İlham Əliyev Ağ Şəhərdə təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB + FOTO

İlham Əliyev Ağ Şəhərdə təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB + FOTOBakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında bir sıra tikililər, avtomobil yolları və digər infrastruktur işləri tamamlanıb.

AZƏRTAC xəbər verir ki, dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kvartalda görülən işlərlə tanış olub, Bakı Ağ Şəhər Qarabağ Atları Kompleksinin təməlini qoyub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Bakı Ağ Şəhər layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına Kvartalda görülən işlər barədə məlumat veriblər.

Bildirilib ki, Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müxtəlif ölçülü küçələrin salınması və yolaltı kommunikasiya infrastruktur işləri tamamlanıb. Bunlar, əsasən Qarabağ Atları, 3-cü Şərq, 6-cı Park küçələri və bir sıra digər küçələrdir.

Bununla da artıq Ağ Şəhərin Xəqani Rüstəmov küçəsindən əlavə daha iki küçəsinin Babək prospektinə rahat giriş və çıxışı təmin ediləcəkdir. Prospekt boyunca magistral su xətti, yüksək və orta təzyiqli qaz xətləri, elektrik magistral xətlər köçürülərək Ağ Şəhər layihəsinə uyğunluğu təmin edilib.

Tamamlama işləri çərçivəsində arabalar üçün panduslar, yerüstü piyada keçidləri, qoruyucu tumbalar, Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" xidməti tərəfindən videokameralar quraşdırılıb, "Azərsu" və "Azərişıq" Açıq Səhmdar cəmiyyətləri, "Azəriqaz" İstehsalat birliyi tərəfindən yeraltı kommunikasiyalar, "Delta Telecom" MMC tərəfindən isə İT kanal sistemləri çəkilib.

Mərkəzi Park Kvartalı 2017-ci ildə təhvil verilmiş Paris evlərindən əlavə, 36, 20 və 8 mərtəbəli yaşayış binaları, 6-cı Park küçəsi boyunca ikimərtəbəli qeyri-yaşayış binaları, ticarət və ictimai iaşə obyektləri, orta məktəb, ofis və dövlət inzibati binaları, bir sıra park və yaşıllıq zonalarından ibarətdir.

Bildirildi ki, Qarabağ Atları küçəsinin mərkəzində səkkizmərtəbəli, müasir fasadlı yaşayış binalarının əhatəsində Qarabağ Atları Meydanı yerləşir.

Prezident İlham Əliyev Qarabağ Atları Meydanına gələrək burada ağac əkdi.

Sonra dövlətimizin başçısı Bakı Ağ Şəhər Qarabağ Atları Kompleksinin təməlini qoydu.

Meydanla tanışlıq zamanı qeyd olundu ki, ətrafdakı binalarda mağazaların, kafe və restoranların, digər ictimai iaşə obyektlərinin açılması nəzərdə tutulur. Burada həmişəyaşıl ağaclar və kollardan ibarət landşaft salınıb. Meydanın mərkəzində Qarabağ atlarının heykəl kompleksi quraşdırılıb. Qarabağ Atları heykəl kompleksi Azərbaycanın Qarabağ torpaqlarının 30 illik işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsindəki Zəfərinə həsr edilib. Yeddi Qarabağ atından ibarət kompleksin hazırlanmasına amerikalı heykəltəraş Robert Sammers cəlb olunub. Qeyd edək ki, heykəltaraş Dallas şəhərində yerləşən "Mal-qara sürülməsi", Kaliforniya hava limanında "Con Ueyn" və digər əsərləri ilə dünyada məşhurdur.

Qarabağ Atları küçəsində avtomobillərin və piyadaların təhlükəsiz hərəkəti üçün hər cür şərait yaradılıb. Burada Ağ Şəhər layihəsinə uyğun olaraq piyadalar üçün panduslar və yerüstü keçidlər salınıb, eni 6-8 metr olan səkilərdə xüsusi dizaynlı daş düzümündə küçənin adı qeyd edilib, yaşıllıq zolaqları salınıb, avtomobil və velosiped dayanacaqları yaradılıb, piyadaların istiqamətləndirilməsi üçün yol göstəriciləri və xəritələr, tullantı qutuları, oturacaqlar quraşdırılıb. Küçə şimalda Babək prospektinə, cənubda isə Mərkəzi Parka birləşir.

Prezident İlham Əliyev avtobusla Bakı Ağ Şəhər Mərkəzi Park Kvartalını gəzdi.

Dövlətimizin başçısına məlumat verildi ki, Meydanın ətrafındakı yaşayış binalarının birinin fasadında keramikadan xüsusi hazırlanmış pano quraşdırılıb. Həmçinin burada dördmərtəbəli hipermarket binasının, Babək prospektində müasir dizaynlı çoxfunksiyalı binanın və yaşıllaşdırılmış avtodayanacağın inşası başa çatıb. Bu kommersiya binaları Babək prospekti boyunca yerləşən satış və ticarət məkanlarının davamı olacaq.

Diqqətə çatdırılıb ki, burada, həmçinin Bakı Ağ Şəhərin "landmark"-ı olan və hazırda tikintisi aparılan 12 mərtəbəli ofis binası beynəlxalq standartlara uyğun iş məkanı təklif edəcək. Yeraltı və yerüstü avtodayanacaqların, müasir havalandırma sisteminin, sürətli liftlərin nəzərdə tutulduğu binanın qarşısında gəzinti və istirahət üçün geniş yaşıl meydan salınacaq. Ətraf mühit və ekologiyanı tikintidə əsas amil kimi nəzərə alaraq binanın BREEAM ekoloji sertifikatlaşma təşkilatı tərəfindən layihələndirmə mərhələsindən dəyərləndirilməsinə başlanılıb. Bu, artıq Bakı Ağ Şəhərdə BREEAM sertifikatlı ikinci ofis binası olacaq, 12 mərtəbəli biznes mərkəzi beynəlxalq standartlara uyğun iş məkanları təklif edəcək. Biznes mərkəzinin arxasında, hündür binaların əhatəsində 1 hektar ərazisi olan Mərkəzi Park layihələndirilib. Parkda gözoxşayan landşaft və incəsənət nümunələri yer alacaq. Bu park piyadalar üçün şimalda Babək prospekti və Qarabağ Atları meydanından başlayan Fəvvarələr meydanı və piyada körpüsü boyunca Ağ Şəhər bulvarınadək 2 kilometrlik maneəsiz gəzinti xiyabanı üzərində yerləşəcək.

Prezident İlham Əliyev: Məqsədimizə çatmışıq, şəhər içində artıq şəhər var.

Ruslan Sadıxov: Maşallah, cənab Prezident, qoyduğunuz bütün təməllər hamısı uğurlu olur. Ağ Şəhər də onlardan biridir. Həm uğurlu, həm də böyük bir ekoloji layihə kimi dünyada tanınır. Həmçinin Bakı şəhərinin sakinləri arasında da böyük etimadla qarşılanır.

Dövlətimizin başçısına Bakı Ağ Şəhər layihəsi çərçivəsində növbəti illərdə görüləcək işlər barədə də məlumat verildi.

Qeyd edək ki, Bakı Ağ Şəhər layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı" çərçivəsində həyata keçirilir. Bakı Ağ Şəhər dünyanın qabaqcıl və müasir ekoloji şəhərsalma layihəsi kimi müxtəlif beynəlxalq və yerli mükafatlara, Honkonqda "MIPIM Asia Awards 2011" müsabiqəsində "Mərkəzi və Qərbi Asiyanın ən yaxşı gələcək layihəsi" nominasiyasında, Dubayda "Cityscape Global" və bir sıra digər sərgilərdə "Ən yaxşı şəhərsalma layihəsi" kimi müxtəlif mükafatlara layiq görülüb.

Ağ Şəhərin təhvil verilmiş kvartallarında artıq minlərlə sakin keyfiyyətli və müasir şəhər mühitində yaşayır. Burada layihələndirilən və tikilmiş binalar, parklar və digər ictimai yerlər Bakı şəhərinin gözəl memarlıq simasına öz töhfəsini verməkdədir.

15:17

Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında bir sıra tikililər, avtomobil yolları və digər infrastruktur işləri tamamlanıb.

AZƏRTAC xəbər verir ki, dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev burada görülən işlərlə tanış olub, Bakı Ağ Şəhər Qarabağ Atları Kompleksinin təməlini qoyub.
İlham Əliyev Ağ Şəhərdə təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB + FOTOİlham Əliyev Ağ Şəhərdə təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB + FOTOİlham Əliyev Ağ Şəhərdə təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB + FOTOİlham Əliyev Ağ Şəhərdə təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB + FOTOİlham Əliyev Ağ Şəhərdə təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB + FOTOİlham Əliyev Ağ Şəhərdə təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB + FOTOİlham Əliyev Ağ Şəhərdə təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB + FOTOİlham Əliyev Ağ Şəhərdə təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB + FOTOİlham Əliyev Ağ Şəhərdə təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB + FOTOİlham Əliyev Ağ Şəhərdə təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB + FOTOİlham Əliyev Ağ Şəhərdə təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB + FOTOİlham Əliyev Ağ Şəhərdə təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB + FOTOİlham Əliyev Ağ Şəhərdə təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB + FOTOİlham Əliyev Ağ Şəhərdə təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB + FOTOİlham Əliyev Ağ Şəhərdə təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB + FOTOİlham Əliyev Ağ Şəhərdə təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB + FOTOİlham Əliyev Ağ Şəhərdə təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB + FOTOİlham Əliyev Ağ Şəhərdə təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB + FOTOİlham Əliyev Ağ Şəhərdə təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB + FOTOİlham Əliyev Ağ Şəhərdə təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB + FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 715   Tarix: 27 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!

Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə

00:10 279
.

Yaponiya kibertəhlükəsizliyi gücləndirmək üçün 63 milyon dollar ayıracaq

Yaponiya hökuməti şirkətlərə və dövlət qurumlarına artan haker hücumlarına cavab olaraq kibertəhlükəsizlik tədbirlərini gücləndirmək üçün büdcənin ehtiyat fondundan 10 milyard yen (təxminən 63 milyon dollar) ayıracaq. "Report"un "Kyodo" agentliyinə istinadən verdiyi məlumata görə

11:45 0
.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

00:13 253
.

İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video

İranın cənubundakı Sirik, Cask və Bəndər-Abbas şəhərlərində, eləcə də Keşm adasında partlayışlar baş verib. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Hələlik partlayışların səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. Onların İran Silahlı Qüvvələrinin Hörmüz boğazının müdafiəs

01:19 277
.

Səfir: "TRIPP İrəvan və Bakı arasında dialoq üçün yeni imkanlar yaradacaq"

"TRIPP ("Tramp marşrutu") layihəsinin icra edilməsi Azərbaycanın bölgə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar aça bilər". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin Ermənistandak

07.11.2026 187
.

Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"

"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüs

07.11.2026 214
.

Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad

07.11.2026 195
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

07.11.2026 234
.

İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu

07.11.2026 201
.