"Arutyunyan – Vardanyan cütlüyünün əsas məqsədi Qarabağda Azərbaycana məxsus sərvətlərin talanmasıdır" - RƏY

"Arutyunyan – Vardanyan cütlüyünün əsas məqsədi Qarabağda Azərbaycana məxsus sərvətlərin talanmasıdır" - RƏY"Əslində bu gün reallıq ondan ibarətdir ki, Araik Arutyunyan-Ruben Vardanyan cütlüyünün əsas məqsədi və hədəfi Qarabağda Azərbaycana məxsus sərvətlərin talanmasıdır".

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

"Onlar bu məqsədlə hər bir addımı atmağa hazırdırlar və proseslər də bunu bir daha açıq şəkildə göstərir", - deputat deyib.

C.Məmmədov qeyd edib ki, Araik Arutyunyan-Ruben Vardanyan cütlüyü rəhbərlik etdiyi quldur dəstələri vasitəsilə Xankəndidə yaşayan insanları, erməniləri girov kimi saxlayır, onlardan girov kimi istifadə edirlər:

"Xankəndi əhalisinə çox ciddi təzyiqlər var. Onların bütün sosial şəbəkələri izlənilir, hətta işgəncələr verilir və bunu da bir neçə gün bundan əvvəl yayılan məlumatlar təsdiq edir".

Deputatın sözlərinə görə, Laçın yolu açıq olsa da və burada insanların gediş-gəlişi üçün şərait yaradılsa da, sözügedən quldur dəstələri saxta böhran görüntüsü yaratmaq üçün əhalinin bu yoldan istifadəsinə mane olurlar:

"Bütün dünyaya car çəkirlər ki, guya Azərbaycan Qarabağda yaşayan ermənilərin hüquqlarını pozur. Bu gün Araik Arutyunyan-Ruben Vardanyan Xankəndidə etirazlar təşkil etməyə çalışırlar, məlum olduğu kimi əvvəlki dövrlərdə onlar insanları bu mitinqlərə zorla, pul vasitəsilə gətirmişdilər. Burada bir fakt da var ki, insanların çoxu Ermənistandan gəlmişdilər. Lakin budəfəki aksiyalarda bunu etmək mümkün olmadı".

C.Məmmədov onu da vurğulayıb ki, dekabrın 25-nə cütlük yeni bir mitinq təyin etsə də, bunun da nəticəsi olmayacaq:

"Onlar bu gün Azərbaycanın ekofəallarının və qeyri-hökümət təşkilatlarının nümayəndələrinin bölgədə olma səbəbindən, Ermənistandan bura insanları gətirə bilmirlər. Araik Arutyunyan-Ruben Vardanyan cütlüyü bu mitinqlərə 20-25 min insanı gətirməkdə çətinlik çəkirlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 503   Tarix: 25 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yaşa görə sosial şəbəkə tələbləri ilə bağlı CƏRİMƏLƏR

Sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında"

05.08.2026 242
.

Onu görmək üçün avtomobilin qarşısını kəsdilər - Video

Artıq bir neçə gündür film çəklişlərinə görə Bakıda olan Hollivudun məşhur aktyoru Ceki Çan ötən gün şəhəri gəzib. "Qafqazinfo" xəbər verir ki, xüsusi mühafizənin müşayiətində avtomobillə İçərişəhərdə gəzən aktyor pərəstişkarlarını salamlayıb. Ceki Çanı yaxından görmək istəyən, əsasən gənclə

10:41 224
.

Çörək niyə tez ovulur və köp verir? Səbəblər düşündüyünüzdən fərqlidir

"Çörək qida rasionumuzun ayrılmaz hissəsidir. Bir çox insan üçün yemək çörəksiz tam hesab edilmir. Lakin son illər istehlakçılar arasında çörəyin keyfiyyətinin aşağı düşməsi, tez ovulması, qısa müddətdə bayatlaması və həzm zamanı köp yaratması ilə bağlı narahatlıqlar artmaqdadır". Bunu BİG.AZ-

15:02 40
.

Yaddaş və diqqət üçün ən yaxşı içki hansıdır? - Nevroloqdan cavab

Nevroloq Kiran Bat koqnitiv sağlamlığın qorunması üçün ən faydalı hesab etdiyi içkinin qəhvə olduğunu açıqlayıb. xəbər verir ki, o, bu barədə Eating Well nəşrinə müsahibəsində danışıb. Həkimin sözlərinə görə, qəhvə yaddaşın və ümumilikdə beyin fəaliyyətinin dəstəklənməsində mühüm rol oynaya bilər.

10:57 180
.

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Son günlər ölkənin müxtəlif çimərliklərində, xüsusilə nəzarətsiz ərazilərdə baş verən boğulma hadisələri narahatlıq doğurur. "Qafqazinfo" xəbər verir ki, bu cür hadisələrin əksəriyyəti təhlükəsizlik qaydalarına əməl olunmaması ilə bağlıdır. Boğulma riskini minimuma endirmək üçün aşağıdakı təhlükəsizli

05.08.2026 357
.

Sürətli arıqlama vədi: Dərmanlar və çaylar haqqında bilməli olduqlarınız

"Son illərdə arıqlama dərmanları və arıqlama çaylarına maraq əhəmiyyətli dərəcədə artıb. Lakin bu məhsulları "möcüzəvi həll" kimi qiymətləndirmək doğru yanaşma deyil. Çünki onların təsir mexanizmi, effektivliyi və təhlükəsizlik səviyyəsi bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir"

14:22 88
.

Azərbaycana gələn turistlər ən çox nəyə pul xərcləyir?

Türkiyədə xarici turistlərin xərcləri ilə bağlı açıqlanan son statistikaya görə, ziyarətçilər ən çox qida və içkiyə pul xərcləyirlər. Bu statistika turistlərin səfər zamanı hansı sahələrə daha çox vəsait ayırdığına marağı artırıb. Bəs Azərbaycanda vəziyyət necədir? Ölkəmizə gələn turistlər daha çox hans

14:55 44
.

Mal əti bahalaşıb - VİDEO

İsmayıllı rayonunda son iki gündə mal ətinin pərakəndə satış qiyməti bir manat artaraq 17 manatdan 18 manata yüksəlib. "Xəzər" TV-yə istinadən xəbər verir ki, qəssabların sözlərinə görə, bahalaşma satışa da ciddi təsir göstərib. Alıcılar da qiymət artımını təsdiqləyirlər. Onların sözlərin

05.08.2026 315
.

ABŞ-Ukrayna kəşfiyyat əməkdaşlığında yeni mərhələ

ABŞ və Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsi sürətlənib və əvvəlki yüksək səviyyəsinə qayıdıb. xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, uzun illər Ukrayna məsələləri ilə məşğul olan ekspertlər ABŞ və Ukrayna arasında kəşfiyyat sahəsində əməkdaşlığı

10:23 152
.

TOP MP3