Çin də İrandan üz döndərir – TƏHLİL

Çin də İrandan üz döndərir – TƏHLİLÇin Xalq Respublikasının lideri Si Cinpinin Səudiyyə Ərəbistanına səfəri cənub qonşumuzun ciddi narazılığına səbəb olub. Çin liderinin Səudiyyə Ərəbistanına 4 mlrd. dollarlıq müdafiə məhsullarını satmaq təklifi Tehranda İrana zərbə kimi qəbul edilib. Apardığı uğursuz xarici siyasət ən yaxın dostlarını da molla rejimindən üz döndərməyə məcbur edir.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib:

Son 20 ildə nəhəng iqtisadi sıçrayış edərək ABŞ-dan sonra dünyanın ən böyük ikinci iqtisadiyyatına malik ölkəsinə çevrilən Çinin yaxın 10 il ərzində ümumi daxili məhsul istehsalına görə ABŞ-ı da geridə qoyacağı proqnoz edilir. Dörd ildir başlayan və bu günə qədər gah azalan, gah yüksələn xətlə inkişaf edən Çin-ABŞ "ticarət müharibəsi" də bu kontekstdə pik həddə çatıb. Çinlə ABŞ arasında iqtisadi və siyasi hegemonluq mübarizəsi artıq dünyanın əksər bölgələrini əhatə etməkdədir. İş o yerə çatıb ki, Çin getdikcə Yaxın Şərqdə də möhkəmlənməyə, Birləşmiş Ştatları oradan sıxışdırıb çıxarmağa başlayıb. Keçən həftə Səudiyyə Ərəbistanına səfər edən Çin Xalq Respublikasının lideri Si Cinpin ABŞ-ın bölgədə ən yaxın müttəfiqi hesab edilən bu ölkə ilə yaxınlaşma xətti götürdüyünü bəyan edib. Burada birdən-birə üç - Səudiyyə-Çin, Çin-Körfəz Əməkdaşlıq Şurası və Çin-Ərəb sammitləri keçirilib.

Təbii ki, Çinin Fars körfəzindəki tərəfdaşı olan İran üçün bu yaxınlaşma sərfəli deyil. Bu səbəbdən də İran Pekindən incik düşüb. Tehran regionda əzəli rəqibi kimi gördüyü Səudiyyə ilə Pekinin yaxınlaşmasını özü üçün təhlükə kimi nəzərdən keçirir.

Səudiyyə-İran qarşıdurması nədən qaynaqlanır?

Məlumat üçün bildirək ki, iki qonşu dövlət - Səudiyyə Ərəbistanı və İran arasında regional liderlik uğrunda uzun illərdir şiddətli mübarizə gedir. 2011-ci ildə ərəb dünyasını bürümüş üsyanlar regionda siyasi qeyri-sabitliyin yaranmasına səbəb oldu. İran və Səudiyyə Ərəbistanı həmin hadisələrdən təsir dairələrini genişləndirmək üçün istifadə etdilər, xüsusilə, Suriya, Bəhreyn və Yəməndə. Tehranın məqsədi Aralıq dənizindən İranadək uzanan ərazini nəzarəti altında saxlamaqdır. Səudiyyə isə buna qarşıdır. İki ölkə arasında məzhəb qarşıdurması da güclüdür. Səudiyyə Ərəbistanını əsas sünni oyunçular olan Körfəz dövlətləri - BƏƏ, Küveyt və Bəhreyn, eyni zamanda Misir və İordaniya dəstəkləyir. İranın tərəfində isə Livan və Suriya durur. Çoxları bu iki ölkə arasındakı münasibətləri "soyuq müharibə" dövründəki ABŞ-SSRİ qarşıdurmasına bənzədir. Düzdür, İran və Səudiyyə Ərəbistanı arasında birbaşa hərbi toqquşmalar baş vermir. Lakin bütün region boyu baş verən hərbi qarşıdurmalarda tərəflər özlərinə yaxın bildikləri tərəflərə dəstək verirlər. Bunun əyani təsdiqini Suriyada və Yəməndə görmək mümkündür.

Çin illər uzunu hər iki ölkə ilə balanslı münasibətlər qurub. Lakin belə görünür indi İrandan kənar gəzməyə çalışır.

Pekin Tehranı kənara atır

Həqiqətən də, reallıq budur ki, fars molla rejimi dünyada ən mənfi imicə malik ölkələrdən birinə çevrilir. Ölkədəki etirazlara sərt reaksiyası, Rusiya-Ukrayna müharibəsində işğalçı Rusiyanı silah-sursat, hərbi texnika ilə təchiz etməsi İrana qarşı mənfi münasibəti daha da gücləndirib. Qonşuları ilə gərginliyi də bura daxil etsək, o zaman İranın bu siyasətinin onu məhvə apardığını proqnoz etmək elə də çətin görünmür. Ən əsası, uzun illərdir yaxın münasibətlərdə olduğu ölkələr - Rusiya və Çin də İranla münasibətlərə yenidən baxır. Rusiya rəsmi Tehranın Zəngəzur dəhlizi ilə bağlı tutduğu mövqeyi bəyənmir. Çin də daha praqmatik ölkə olan Səudiyyə ilə münasibətləri gücləndirməyə start verib. Son illər Səudiyyə Ərəbistanı Pekinin regionda əsas strateji tərəfdaşlarından birinə çevrilib. Çin liderinin Səudiyyə Ərəbistanına 4 mlrd. dollarlıq müdafiə məhsullarını satmaq təklifi İrana zərbə kimi qəbul edilib. Çin diplomatik təmaslarda və hərbi əməkdaşlıqda bərabərlik siyasəti yürütdüyünü bəyan etsə də, bu cavab İranı sakitləşdirməyib. Məlumat üçün bildirək ki, 2016-cı ildə Çin həm Səudiyyə Ərəbistanı, həm də İranla hərtərəfli strateji tərəfdaşlıq sazişləri imzalayıb. 2017 və 2019-cu illərdə hər iki ölkə ilə ayrı-ayrılıqda hərbi təlimlər keçirib.

Ötən həftə Səudiyyə Ərəbistanına səfərini başa vuraraq Pekinə dönən Çin liderinin yaxınlarda İrana gedəcəyi bildirilsə də, bu, Tehranı sakitləşdirməyib. Artıq İranın xarici işlər nazirinin Asiya-Sakit okean regionu üzrə müavini etiraz əlaməti olaraq Çinin İrandakı səfirini nazirliyə söhbətə çağırıb. Tehran Hörmüz boğazındakı mübahisəli adalara Çinin dəstəyini ifadə edən Körfəz Əməkdaşlıq Təşkilatının birgə bəyanatından da narazı qalıb. Birgə bəyanatda həmçinin İranın nüvə probleminin həllinin vacibliyi, eləcə də molla rejiminin "regionda sabitliyi pozan praktikalar", "terror təşkilatlarına dəstək" və "PUA texnologiyasının təşviqi"ndə iştirakı vurğulanır.

Tehranı sakitləşdirməyə çalışan Pekin Si Cinpinin səfərindən dörd gün sonra baş nazirin müavini Hu Çunxuanı İrana göndərib. O da Tehranda ev sahibini əmin edib ki, Çin hakimiyyəti xarici ölkələrin İranın daxili işlərinə müdaxiləsinə qarşıdır və İslam Respublikasının milli xüsusiyyətlərinə hörmət edərək onun suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.

Çin ərəb dünyasında ABŞ-a alternativ ola biləcəkmi?

Yeri gəlmişkən, Qərb mediası yazır ki, Çin və ərəb dünyası arasında müttəfiqlik Amerikanın öz xarici siyasətinə yenidən baxması zərurətindən xəbər verən "sarı vərəqə"yə çevrilib. Hələlik ölkələr yalnız ticarət sazişləri bağlayıb, lakin Pekin bu əməkdaşlıqda siyasi aspektlərdən uzaqlaşa bilməyəcək. Vaşinqtonun qorxmalı olduğu da budur. "Çin lideri müxtəlif sahələri əhatə edən 29,3 milyard dollarlıq 35-dən çox əməkdaşlıq müqaviləsi imzaladığı üç günlük turunu başa vurduqdan sonra Ər-Riyadı tərk edib" deyə qərb mediası yazır. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman isə səfəri "Çin ilə münasibətlərdə yeni tarixi mərhələ" adlandırıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 695   Tarix: 25 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

00:07 219
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - Foto/Video

Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəyə həsr olunmuş memorial kompleksə - Zəfər parkına ziyarət davam edir. xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və müavinləri, həmçinin baş prokuror Kamran Əliyev və digər rəsmilər Zəfər parkını ziyarət edərək şəhidlərin ruhuna ehtiramların

11:12 0
.

AQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb

Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr

10:15 64
.

Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"

"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüs

07.11.2026 214
.

Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"

"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit

07.11.2026 190
.

Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, birliyinin və sarsılmaz mübarizə əzminin təntənəsidir. xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının 8 Noyabr - Zəfər Günü münasibətilə yaydığı məlumatda qeyd olunub. "Prezident, Müzəffər Ali Baş Komanda

10:59 0
.

Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"

"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

11:29 0
.

Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR

2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs

00:11 294
.

İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb

İtaliyanın xarici işlər naziri Antonio Tayani cinayətkarların onun fərdi məlumatlarını "darknet"də yaydıqlarını, onu və ailəsi təhdid etdiklərini bildirib. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. A.Tayani qeyd edib ki, kibercinayətkarlar artı

07.11.2026 197
.