Qüdrətimiz qarşısında bütün maneələr kiçik görünür

Qüdrətimiz qarşısında bütün maneələr kiçik görünürPrezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanışlığı və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü gələcəyə yönələn simvolik anlam kəsb edirdi. Hər kəsin yadındadır ki, illər öncə dövlət başçısı öz doğum gününü məcburi köçkünlərlə birgə keçirərək, bir gün doğma yurdlarımıza qayıdış mesajını vermişdi. Bu gün ölkəmizdə o qayıdış böyük sevinc və coşqu ilə qeyd olunur. İndi də eyni gündə Prezidentin Qərbi Azərbaycandan olan ziyalılarla görüşü qədim torpaqlarımıza dönüşümüzün ilkin işartıları sayıla bilər.

Görüşdə qədim Azərbaycan torpaqlarından soydaşlarımızın deportasiyasını təhlil edən Prezident bu prosesin Ümummilli Lider Heydər Əliyevin 1987-ci ilin noyabrında sovet rəhbərliyindən uzaqlaşmasından sonra başladığını bildirdi. Ulu Öndərin sovet rəhbərliyində təmsil olunduğu illərdə səslərini belə qaldıra bilməyən nankor qonşularımızın dahi şəxsiyyət vəzifədən gedəndən sonra əl-qolu açılmışdı.

BiG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov bildirib.

Deputat vurğulayıb ki, həmin hadisədən iki həftə sonra erməni millətçiləri səslərini qaldırdılar və ovaxtkı Ermənistanda xalqımıza qarşı növbəti cinayət başlandı. Moskvanın nəinki susqun qaldığı, hətta dəstək verdiyi deportasiya nəticəsində azərbaycanlılar tarixi torpaqları olan Zəngəzur, Göyçə, İrəvan vilayətlərindən zorakılıqla çıxarıldı.

Prezident İlham Əliyev çıxışında tarixi statistikanı da xatırladaraq qeyd etdi ki, Ermənistan adlanan ərazidə, hətta o vaxt 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar. Eyni zamanda, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edirdilər və bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı, təqribən 200 min soydaşımız öz dədə-baba yurdlarından çıxarıldı, xeyli sayda azərbaycanlı işgəncələrə məruz qaldı, öldürüldü və bütün bu cinayətlər sovet hökumətinin gözü önündə baş verirdi. Bütün bunlar azmış kimi, Qarabağda da xalqımıza qarşı cinayət törədildi.

Rəşad Mahmudov deyib ki, Azərbaycan Prezidentinin çıxışında xüsusi diqqət çəkən məqam ermənilər tərəfindən törədilən cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı idi. Bununla əlaqədar dövlətimizin başçısı informasiya mübarizəsinin mühüm əhəmiyyətinə toxunaraq, İkinci Qarabağ müharibəsində olduğu kimi, tarixi torpaqlarımız olan Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını ən önəmli vəzifə kimi qarşıya qoydu və Qərbi Azərbaycan İcmasının xaricdəki fəaliyyətinin gücləndirilməsini, Azərbaycanın diaspor təşkilatları ilə birgə fəaliyyət həyata keçirilməsinin zəruriliyini qeyd etdi.

Azərbaycan hər zaman sülh tərəfdarı olduğunu əməli ilə sübuta yetirib. Zəfər savaşında tam hərbi üstünlüyə malik olduğu zamanda belə ölkəmiz müharibəni dayandırıb, torpaqların mərhələli şəkildə azad olunmasına razılıq verdi. Amma Ermənistan bu humanizmi yetərincə dəyərləndirmədi və kapitulyasiya aktından sonra da hərbi siyasi təxribatlarını davam etdirdi. Prezidentimizin bildirdiyi kimi, bu ilin sentyabrında son təxribatlara Azərbaycan cavab verməyə məcbur oldu.

Beləliklə, Ermənistan yenidən hərbi iflas yaşadı və nəticədə bizim tarixi şəhərlərimiz bu gün artıq vizual müşahidə yolu ilə gözümüzün önündədir və sentyabr toqquşmaları həm də ermənilər üçün daha bir dərs olmaqla yanaşı, bizi gələcəkdə böyük problemlərdən sığortaladı.

Ölkəmizin başçısı vətəndaş cəmiyyəti üzvlərinin Xankəndi-Laçın yolunda təşkil etdiyi aksiyaya münasibət bildirərək ictimaiyyət nümayəndələrinin tələblərinin haqlı, təbii sərvətlərimizin istismarının qəbuledilməz olduğunu bildirdi.

Rəşad Mahmudov sonda qeyd edib ki, Prezident İlham Əliyevin tədbirdə səsləndirdiyi fikirlər ideoloji xəritə kimi hər birimizin qarşısına ciddi məsuliyyət qoyur. Hədəf və məqsədimiz aydın, Azərbaycan naminə fəal olmalı və birgə addımla tarixi ədaləti bərpa etməliyik. Necə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sədləri aşaraq Qarabağı azad etdik. Hədəf Qərbi Azərbaycandır! Kiminsə şübhəsi olmasın, biz Prezident İlham Əliyevin liderliyi ilə buna da nail olacaq, elə Müzəffər Komandanın bildirdiyi kimi, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik. Qüdrətimiz qarşısında bütün maneələr kiçik görünür! Yaşasın böyük Azərbaycan!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 486   Tarix: 25 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

00:07 219
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - Foto/Video

Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəyə həsr olunmuş memorial kompleksə - Zəfər parkına ziyarət davam edir. xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və müavinləri, həmçinin baş prokuror Kamran Əliyev və digər rəsmilər Zəfər parkını ziyarət edərək şəhidlərin ruhuna ehtiramların

11:12 0
.

AQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb

Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr

10:15 64
.

Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"

"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüs

07.11.2026 214
.

Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"

"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit

07.11.2026 190
.

Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, birliyinin və sarsılmaz mübarizə əzminin təntənəsidir. xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının 8 Noyabr - Zəfər Günü münasibətilə yaydığı məlumatda qeyd olunub. "Prezident, Müzəffər Ali Baş Komanda

10:59 0
.

Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"

"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

11:29 0
.

Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR

2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs

00:11 294
.

İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb

İtaliyanın xarici işlər naziri Antonio Tayani cinayətkarların onun fərdi məlumatlarını "darknet"də yaydıqlarını, onu və ailəsi təhdid etdiklərini bildirib. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. A.Tayani qeyd edib ki, kibercinayətkarlar artı

07.11.2026 197
.