"Fuad Poladov bilirdi ki, xəstədir, dəfn olunacağı yeri özü seçmişdi"
"Axırıncı 10-11 ayı bir yerdə olmuşuq. O müddət ərzində vidalaşırdı. Qəbiristanlıqlara tez-tez gedərdik, qohum-əqrabası ilə vidalaşırdı. Bunu başqa cür adlandıra bilmirəm. O, bilirdi ki, xəstədir, mülicə olunan deyil. Artıq o mərhələdə idi ki, xərçəng müalicəyə tabe olmurdu, ölümcül həddə idi".
Axşam.az xəbər verir ki, bu sözləri "o üz" proqramında qonaq olan Əməkdar artist, tanınmış diktor Rafiq Həşimov mərhum Xalq artisti Fuad Poladov haqqında danışarkən deyib.
"Günlərin birində dedi ki, gedək "Qurd qapısı" qəbiristanlığına. Gördüm orada daşın üstündə "F.P." yazılıb. Sən demə yer götürüb. Dedi yəqin burada dəfn olunaram. Elə qayıdanda söylədi ki, birdən həmin gün külək olar, xahiş edirəm, oğlu da cavan idi, birdən özünü itirər, evlərin arxasında xeyir-şər yeri var, camaat da soyuqda qalmasın, orada keçirərsiniz.
Bir il müddətində sanki ölüm məşqi edirdi. Bunu başqa cür adlandıra bilmirəm. Bəlkə də bu cür deməyim yersizdir, amma mənə belə bir təəssürat bağışlayırdı. Hər gün sanki ölməyi öyrənirdi" deyə, R.Həşimov əlavə edib.
Qeyd edək ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən F.Poladov 2018-ci ildə vəfat edib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBeyonsun 500 milyonluq özəl günü - Fotolar
Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar
16.09.2021 2230 İlin ən gözəl qadını seçildi
"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb
17.09.2021 8355 Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB
Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"
17.09.2021 4147 "Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"
"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə
16.09.2021 3763 Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb
Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır
16.09.2021 2690 Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar
Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı
17.09.2021 2993 Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO
Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər
18.09.2021 4536 Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video
Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ
17.09.2021 1059 Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu
Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb
17.09.2021 7467