Gözlərimiz niyə yaşarır?
Gözlərin yaşarması adətən bir çox səbəblərə görə baş verir. Bu iltihabi proses, allergiya, yorğunluq və bir sıra başqa səbəblər ola bilir.
Belə ki, gözlər yaşarırsa buna fikir vermək məslətdir, çünki bu orqanizmdə baş verən dəyişikliyin və ya hər hansı bir problemin çağırış zəngi ola bilər.
Bu kimi problemlərin səbəbini öyrənmək və gələcəkdə belə problemlərlə rastlaşmamaq üçün nə etmək lazım olduğunu məqaləmizdə sizə qısa olaraq bildirmək istəyirik.
Orqanizmdə bir sıra vitamin və mikroelementlərin defisiti, xüsusən də B2 vitamini və kaliy mikroelementinin defisiti belə problemin başlıca səbəbi ola bilər. Gözlərinizin məhz bu səbəbdən yaşarmasını öyrənmək üçün bir sıra əlamətlərə fikir vermək lazımdır. İlk olaraq göz yaşarması əlaməti ilə bərabər işığa olan antipatiya və ağız qırağında yaranan yaralar bu vitaminə olan çatışmazlıq deməkdir. Kaliy defisiti adətən duz, tünd çay, qəhvədən çox istifadə etdikdə, yuxugətirici və sidikqovucu preparatların qəbulu zamanı çox təsadüf edilir. Bundan əlavə əl və ayaqların soyuq olması və gecə qıcolmaları, insanın tez yorulması və yuxulu vəziyyətdə olması da bu vəziyyətə aiddir. Bu əlamətlər sizdə varsa, gözlərinizin niyə yaşardığı bəllidir, ən əsası bununla necə mübarizə aparmalı? Qida rasionunuza banan, xiyar, paxlalı bitkilər və başqa kaliy mikroelementi ilə zəngin olan məhsulları əlavə edin.
İkinci səbəb, kontakt linzalar ola bilər. Linzaların dioptriyaya uyğun gəlməməsi, daimi əzələ gərginliyinə səbəb olur. Linzaları taxarkən gözlər həddən çox yaşarması, gözün buynuz təbəqəsinin həddən artıq hissiyatlı olması və ya gözlərin linza saxlanması üçün istifadə olunan vasitələrə olan allergiyası ola bilər. Bunu yoxlamaq asandır. Çalışıb bir neçə gün linzasız keçinin,müsbət dəyişiklik hiss etdikdə həkimə müraciət edib, görmə qabiliyyətini yenidən yoxlatdırın. Həmçinin unutmayın ki, yaz aylarında uçan tozcuqlar gözə düşərək qıcıqlanma yarada bilər. Çalışın yaz ayları və küləkli havalardan gün eynəklərindən istifadə edin.
Üçüncü səbəb, adətən qadınların istifadə etdiyi kosmetik vasitələrdir (tuş, karandaş, pudra və s.). Adətən belə hallar ucuz kosmetikadan istifadə zamanı yaranır, lakin bahalı kosmetikanın da hər bir insan üçün uyğun olub, olmayacağı bəlli olmur. Kosmetika hər bir insan üçün individual məhsuldur. Gözlərin yaşarmasının məhz kosmetikadan olub olmamasını öyrənmək üçün, eyni qaydada bir neçə gün istifadə etdiyiniz kosmetikadan imtina edin. Nəticə müsbət olduqda bu markanı dəyişməniz məsləhət görülür. Bu müddət ərzində gözləri çay və çobanyastığı məhlulu ilə yuyub, gələcəkdə tərkibində konservantlar olmayan hipoallergen kosmetikadan istifadə edin. Məhz konservatlar allergiyaya səbəb olurlar.
Gözləri sakitləşdirmək üçün bir neçə məhlul resepti:
Tünd çay dəmləyin, onu soyuduqdan sonra pambıq disklərini istifadə edərək gözləriniz bağlı vəziyyətdə üzərinə qoyub bir neçə dəqiqə saxlayın. Həmçinin soyulmuş kartof da gözlərə sakitləşdirici təsir edir.
Çobanyastığ məhlulu hazırlayıb, onu buz qabına süzün. Buz halına gəldikdə təmiz əsgiyə büküb gözlərinizin üzərinə qoyun. Bu prosesi 1 dəqiqədən artıq davam etdirməyin... əks təsiri ola bilər.
Həmçinin gözlərin sakitləşməsi üçün göz idmanı etmək də məsləhət görülür.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1334 Tarix: 30 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSaç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI
Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm
08.09.2021 598 Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN
İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl
24.08.2021 1827 "Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM
Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric
22.08.2021 1038 Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA
Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur
17.08.2021 1695 Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ
Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami
29.08.2021 879 Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ
Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay
05.09.2021 1101 Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır
Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını
04.09.2021 833 İsti havalarda orqanizminizi bunlarla qoruyun
Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur
15.08.2021 1261 Koronavirusa qarşı 7 peyvənd vurdurdu
Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun
26.08.2021 986