"Heç vaxt üzünə deyə bilmirəm ki, səni sevirəm, mesaj yazıram..." - Xuraman

"Heç vaxt üzünə deyə bilmirəm ki, səni sevirəm, mesaj yazıram..." - Xuraman"Həyatda heç vaxt yalanı sevməmişəm. Başımın ağrısıdır. Övladımı da uşaq yaşlarından alışdırmışam ki, nə olursa-olsun mənə düzünü de. Hamı deyir ki, mən yalan danışmıram, bəs onda yalanı danışan kimdir? İnsanlarda bir-birinə qarşı böyük aqressiya var. Bilmirəm bu nədəndir?!"

AZXEBER.COM xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aktrisa Xuraman Əlizadə deyib.

Sənətçi daha sonra aktrisa həmkarı Dilarə Əliyevadan danışıb.

"Onu nəinki mən, ailəm də, oğlum da çox istəyir. Bir dəfə oğlumu Dilarə xanımın iştirak etdiyi çəkilişə apardım. Oğlum o qədər çox istəmişdi ki, onu. Evə gəlib ondan soruşdum ki, Dilarə xanımın nəyini bəyəndin? Dedi ki, gözlərini, saçlarını, mənə qayğısını. O sanki bir mələkdir. Mənim ilk qazancım Oqtay müəllimin məni dəvət etdiyi reklamdan aldığım qonorar olub. Görün onların ayağı necə ruzilidir?! O ailə insana dəyər verməyi bacarır. Qəribəsi burasındadır ki, mən heç vaxt Dilarə xanımın üzünə deyə bilmirəm ki, səni sevirəm. Həmişə mesaj vasitəsilə yazıram" deyə aktrisa bildirib.

Sənətçi teatrdan uzaqlaşmağından da danışıb.

"O vaxt canlı efir aparırdım. Teatrdan da Gəncəyə qastrol səfərinə gedirdilər. Halbuki həmin tamaşada mənim dublyorum da var idi. İsrar etdilər ki, sən getməlisən. Dedim ki, çəkilişimi yola verib, özüm gələcəyəm. Dedilər ki, xeyr, bizimlə getməlisən. Mübahisə düşdü, ərizəmi yazıb 2008-ci ildə teatrdan uzaqlaşdım. Heç peşman da deyiləm. Teatrda qala bilməzdim" deyə aktrisa bildirib.

Xuraman Əlizadə ailəsindən də danışıb.

"İş qadını olsam da, ev işlərimi də, yeməyimi də öncədən hazırlayıram. Hər şeyə vaxt tapıram. Heç kim deyə bilməz ki, mən ev işlərimi axsıtmışam. Həyat yoldaşım hər şeydən əvvəl mənim dostumdur. Xəstələnəndə də, əməliyyat olunanda da yanımda onu görmüşəm. O mənim həyatımdakı ən böyük şansımdır. Uşağın üstündə əsirəm, əslində belə olmamalıdır. Murad məni soyuqqanlı olmağa alışdırır, amma bu özümdən asılı deyil. Hətta evə kamera da qoydurmuşam, gəlib-gedənləri də görürəm. Evə də yad adam gəlmir, ya anam-atam gəlir, ya da baldızım, bacım və s.. Yenə də ürəyim uşağın yanında qalır" deyə aktrisa bildirib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1273   Tarix: 27 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Kızılcık şerbeti"nin aktrisası Robert Pattinsonla bir arada - Foto

Türkiyəli aktrisa Özge Özacar reklam çəkilişi üçün Londona yollanıb. Axşam.az xəbər verir ki, aktrisa orada "Alatoranlıq" filmi ilə məşhurlaşan aktyor Robert Pattinsonla bir araya gəlib. Onlar birgə kameraya poz veriblər. Qeyd edək ki, Özge son olaraq "Kızılcık şerbeti" serialınd

31.03.2026 337
.

"Qəzadan sonra üzüm bu hala qaldı, aktyor olma arzum bitdi"

Meyxanaçı Vüqar Əbdülov aktyorluq fakultəsini oxusa da, meyxanaçı olmasından danışıb. Axşam.az xəbər verir ki, "Künc-bucaq" yutub layihəsində yer alan ifaçı bu sənətə məcbur gəldiyini deyib. O bildirib ki, avtomobil qəzasından sonra üzündə yaranan çapığa görə o sənətə getməyib:. "Aktyo

28.03.2026 741
.

"Qadınlar böyütdükləri oğulları çox nazlayırlar, olmaz"

"Bizi ana-atamız dünyaya gətirir. 17-18 yaşından sonra biz özümüz qurub yaratmalıyıq. İki qız övladım var. Böyük qızım ikinci kursda təhsil alır. İki ay tətildə belə özünə iş tapıb işləyir. Deyir ki, istəmirəm kimsə bilsin ki, sənin qızınam. Düzdür, mən də meqastar deyiləm. Mən qızımı alqışlayıram

22.03.2026 428
.

45 yaşlı aktyor evində ölü tapıldı

Cənubi koreyalı aktyor Li Sanq-bo dünyasını dəyişib. Axşam.az xəbər verir ki, narkotik ittihamlarından bəraət aldıqdan sonra ekrana qayıdan 45 yaşlı aktyor evində ölü tapılıb. Onun meyiti ailə üzvlərindən biri tərəfindən evdə aşkarlanıb. Hüquq-mühafizə orqanları hadisədə zorakılıq əlamətlərinin olmadığın

29.03.2026 281
.

Röya keçmiş ailəsindən danışdı: "Canımı qurtarmışam"

Xalq artisti Röya Ayxan ötən gün Heydər Əliyev Mərkəzində konsert verib. Axşam.az xəbər verir ki, müğənnini izləməyə gələnlər arasında keçmiş eltiləri də yer alıb. Röya onlarla söhbət edərkən "Qayınanam mənim konsertlərimi buraxmazdı. Allah şəfa versin. Onun kimi dəbli qayınana olmaq istəyirəm

28.03.2026 441
.

Madonna 24 ildən sonra bunu edəcək

Amerikalı müğənni Madonna 24 ildən sonra yenidən aktrisalıq edəcək. Axşam.az xəbər verir ki, bu barədə "Entertainment Weekly" məlumat yayıb. Sənətçi "Kino studiyası" serialının ikinci mövsümündə rol alacaq. Qeyd edək ki, Madonna 1980-200-ci illərdə aktiv şəkildə filmlərdə çəkilib

22.03.2026 622
.

Gülşənin geyimi gündəm oldu - Fotolar

Türkiyəli müğənni Gülşən sevənləri ilə görüşüb. İfaçı çıxışlarından birində geyimi ilə gündəm olub. Gecədən fotolar paylaşan Gülşənin tərzi müzakirə yaradıb. İzləyicilər ifaçıya "Bu paltara verdiyin pulla 3 mahnı alardın", "Bu geyimləri ancaq sən belə uyğunlaşdıra bilərdin" kimi şərhlə

29.03.2026 548
.

Röya Aygün Kazımovanın hansı mahnısını oxumasından danışdı

Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın repertuarından oxuduğu mahnıdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "İki başlı" proqramında bu haqda sualları cavablandırıb. Röya Pop kraliçanın repertuarında olan ən məşhur mahnılardan birinə müraciət etdiyini bildirib. O, mahnının adın

29.03.2026 344
.

"Soyuducumu boş saxlayıram"

Müğənni Nadir Qafarzadə artıq çəki almamaq üçün maraqlı üsula əl atıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Gün ortası" verilişində danışıb. O bildirib ki, bağında qalanda ərzaq almır:. "İndi hər şeyhazır ala bilirsən. Gecə evdə acıram. Soyuducumda heç nə yoxdur. Özüm boş saxlayıram

28.03.2026 351
.

TOP MP3