Azərbaycanda şüşə məmulatlarının qəbulu məntəqələri açılır
"Təbii resurslardan səmərəli istifadə, ətraf mühitin qorunması və şüşə tullantılarının idarə edilməsinin optimallaşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Təmiz Şəhər" ASC-nin birgə təşkilatçılığı ilə Bərk məişət tullantılarının çeşidlənməsi zavodu ərazisində şüşə qəbulu məntəqəsi fəaliyyətə başlayıb".
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Zaur Zeynalov bildirib.
Onun sözlərinə görə, istənilən idarə, müəssisə və fiziki şəxslər mövcud vəziyyətindən asılı olmayaraq bütöv və sınıq halda olan şəffaf və rəngli şüşə tullantılarını qəbul məntəqələrinə təhvil verə və əvəzində ödəniş əldə bilərlər: "Həyata keçirilən layihə ölkə ərazisində ətraf mühitin, atmosfer havasının çirkləndirilməsinin qarşısının alınmasında, mövcud resurslardan səmərəli istifadənin təşviqi istiqamətində, eyni zamanda tullantıların təkrar emala yönləndirilməsi sahəsində atılan növbəti mühüm və əhəmiyyətli addımdır".
Nazir müşaviri bildirib ki, şüşə tullantılarından istifadə etməklə 20-30 faiz enerji qənaətinə, karbon tullantılarının 20-50 faiz, atmosfer havasının çirklənməsinin 20 faiz, suyun çirklənməsinin 40-50 faiz azalmasına, o cümlədən tullantı poliqonlarının yüklənməsinin minimuma endirilməsinə səbəb olur: "Belə ki, 1 ton şüşə məmulatlarının hazırlanması üçün ortalama 1,2 ton təbii xammal sərf edilir. Şüşə tullantılarının təkrar istehsala yönləndirilməsi layihəsinin daha geniş miqyas alması üçün şüşə qəbulu məntəqələrinin sayı artırılacaq. Tullantısız istehsal, təmiz ətraf mühit, təbii ehtiyatlardan səmərəli istifadə naminə ölkəmizdə belə layihələrin icrası davam etdiriləcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 805 Tarix: 24 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycana gələn turistlər ən çox nəyə pul xərcləyir?
Türkiyədə xarici turistlərin xərcləri ilə bağlı açıqlanan son statistikaya görə, ziyarətçilər ən çox qida və içkiyə pul xərcləyirlər. Bu statistika turistlərin səfər zamanı hansı sahələrə daha çox vəsait ayırdığına marağı artırıb. Bəs Azərbaycanda vəziyyət necədir? Ölkəmizə gələn turistlər daha çox hans
14:55 71 Metro istifadəçilərinə şad xəbər - Sıxlıq azalacaq
"Qarşıdakı beş il ərzində paytaxtın ictimai nəqliyyat sektorunda, eyni zamanda şəhərin dayanıqlı mobilliyi istiqamətində əsaslı dönüş nöqtəsi yaranacaq". "Qafqazinfo" xəbər verir ki, "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasınd
05.08.2026 281 Mal əti bahalaşıb - VİDEO
İsmayıllı rayonunda son iki gündə mal ətinin pərakəndə satış qiyməti bir manat artaraq 17 manatdan 18 manata yüksəlib. "Xəzər" TV-yə istinadən xəbər verir ki, qəssabların sözlərinə görə, bahalaşma satışa da ciddi təsir göstərib. Alıcılar da qiymət artımını təsdiqləyirlər. Onların sözlərin
05.08.2026 315 Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. BİG.AZ xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məluma
15:35 0 Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda
Son günlər ölkənin müxtəlif çimərliklərində, xüsusilə nəzarətsiz ərazilərdə baş verən boğulma hadisələri narahatlıq doğurur. "Qafqazinfo" xəbər verir ki, bu cür hadisələrin əksəriyyəti təhlükəsizlik qaydalarına əməl olunmaması ilə bağlıdır. Boğulma riskini minimuma endirmək üçün aşağıdakı təhlükəsizli
05.08.2026 361 Bu gün çimərliyə getmək istəyənlər əvvəlcə bunu oxusun
Küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edilib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, gün ərzində Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin müşahidə ediləcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliy
12:28 143 Pomidorun qabığı niyə qalın olur? - Bağbanlardan sadə həll yolları
Bağda yetişdirilən pomidorların qabığının qalın və sərt olması çox vaxt isti hava, su çatışmazlığı və ya sort xüsusiyyətləri ilə bağlı olur. -ın xarici mediaya istinadən xəbərinə görə, mütəxəssislər bildirirlər ki, düzgün qulluq etməklə bu problemin qarşısını almaq mümkündür. Ən əsas səbəblərdən bir
05.08.2026 287 Ürək və qan dövranını ən yaxşı gücləndirən məşq: Velosiped və gəzinti deyil
Mütəxəssislərin fikrincə, ürək sağlamlığını qorumaq müntəzəm fiziki fəaliyyətin ən vacib məqsədlərindən biridir. Onların sözlərinə görə, qan dövranı sistemini hərtərəfli gücləndirən ən effektiv məşqlərdən biri üzgüçülükdür. Qaynarinfo xəbər verir ki, "Onet Kobieta" nəşrinin yazdığına görə
05.08.2026 409 ABŞ-Ukrayna kəşfiyyat əməkdaşlığında yeni mərhələ
ABŞ və Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsi sürətlənib və əvvəlki yüksək səviyyəsinə qayıdıb. xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, uzun illər Ukrayna məsələləri ilə məşğul olan ekspertlər ABŞ və Ukrayna arasında kəşfiyyat sahəsində əməkdaşlığı
10:23 157