Azərbaycan quru sərhədlərini buna görə açmır - SƏBƏB AÇIQLANDI
Koronavirusa gündəlik yoluxma sayı azalsa da, ölkədə epidemioloji vəziyyət nəzarət altındadır. Bildiyimiz kimi, keçdiyimiz günlərdə Nazirlər Kabinetinin qərarı ilə xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 mart saat 06:00-dək uzadılıb.
Lakin hər kəsi maraqlandıran suallardan biri Azərbaycanda quru sərhədlərin nə vaxt açılacağı ilə bağlıdır. Bu məsələ uzun müddətdir həm ölkədə yaşayan vətəndaşları, həm də xaricdə olan soydaşlarımızı maraqlandırır. Xüsusi karantin rejiminin bir sıra qadağaları aradan qaldırıldıqdan sonra isə quru sərhədlərin açılması daha çox müzakirə olunmağa başladı. Son bir ildə Azərbaycanın bu istiqamətdə addımlar atacağı, hətta bununla bağlı qərarın yaxın zamanda veriləcəyi vaxt belə açıqlanmışdı.
Azərbaycan quru sərhədləri niyə hələ də bağlı saxlayır? Quru sərhədlərin yaxın vaxtda açılması gözlənilirmi?
Məsələ ilə bağlı BiG.AZ-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, quru sərhədlərin bağlı qalması qonşu olduğumuz ölkələrdə yoluxma sayı ilə bağlıdır:
"Quru sərhədlərin açılması eyni zamanda qonşu ölkələrlə olan vəziyyətdən asılı olacaq. Çünki qonşu ölkələrdə yoluxma sayı quru sərhədlərin açılmasına təsir edən əsas faktordur. Nəzərə alsaq ki, yoluxma sayında azalmalar müşahidə olunsa da, son günlər xüsusən qonşu Rusiyada koronavirusa yoluxanların sayında artımlar var. Çində isə pandemiyanın yeni dalğası elan olunub. Bu da nəticə etibarilə regionda epidemioloji vəziyyətlə bağlıdır. Baxmayaraq ki, Çin regional dövlət deyil, amma Rusiyadakı yoluxma sayı bizim quru sərhədlərin açılması ilə bağlı qərarlarımıza təsir edir. Çünki məqsəd ölkədə yoluxma sayını optimal səviyyədə saxlamaqdan ibarətdir. Bunun üçün də təbii ki, Azərbaycan eyni zamanda digər vasitələrdən istifadə edir. Bu kontekstdən quru sərhədlərin bağlı qalması birbaşa, xüsusən də quru sərhədi olduğumuz ölkələrdə yoluxma sayı ilə bağlıdır.
Təbii ki, quru sərhədlərin açıq olması iqtisadi baxımdan məqsədə uyğundur. Çünki bu, turizmə təsir göstərən əsas faktorlardan biridir. Xüsusən nəzərə alsaq ki, Azərbaycana gələn turistlərin təxminən 70 faizi Azərbaycanın quru sərhədi olan ölkələrdən gəlir. Ona görə quru sərhədlərin açılması iqtisadi məsələdir. Amma iqtisadi məsələ olmaqla yanaşı təbii ki, qonşu ölkələrdə olan yoluxma sayı və epidemioloji vəziyyətin dəyişməsi bu məsələdə qərarın verilməsində əsas faktor olaraq qalmaqdadır".
Nuranə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 6254 Tarix: 27 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTehran: ABŞ İrana zərbə endirsə, regiondakı enerji obyektləri hədəfə çevrilə bilər
İran Fars körfəzi ölkələrini ABŞ-ın İslam Respublikasına qarşı həyata keçirə biləcəyi hər hansı yeni hücumun regionun mühüm enerji infrastrukturuna yönəlmiş cavab tədbirləri ilə nəticələnəcəyi barədə xəbərdar edib. xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Agentliyin mənbəsinə istinadə
10:44 148 Süni intellektə yeni qaydalar: Dünya AI-ni necə tənzimləyir?
"Süni intellekt texnologiyalarının sürətlə inkişafı dövlətləri və beynəlxalq təşkilatları bu sahədə yeni qaydalar və tələblər formalaşdırmağa sövq edir. Çünki süni intellekt artıq təkcə texnoloji yenilik deyil, həm də məlumat təhlükəsizliyi, müəllif hüquqları, şəxsi məlumatların qorunması və ictima
14:33 0 Mənzil bazarında təhlükəli siqnal: İpoteka resursları tükənir
"İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin azalması təsadüfi hal deyil. Bu tendensiya həm maliyyələşmə imkanlarının daraldığını, həm də mənzil bazarında əlçatanlıq probleminin daha da dərinləşdiyini göstərən ciddi siqnaldır". Bunu BİG.AZ-a açıqlamasınd
13:38 98 Qulaqdakı bu əlamətlər ciddi xəstəlik xəbərçisi ola bilər
Əksər insanlar qulaqları yalnız eşitmə orqanı hesab etsələr də, əslində onlar orqanizmdə daha vacib funksiyalar yerinə yetirir. Daxili qulaqda yerləşən tarazlıq sistemi sayəsində insan ayaq üstə dayana, rahat yeriyə və ətraf mühitdə istiqamətini müəyyən edə bilir. Həkimlər bildirirlər ki, eşitmənin qəfi
05.08.2026 334 "Qarabağ"da yeni təyinatlar (SİYAHI)
"Qarabağ" futbol akademiyasında yeni təyinatlar gerçəkləşib. Qaynarinfo klubun saytına istinadən xəbər verir ki, 2026-2027-ci illər mövsümündə komandaları çalışdıracaq məşqçilər müəyyənləşib. Akademiya koordinatoru Aftandil Hacıyevin rəhbərliyi altında akademiya komandalarında aşağıdakı məşqçilə
13:21 126 16 yaşına çatmayan uşaqlar sosial şəbəkələrdə hesab yarada bilməyəcək
Şəxslərin platformada qeydiyyatına dair tələblər müəyyənləşib. -ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna əlavə edilən yeni maddələrdə əksini tapıb. Qanuna əsasən, 16 yaşı tama
05.08.2026 262 Tahir Kərimlinin şəhid anası olan bacısı vəfat etdi
Sabiq deputat Tahir Kərimliyə ağır itki üz verib. -a istinadən xəbər verir ki, T.Kərimlinin bacısı Saabxanım uzunsürən xəstəlikdən sonra vəfat edib. Mərhum bu gün Şamaxı şəhər qəbiristanlığında dəfn olunacaq. Qeyd edək ki, mərhum həm də şəhid anası olub. Onun oğlu Şahin Seyidov 1989-cu ildə Bakı Dövlə
14:38 0 Polşada Zelenski ilə bağlı mükafat mübahisəsi gündəmdə
Polşa Baş naziri Donald Tusk Ukrayna Prezidenti Vladimir Zelenski ilə bağlı dövlət mükafatı məsələsində qərar verməyə çağırılıb. xəbər verir ki, Polşa Prezident Administrasiyasının rəhbəri Zbiqnev Boqutski bu barədə X sosial şəbəkəsində paylaşım edib. Boqutski bildirib ki, Donald Tusk vəzifə borcun
11:32 133 Mal əti bahalaşıb - VİDEO
İsmayıllı rayonunda son iki gündə mal ətinin pərakəndə satış qiyməti bir manat artaraq 17 manatdan 18 manata yüksəlib. "Xəzər" TV-yə istinadən xəbər verir ki, qəssabların sözlərinə görə, bahalaşma satışa da ciddi təsir göstərib. Alıcılar da qiymət artımını təsdiqləyirlər. Onların sözlərin
05.08.2026 313