Ruben-Arayik cütlüyünün məkri: Ermənilərin başına yenidən Azərbaycanın "Dəmir yumruğ"u dəyə bilər - ŞƏRH

Ruben-Arayik cütlüyünün məkri: Ermənilərin başına yenidən Azərbaycanın "Dəmir yumruğ"u dəyə bilər - ŞƏRHQarabağdakı mülki ermənilərin hisslərini istismar edən Ruben Vardanyan-Arayik Arutyunyan cütlüyünün öz aralarında da problem var. Rusiya emissar kimi Qarabağa göndərdiyi Vardanyandan imtina edərək onu digər böyük layihəyə hazırlayır. Böyük ehtimalla Vardanyanın Ermənistanda Nikol Paşinyana ciddi təsir edə biləcək boz kardinallıq institutunun başına gətirilməsi üzərində iş gedir.

Arutyunyan isə məngənədə sıxılır, nə onun, nə də İrəvanın Vardanyandan xoşu gəlir, ancaq hansısa bir məqamda situativ sövdələşmə onlara lazımdır.

Vardanyan-Arutyunyan cütlüyü səylərini və resurslarını Qarabağ ermənilərini faktiki girov kimi saxlamağa xərcləyirlər və onları zor gücünə Azərbaycan əleyhinə kampaniyanın içərisinə yuvarlayırlar.

Təbii ki, separatçılıq ruhu bəzi mülki ermənilərin də canına hopub. Onlar da az aşın duzu deyillər. Amma onlar isterika və qorxu səbəbindən Azərbaycana qarşı fəaliyyətdən çəkinirlər.

Ruben-Arayik cütlüyü Qarabağdakı qızıl yataqlarına olan tamahı ucbatından ermənilərin onların fəaliyyətinə problem yaratmamasına və ermənilərin sayı ilə bağlı şişirdilmiş rəqəmlərin doğruluğunu sübut etməyə çalışırlar.

Ancaq faydası yoxdur. Xankəndidə əgər adına mitinq demək mümkündürsə, keçirilən aksiyalara iştirakçılar zorla çıxarılır və say görüntüsü yaratmaq cəhdi bununla da fiasko ilə nəticələnir.

Şuşa-Xankəndi yolundakı aksiyalardan sonra Xankəndidə ermənilərin sayının o qədər də çox olmadığı üzə çıxdı və Bakı bu kartla dünyaya yalan məlumatlar çatdıran qüvvələrin saxtakarlığını ifşa etdi.

Bu həm da onun dəlilidir ki, havadar qüvvələrin dəstəyi ilə Ermənistandan Gorus-Xankəndi yolu ilə xeyli sayda insan daşınaraq Azərbaycan torpaqlarına gətirilib və bunun əsas məqsədi orada yaşayan ermənilərin sayını çox göstərmək olub.

İndi isə Rubenlə Arayik hirslərindən zəncir çeynəyərək tez-tez aksiyalar təşkil edir və böyük ehtimal ki, toplanışdan yayınan ermənilərə qarşı zor tətbiq edilir və onlara ermənilərə məxsus işgəncələr verilir.

Onlar yenidən separatçıları ayaqlandıraraq Şuşa-Xankəndi yoluna yürüşə çağırırlar. Əgər Rusiya sülhməramlıları buna maneə yaratmasalar, həmin erməniləri Azərbaycan polisi və Daxili Qoşunların hərbi qulluqçuları qarşılayacaq.

Onlar Azərbaycan təhlükəsizlik qüvvələrinin hüquqi müstəvidə atacağı addımlarla qarşılaşmaq istəmirlərsə, bu sevdadan əl çəkməlidirlər, çünki ölkənin güc strukturlarının işi asayişi bərqərar etməkdir.

Ruben-Arayik ikilisinin izdiham yaratmaq görüntüsü elə öz başlarında çatlayacaq və bu da onların ifşası üçün yeni vasitəyə çevriləcək.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 490   Tarix: 25 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yaşa görə sosial şəbəkə tələbləri ilə bağlı CƏRİMƏLƏR

Sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında"

05.08.2026 242
.

Onu görmək üçün avtomobilin qarşısını kəsdilər - Video

Artıq bir neçə gündür film çəklişlərinə görə Bakıda olan Hollivudun məşhur aktyoru Ceki Çan ötən gün şəhəri gəzib. "Qafqazinfo" xəbər verir ki, xüsusi mühafizənin müşayiətində avtomobillə İçərişəhərdə gəzən aktyor pərəstişkarlarını salamlayıb. Ceki Çanı yaxından görmək istəyən, əsasən gənclə

10:41 224
.

Çörək niyə tez ovulur və köp verir? Səbəblər düşündüyünüzdən fərqlidir

"Çörək qida rasionumuzun ayrılmaz hissəsidir. Bir çox insan üçün yemək çörəksiz tam hesab edilmir. Lakin son illər istehlakçılar arasında çörəyin keyfiyyətinin aşağı düşməsi, tez ovulması, qısa müddətdə bayatlaması və həzm zamanı köp yaratması ilə bağlı narahatlıqlar artmaqdadır". Bunu BİG.AZ-

15:02 40
.

Yaddaş və diqqət üçün ən yaxşı içki hansıdır? - Nevroloqdan cavab

Nevroloq Kiran Bat koqnitiv sağlamlığın qorunması üçün ən faydalı hesab etdiyi içkinin qəhvə olduğunu açıqlayıb. xəbər verir ki, o, bu barədə Eating Well nəşrinə müsahibəsində danışıb. Həkimin sözlərinə görə, qəhvə yaddaşın və ümumilikdə beyin fəaliyyətinin dəstəklənməsində mühüm rol oynaya bilər.

10:57 180
.

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Son günlər ölkənin müxtəlif çimərliklərində, xüsusilə nəzarətsiz ərazilərdə baş verən boğulma hadisələri narahatlıq doğurur. "Qafqazinfo" xəbər verir ki, bu cür hadisələrin əksəriyyəti təhlükəsizlik qaydalarına əməl olunmaması ilə bağlıdır. Boğulma riskini minimuma endirmək üçün aşağıdakı təhlükəsizli

05.08.2026 357
.

Sürətli arıqlama vədi: Dərmanlar və çaylar haqqında bilməli olduqlarınız

"Son illərdə arıqlama dərmanları və arıqlama çaylarına maraq əhəmiyyətli dərəcədə artıb. Lakin bu məhsulları "möcüzəvi həll" kimi qiymətləndirmək doğru yanaşma deyil. Çünki onların təsir mexanizmi, effektivliyi və təhlükəsizlik səviyyəsi bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir"

14:22 88
.

Azərbaycana gələn turistlər ən çox nəyə pul xərcləyir?

Türkiyədə xarici turistlərin xərcləri ilə bağlı açıqlanan son statistikaya görə, ziyarətçilər ən çox qida və içkiyə pul xərcləyirlər. Bu statistika turistlərin səfər zamanı hansı sahələrə daha çox vəsait ayırdığına marağı artırıb. Bəs Azərbaycanda vəziyyət necədir? Ölkəmizə gələn turistlər daha çox hans

14:55 44
.

Mal əti bahalaşıb - VİDEO

İsmayıllı rayonunda son iki gündə mal ətinin pərakəndə satış qiyməti bir manat artaraq 17 manatdan 18 manata yüksəlib. "Xəzər" TV-yə istinadən xəbər verir ki, qəssabların sözlərinə görə, bahalaşma satışa da ciddi təsir göstərib. Alıcılar da qiymət artımını təsdiqləyirlər. Onların sözlərin

05.08.2026 315
.

ABŞ-Ukrayna kəşfiyyat əməkdaşlığında yeni mərhələ

ABŞ və Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsi sürətlənib və əvvəlki yüksək səviyyəsinə qayıdıb. xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, uzun illər Ukrayna məsələləri ilə məşğul olan ekspertlər ABŞ və Ukrayna arasında kəşfiyyat sahəsində əməkdaşlığı

10:23 152
.

TOP MP3