Xalq yazıçısı Çingiz Abdullayevin jurnalistə "ölmürsən utanmığdan?" deməsi gülüş obyektinə çevrilməklə yanaşı, böyük hiddət doğurdu.

2022-ci ilin gündəmi alt-üst edən hadisələri - Əjdaha Tahir, xanın istefası, xınayaxdı, partlayış...Rəşad Dağlı dəmir barmaqlıqlar arxasında...

Meyxana sevənləri təəccübləndirən xəbər - Rəşad Dağlının qonşusunu çoxsaylı bıçaq zərbəsilə öldürməsi böyük rezonans doğurdu. Günlərlə bitməyən müzakirələrdə müxtəlif fikirlər səsləndi, Rəşad Dağlının əməlinə hətta haqq qazandırıldı. Barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən tanınmış meyxanaçının neçə il müddətinə azadlıqdan məhrum ediləcəyi məlum deyil.

2022-ci ilin gündəmi alt-üst edən hadisələri - Əjdaha Tahir, xanın istefası, xınayaxdı, partlayış..."Vasif Talıbov erası"nın sonu

Naxçıvan xanının barəsində "vəzifədən gedir" yazıları, nəhayət ilin sonuncu ayında öz təsdiqini tapdı. Nəticədə Vasif Talıbov Ali Məclisin qapalı iclasında 27 illik postundan istefa verdi. Oğlu Seymur Talıbovun atasının yolasalma mərasimində gözlərinin dolması da 2022-nin son yaddaqalan hadisəsi kimi tarixə düşdü.

2022-ci ilin gündəmi alt-üst edən hadisələri - Əjdaha Tahir, xanın istefası, xınayaxdı, partlayış...Hələ də davam edən ekofəalların aksiyası 2022-ci il tarixinə düşən ən əlamətdar hadisəsi kimi yadda qalacaq. 7/24 davam edən aksiyalarda minlərlə azərbaycanlılının ekologiyamıza olunan terrora qarşı mübarizəsilə yadda qalmaqdadır.

2022-ci ilin gündəmi alt-üst edən hadisələri - Əjdaha Tahir, xanın istefası, xınayaxdı, partlayış...


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1580   Tarix: 28 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Deputatın həyat yoldaşı vəfat etdi

Milli Məclisin deputatı Sevinc Hüseynovanın ailəsində ağır itki baş verib. xəbər verir ki, deputatın həyat yoldaşı Hacı İsaq Həsənzadə vəfat edib. Qeyd edək ki, Hacı İsaq Həsənzadə Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənovun qardaşıdır

07.11.2026 270
.

Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"

"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit

07.11.2026 190
.

Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, birliyinin və sarsılmaz mübarizə əzminin təntənəsidir. xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının 8 Noyabr - Zəfər Günü münasibətilə yaydığı məlumatda qeyd olunub. "Prezident, Müzəffər Ali Baş Komanda

10:59 0
.

Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib

Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki

07.11.2026 183
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

00:07 219
.

Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"

"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

11:29 0
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

00:23 270
.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. BİG.AZ "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməs

11:31 0
.

Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Noyabr ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. -ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfndən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının noyabrın 13-də ödənilməsi nəzərd

00:07 263
.