Orxan Zeynallı: "Gözlərimin rəngi dəyişib pasportu gözləyənə qədər" - VİDEO
Xəbər verdiyimiz kimi, uzun müdət ABŞ-da yaşayan reper Orxan Zeynallının 6 ildən sonra ilk dəfə Bakıda baş tutan ikigünlük "40-cı paralel" adlı konserti yekunlaşıb.
BiG.AZ xəbər verir ki, 7000-dən çox insanın qatıldığı tədbirdə Orxan öncə media nümayəndələri ilə görüşüb, sualları cavablandırıb.
O, Bakıda özünü çox yaxşı hiss etdiyini, konsertlə bağlı işlərin qaydasında getdiyini, 6 il öncəki konserti ilə indiki konsert arasında izləyici kütləsinin artımı cəhətindən kəskin fərqin olduğunu vurğulayıb.
Reper növbəti konserti barədə suala cavab verərkən fasilənin 6 ildən az olacağını bildirib. O, gələcəkdə birdəfəlik Azərbaycana qayıtmaq ehtimalını da istisna etməyib və "Ürəyimin səsi nə desə, onu edəcəyəm" deyib.
"Ən böyük arzunuz nədir? Dünyaca məşhur repçi olmaq istəməzdinizmi?" sualının cavabında Orxan bu sözləri deyib:
"Yox, ümumiyyətlə, məşhurluqla bağlı arzum heç vaxt olmayıb. İstəyirəm ki. bu həyatı nə qədər yaşayacağamsa, sevgiylə, sağlamlıqla yaşayım. İstəyim təkcə odur".
Reper "40-cı paralel" trekində "Bəlkə də, dəyişəcək nə vaxtsa pasportumun rəngi. Doğum yeri qalır eyni, necə gözlərimin rəngi" ifadəsini işlədib. Bəs onun pasportunun rəngi dəyişibmi? Bu barədə suala Orxan zarafatla cavab verib:
"Gözlərimin rəngi, deyəsən, dəyişib pasportu gözləyənə qədər".
Orxan Zeynallının jurnalistlərə müsahibəsini daha ətraflı aşağıdakı videodan izləyə bilərsiniz:
Qeyd edək ki, canlı ifalar səsləndirən reper 26 mahnı ilə tamaşaçı qarşısına çıxıb.
Sənətçinin bekvokalı Nərgiz Əzizova olub. Canlı konsert zamanı reperə müğənnilər Bahar, İlqar Niftiyev, Nərgiz, Tomris Naibli, Mərdan Kazımov, Röya Miriyeva və başqaları yoldaşlıq edib.
Orxan Bakıdakı ilk konsertinə cəmi 14 biletin satıldığını, bu gün isə minlərlə insanın gecəsinə gəldiyini bildirib. O, hər kəsə təşəkkür edərək, paytaxtda yenidən səhnəyə çıxacağını da deyib.
Anşlaqla keçən hər iki gecədə fanatları müğənniylə birgə mahnılarını səsləndirib.
Konsertə qatılanlar sırasında məşhurlar da olub. Aktyorlar Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Nicat Rəhimov, Fuad İskəndərov, aparıcılar Kəmalə Piriyeva, İlkin Həsəni, blogerlər Xatirə Yüzbəyova, Günel Rəhimova, Aysel Həsəni, Asya Aslanova (İsmayılova), Apruza, Şəfəq Məmmədova və başqaları da gecəyə qatılıb. Onlar sosial media hesablarında bununla bağlı paylaşımlar ediblər.
Sosial şəbəkələrdə konsertlə bağlı paylaşımlar iki gün ərzində feysbuk, tviter və instaqramda #40ciparalel həşteqləri ilə bölüşülüb.
Konsert üzərində 50-dən çox komanda üzvü çalışıb.
Natəvan Baxşiyeva
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO
Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz
16.09.2021 4761 Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR
"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar
17.09.2021 2305 Aqil M.Quliyev cinayətdən danışacaq
Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis
18.09.2021 2371 "Həmin Xalq artistlərinə pullar vermişəm"
Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım
16.09.2021 1964 Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?
Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən
16.09.2021 1870 Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO
Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas
16.09.2021 7167 "O səs Türkiyə"nin münsifləri açıqlandı
Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq
15.09.2021 2403 41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO
Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb
16.09.2021 6043 Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO
Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər
18.09.2021 4536