Prezidentin bu görüntüləri gündəm olub - FOTO - VİDEO

Prezidentin bu görüntüləri gündəm olub - FOTO - VİDEOBildiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür. Ali Baş Komandanın 61 yaşı tamam olur. Prezident İlham Əliyevin bölgə səfərləri zamanı görüntüləri son zamanlar tez-tez gündəmə çevrilir.

BiG.AZ ölkə başçısının son bir neçə ildə çəkilən səmimi fotolarını təqdim edir:

Prezidentin ən son Şəkiyə səfəri zamanı pişiklə çəkilən fotosu. Burada Prezidentin Şəkidə qarşısına pişik çıxıb və dövlət başçısı ona nəvazişlə sığal çəkib. Bu görüntü sosial şəbəkə seqmentində paylaşılaraq geniş maraqla qarşılanmışdı. Bir çoxları bunu dövlət başçısının heyvansevərliyi kimi xarakterizə edib.

Prezidentin bu görüntüləri gündəm olub - FOTO - VİDEOPrezident Əliyevin pişiklə olan ilk görüntüsü 21 oktyabr 2021-ci ildə yayılıb. Onun Zəngilan rayonunun Ağalı kəndində pişiyi sığallaması sosial şəbəkələrdə böyük maraqla qarşılanlb.

Prezidentin bu görüntüləri gündəm olub - FOTO - VİDEOSonrakı görüntülər 2022-ci ilin yazına aiddir. Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində səfərdə olublar. Həmin səfər zamanı da Prezidentin pişiklə çəkilən görüntüləri hər kəsdə maraq oyadıb.

Prezidentin bu görüntüləri gündəm olub - FOTO - VİDEOPrezident İlham Əliyevin dekabrın 2-sində Şəkiyə səfəri zamanı çəkilən daha bir fotosu maraqla qarşılanıb. Bu şəkildə Prezident İlham Əliyev Birinci xanım Mehriban Əliyeva ilə əl-ələ səmimi görüntülənib.

Prezidentin bu görüntüləri gündəm olub - FOTO - VİDEOAvqustun 17-də dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Bu zaman Prezidentimizin Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskayaya qarşı etdiyi jest gündəm olub. İlham Əliyev M.Maqomayevin həyat yoldaşının pilləkənləri düşməkdə çətinlik çəkdiyini görüb və onu qucağına alıb.

Prezidentin bu görüntüləri gündəm olub - FOTO - VİDEO

Prezidentin "Harop"la fotosu. Bu görüntü Prezident İlham Əliyevin 2021-ci ilin 5 oktyabrında Cəbrayıl rayonuna səfəri zaman lentə alınıb. Rayonda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinə baş çəkən zaman ölkə başçısı İsrail istehsalı olan və II Qarabağ Müharibəsində yüksək effektivliyi ilə seçilən "Harop" pilotsuz uçuş aparatının fonunda şəkil çəkdirib.

Prezidentin bu görüntüləri gündəm olub - FOTO - VİDEOBu ilin sentyabrın 15-də Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində dövlət başçılarının qeyri-rəsmi görüşündən olan foto. Görüntüdə Özbəkistanda səfərdə olan dövlət başçılarının səmimi ortamda bir araya gələrək, həmsöhbət olduğu əks olunub. Sosial şəbəkələrdə sözügedən foto maraqla qarşılanıb və günün fotosu kimi təqdim olunmuşdu.

Prezidentin bu görüntüləri gündəm olub - FOTO - VİDEOPrezidentin bu görüntüləri gündəm olub - FOTO - VİDEOPrezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə oktyabrın 20-sində Zəngilana səfəri zamanı çəkilən fotosu. Səfər çərçivəsində İlham Əliyevin Zəngəzur Dost - Ağır Atletika Klubunda ştanq qaldırması görüntüləri sosial şəbəkələrdə böyük maraqla qarşılanmışdı.
Prezidentin bu görüntüləri gündəm olub - FOTO - VİDEOPrezidentin bu görüntüləri gündəm olub - FOTO - VİDEO2020-ci ildə çəkilmiş ən məşhur görüntülərdən biri də Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın çəkdirdiyi qələbə işarəli foto olub. Bu şəkil Prezidentin xalqa müraciətində Şuşa şəhərinin erməni işğalından azad edildiyini elan etdikdən sonra, dövlət başçısı və xanımı Şəhidlər Xiyabanında olarkən çəkilib. Fotoda İlham Əliyevin əliylə "victory" (qələbə) işarəsini göstərməsi gündəm olaraq trendə çevrilmişdi.

Prezidentin bu görüntüləri gündəm olub - FOTO - VİDEO

Bu il ərzində yadda qalan digər foto və videoları da şərhsiz təqdim edirik:

BiG.AZ kollektivi adından Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayırıq!

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2152   Tarix: 24 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.