"Özünü ATV-də kanal rəhbəri kimi aparır" - Anar Nanəni BİABIR ETDİ

"Özünü ATV-də kanal rəhbəri kimi aparır" - Anar Nanəni BİABIR ETDİ"Hər bir insanın "maska"sını cırıb atmaq lazımdır. Onda böyük dərs olur. Nanə Ağamalıyeva bu sahəyə gələndə mən artıq Anar idim. Özü də bunu etiraf edir. Bizim sıx dostluğumuz başladı.

Şou-biznesdə iki-üç ən yaxın dostum vardısa, onlardan biri Nanə idi. Nanə bərbad görünməklə sabahlar tamaşaçının zövqünü körlayır. Vacibdir səhər bu qırmızı dodaq boyasını çəkmək, saçı "naços" edib, yuxarı hissəsinə həcm vermək və ziyafət libasında sabah efirə çıxmaq? Axı sən illərin aparıcısısan. Nanə zövqsüzlüyün pik həddidir. Bildiyiniz "bozbaşxana" və "palatka toyu"dur".

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri məşhur stilist və vizajist Anar Ağakişiyev qonaq olduğu "YouTube"da yayımlanan "Astar" layihəsində deyib.

Anar aylar əvvəl ATV kanalında stilist olaraq çalışdığı zaman qalmaqal yaşadığı aparıcı Nanə Ağamalıyevadan söz açıb.

Stilist bildirib ki, Nanə özünü ATV-də kanalın rəhbəri kimi aparır:

"Mənə ATV-dən əməkdaşlıqla bağlı təklif gəldi. Öncədən onlara bir sıra aparıcıların adlarını çəkdim, hansı ki orada Nanə Ağamalıyevanın da adı vardı. Söylədim ki, digər aparıcılar və Nanə çətin xarakterlidirlər. Mənim əlimdə deyil, ATV-nin əli ilə onlara çəki-düzən versəniz, əməkdaşlığa razılaşaram. İclas oldu, bəzi aparıcılar az qala özündən getdi. Aparıcının biri dedi ki, necə olur ki, Anarı yanınızda (müdiriyyət - red.) əyləşdirirsiniz, biz isə burada oturmuşuq.

Aqressiv danışdılar. Öz yerimdə oturmağı təklif etdim onlara və dedim ki, harada oturmağınızdan asılı olmayaraq bu, nəticəni dəyişdirməyəcək. Siz qoyulan qaydalara riayət etməlisiniz.

İclasda iştirak edən aparıcılar və onların arasında olan Vüsalə Əlizadə, Günay Baxşəliyeva da deyilənlərə riayət etdilər. Çalışdığım dönəmdə onlar efirdə çox gözəl görünürdülər, bir tək Nanə Ağamalıyevanı çıxmaq şərti ilə. Nanəyə zəng edib dedim ki, biz dostuq və əgər sən mənə kapriz etsən, başqa aparıcılar başımda turp əkər. Söylədi ki, narahat olma. Müdiriyyət dedi ki, Nanənin saçları kəsilməlidir. Mən də bunun tərəftarı idim. Nanə kaprizlər etməyə başladı.

Orada çalışan qrim ustasına efir makiyajını öyrətdim. Bir xanım da var idi, aparıcıların geyimi ilə məşğul olurdu. Amma Nanə paltarları geyinmədi və qrimerları da yaxınına buraxmadı. Hamıya köbüdluq edib, nalayiq ifadələr səsləndirirdi.

ATV-nin işçisi mən çalışdığım müddətdə işçim sayılırdı. Nanə ona hücüm çəkmişdi. Mən də həmin hadisəni videoya çəkmişdim ki, əlimdə sübüt olsun. Nanə özünü elə aparır ki, sanki kanal rəhbəridir. Əgər bu sözlərimə görə, ATV məni qara siyahıya atsa, heç vecimə də deyil.

Əgər Nanənin reytinqi yüksəkdirsə, qalxıb birbaşa müdİriyyətin otağında otursun.

Bütün digər aparıcılar aşağıya düşüb makiyaj olunurlar. Onlardan fərqli olaraq isə Nanənin böyük, geniş otağı var. Onu öz otağında bəzəyirlər. Əgər Nanə ulduzdursa, Xoşqədəm Hidayətqızı neyləsin? Xoşqədəmin nə reytinqi, nə də ki ulduzluğu heç də Nanədən geri qalmır. Əksinə yüksəkdir, hətta üstəgəl onun fəxri adı da var. Amma Xoşqədəmə nə geyim verilirsə, onu da geyinir. Əgər buna ulduz deyiriksə, onda Xoşqədəm meqa ulduzdur".

Ağakişiyev müsahibəsindıə Ağamalıyevanın "yoxsulluq" kompleksinin olmasını və çox təhlükəli insan olduğunu vurğulayıb:

"Nanənin içində özü ilə bağlı çox böyük problemləri var. Onun çox böyük kompleksləri var - uşaqlıqdan gələn "yoxsulluq" kompleksi. Özündən böyük insana "Çıx bayıra!" deyə kobud cavab verir. Onlara "sən" deyə müraciət edir. Onda əvvəldən gələn travma var. Bu mənim şəxsi fikrimdir. Yaxın dostum öz geyimini hədiyyə versə götürərəm, ya geyinərəm, ya da hədiyyə olaraq saxlayaram. Amma ona hədiyyə etsələr, bunu o travma kimi, alçaltmaq kimi qəbul edər. Mən o adama içimi tökdüm, müdiriyyətə də dedim ki, bu adamla işləyə bilmərəm.

Bizi üz-üzə gətirdilər ki, Nanə razıdır sizinlə çalışmağa. Amma mən həmin videonu ortalığa qoyub dedim ki, çalışmaq istəmirəm. Bundan sonra Nanə ilə dostluğum bitdi. O mənim üçün saatlı təhlükəli bombadır. Əlimdə olsa, onu efirdən yığışdırardım. Bir insan kamera arxası başqa, kamera önündə isə başqadırsa, o çox təhlükəli insandır".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2482   Tarix: 27 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.