"Atamda anama qarşı istilik görməmişəm" - Yaşar Nurinin qızı
"Dəfələrlə qayıdıb gəlib, amma mən barışmamışam. Düşünürəm ki, gərək insanın içində ailə məsuliyyəti olsun. Əgər bu yoxdursa, o heç vaxt ailə başçısı ola bilməz".
Axşam.az xəbər verir ki, bu barədə müğənni Ülkər Yaşarqızı "Elgizlə izlə" proqramında keçmiş həyat yoldaşı haqqında danışarkən deyib. O, aralarında dost münasibətinin olduğunu vurğulayıb:
"O, gözəl insan, dost ola bilər. Bundan sonra da onunla dostluq edə bilərəm. Anası rəhmətə gedəndə getmişdim. Mənə instaqramda yazmışdı ki, sənə ehtiyacım var, anam dünyasını dəyişib. Yay idi, işdə idim. İş yoldaşlarım şahiddir ki, onun yanına getdim. Dedim ki, həyatdır... Hətta anama zəng vurdum ki, belə bir şey olub, nə məsəhət görürsən? Dedi ki, həyat sənindir, ailə sənin olub, insanıq, hamımızın başına gələ bilər.
Gecə ilə getdim Novxanıya, onun yanında səhər 5-ə qədər oturdum. Dərdləşdik, söhbət etdik. Mən də, o da niyə belə oldu deyə dərdləşdik. Səhərə yaxın artıq dedim ki, getməliyəm. Ona dedim ki, bizimki alınmır, sadəcə dostuq. Həqiqətən də bəzən insanın dost kimi qalmağı daha gözəldir. Bizim problemimiz də olmayıb. O mənə sual verir ki, biz niyə ayrıldıq, səbəb nədir? Özümə də bu sualı verirəm. Kin saxlamıram. Atası da dünyasını dəyişəndə getmişdim. Bəzən insanlar ayrılır, düşmənçilik, o bunun arxasıyca danışır, kin, nifrət saxlayırlar. O deyir tərbiyəsiz olub. Bu deyir belə. Amma bizdə əsla, mən ona demərəm ki, belə olub".
O, aparıcı Elgiz Əkbərin "İkinci baharını yaşamaq istəmirsən?" sualına isə "Niyə istəmirəm?" deyə cavab verib.
"O qaldı keçmişdə, qadın xoşbəxt olmağa layiq məxluqdur. Bəzən istəyən olur, indi də var, ciddi olan da. Amma çox duyğusal insanam. Sevgisiz yaşamağı sevmirəm. İstəyirəm hər zaman yanımda qayğıkeş biri olsun" deyə, o əlavə edib.
Ülkər atası, mərhum Xalq artisti Yaşar Nurinin anası Rəhimə Nuriyeva ilə olan münasibətlərinə də toxunub:
"Atam istiqanlı insan olmayıb. Onda anama qarşı istilik görməmişəm. Amma çox istəyib ailəsini. Anam o qədər onu istəyib ki, onun da sevgisini üstələyib. Yəni anamın atama göstərdiyi o diqqəti, heç atamın vaxtı da olmayıb. Heç anam da ondan tələb etməyib. Deyib ki, sən sənətkarsan, sənətinlə məşğul ol, səni başqa heç nə maraqlandırmasın.
Atam Türkiyədə xəstəxanada yatanda həkim soruşmuşdu ki, Azərbaycanda hər kəs həyat yoldaşına qarşı belədir? Anam da demişdi ki, eləyik".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Bütün dünya bizim toyumuzdan danışacaq"
Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd
16.09.2021 2225 Sənubər İsgəndərlidən XOŞ XƏBƏR
Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü
17.09.2021 4207 Əməkdar artist vəfat etdi - FOTO
Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf
16.09.2021 7387 Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB
Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"
17.09.2021 4147 Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR
Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:
17.09.2021 3949 Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"
Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml
18.09.2021 4164 Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar
Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı
17.09.2021 2993 41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO
Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb
16.09.2021 6043 "20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO
Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin
16.09.2021 5054