Təbii sandığımız "zəhər" və ya sağlamlıqla oynayanlar...

Təbii sandığımız "zəhər" və ya sağlamlıqla oynayanlar...On ildən çoxdur ki, inteqrativ tiblə, yəni təbii üsullarla müalicə proseduru ilə məşğul oluram. Təbiətin müalicəsinə əsaslanıb öncə xəstələnməmək üçün araşdırmalar aparıram və ya xəstələnənlər üçün daha yüngül və orqanizmin bütünlüyünün qayğısına qalma yollarının axtrışındayam. Təəssüf ki, təbiəti də, təbii məhsulları da süni modellərlə "natural" və ya "orqanik" etdilər.

Baxırsan ki, marketdə, məsələn, zəncəfilli limonad var. Bu şəkildə idxal ediblər. Nə gözəl! Amma içində əsl zəncəfil yox, aromatik birləşmələrdir. Təbii sandığımız zəncəfilin siropunu qatırlar dadlandırıcı kimi və qalanı da konservant. Sonra da deyirik ki, "zəncəfilli limonad içirəm, başqa ziyanlı məhsullar içmirəm".

Təbii sandığımız "zəhər" və ya sağlamlıqla oynayanlar...Ətli, xəmirli məhsul alırsan (restoranlarda onu daha çox bəyənib yeyirlər). Bir az soyuducuda saxlayıb, daha sonra yeyəndə ətin dadı acılaşır. Acı dadı verən azotdur. Ət soyuducuda xarab olmaz ki, amma ətin yerinə soya qiyməsi istifadə edirlər. Ona görə hər kəsin çəkisi durmadan 10-20 kq artır. Belə qidaların saxlanma dövrü uzansın deyə istifadə edilən azot qazı hətta çox sayda qida zəhərlənmələrinə gətirib çıxarıb. Adını da "qida qazı" qoyublar.

Azot qazı da, oksigen də istənilməyən vəziyyətlərdə inert atmosfer yaradaraq qidaların qısa müddətdə xarab olmasının qarşısını alır. Məsələn, təzə ətlərə də oksigen qazı verirlər ki, həmişə təptəzə, qıpqırmızı görünsün.

Təbii sandığımız "zəhər" və ya sağlamlıqla oynayanlar...Bazara üzüm gətiriblər. Qırmızı, iri, dipdiri görüntülü ərik boydadır, maşallah! Haradan gəlib? Tutaq ki, Cənubi Amerikadan və ya Mərkəzi Afrikadan. Neçə gündür gəlib? 5-6 gün olar. Baxın, ucqar ölkənin kəndində bunları yığırlar. Uzun yol gəldikdən sonra bizə gəlib çatır. Bir müddət də bizim tərəvəz anbarında saxlayırlar. Alıb gətirirsən evə, 3-5 gün də hələ də eyni formada qalır.

Bəs bu meyvəni necə belə hala salırlar? Üzümə verdikləri, adına dərman dedikləri maddə üzüm dənəsinin ölçüsünü böyüdür, ağırlığını artırır, qəşəng forma verir və dözümlü qabığı sayəsində mikroorqanizmlərdən qoruyur. Çünki meyvənin çürüməsi üçün daha kiçik canlılara ehtiyac var ki, onlar belə bu meyvələrin qabığına yaxın dura bilmir. Üzümə vurduqları maddə sitoxinin, yəni böyümə hormonudur. Həmin sitoxinin insanda da eyni işi görür. Sonra da valideynlər şikayətlənir ki, "mənim uşağım niyə erkən tüklənir və ya bədəni vaxtından qabaq inkişaf edir".

Təbii sandığımız "zəhər" və ya sağlamlıqla oynayanlar...Yay günəşi altında soyudulması olmayan tankerlərdə bidonlara süd toplayırlar. Soruşursan ki, axı bu süd niyə xarab olmur? Deyir ki, tankerə iki stəkan hidrogen peroksid tökürsən, axşama qədər heç bir şey olmur.

Hidrogen-peroksid nədir, bilirsizmi? Qadınların saçlarının rəngini açmaq üçün istifadə edilən bir kimyəvi maddədir. Çox pis şey deyil, ancaq canlıları öldürür. Südə qatılınca bakteriyalar ölür və çürümə üçün heç bir səbəb qalmır.

Təbii sandığımız "zəhər" və ya sağlamlıqla oynayanlar...Bu qeyd olunanlar da hər yerdə qanunidir. Əsas problem budur ki, insanı təbiətdən qopartdılar. İnsan yeni bir uydurma "təbiət" yaratdı, özünü təbiətin xaricinə çıxartdı, təbiəti alınan-satılan mal etdi, sintetikləşdirdi və özü istədiyi kimi istehsal etdi.

Xəstələrimə daha çox bitki və arı məhsulları təyin edirəm. Gedib çox məşhur bitki şirkətlərindən çox-çox xırdalanmış bitkiləri alırlar və bilinmir, neçə il bu saxlanılıb. O bitki necə faydalı ola bilər ki?!

İllər öncə orqanizmə faydalı olan qırmızı jenşen bitkisi təyin edirdim, bir zaman keçəndən sonra gördüm ki, heç kəsdə effekt almıram. Sonra getdim o jenşen tozunu qida analizində yoxlatdırdım. Məlum oldu ki, toz halına salınan bu məhsulun çox miqdarı manna yarmasıdır, qalanı jenşen. Haradan, necə gəlir və hansı cür əlavələr qatılır?! Çünki əsl jenşenin qiyməti bahadır. Manna hara, jenşen hara...

Təbii sandığımız "zəhər" və ya sağlamlıqla oynayanlar...Bəzən görürsən ki, bəh-bəhlə bal satılır. Əsl bal dünyada belə, bahalı qida əlavəsidir. Çünki xalis balın keyfiyyət özəllikləri çoxdur: balın qida dəyəri, kristalizasiyası, HMF, prolin və diastaza dəyərləri və s. Balı qızdırırlar ki, durulaşsın və xarlanmasın. Bu zaman qeyd etdiyim baldan əsər-əlamət qalmır. Sadəcə "bal" deyə yeyilir.

Təbii sandığımız "zəhər" və ya sağlamlıqla oynayanlar...Hələ sizə dəbdə olan arıqlama çaylarını demirəm. Xaricdən gətirilən bir sıra "arıqlama" çaylarının tərkibində elə bitki adları yazırlar ki, bəlkə də, elmə məlum deyil. Çox adamın tanımadığı bitkilərin doğrudan da guya hər hansı təsirlərinin olmasına inandırırlar. Bir zamanlar mate çayı ən yaxşı arıqladan kimi tanınırdı. Paraqvay çayı adı ilə də məşhur idi. Sonra oxudum ki, qida borusu xərçəngi yarada bilir.

Təbii sandığımız "zəhər" və ya sağlamlıqla oynayanlar...Görəsən, doğrudan da Şimali və Cənubi Amerikada bir çox tanımadığımız məhsulları təbii yolla yetişdirir və özləri də içirlərmi?! Əsas təqdimatdır. Necə ki, bəzi bitki tərkibli siropların və şampunların üstünə "100% təbiidir" sözləri yazılır. Ona görə də saç tökülmə günü-gündən artır, çünki 3-4 cür kimyəvi köpükləndiricilər və həlledicilər sayəsində başın dərisi ilə tük follikullarının qan dövranı arasında əlaqə qırılır. İnsan vücuduna korroziyaya uğradacaq təsirləri mövcuddur.

Təbii sandığımız "zəhər" və ya sağlamlıqla oynayanlar...Siropların tərkibində də təbii bitkilərin və arı məhsulların saxlanılması üçün lazım olan konservantın kimyəvi tərkiblərinin bir sonrakı dövrlərdə yaratdığı fəsadları da qeyd edə bilərəm.

İnsan özünün təbii bir varlıq olduğunu unutdu!

Süniləşdirilmiş bir həyatın içində yediklərinin də, sevginin də, sevincinin də, kədərinin də, yaşam keyfiyyətinin də içinə məcburi maddələr yerləşdirdi və bir gün bu minalar vücudun içərisində partlayacaq. Necə ki, xəstəliklər cavanlaşır, onkoloji xəstəliklər sürətlə artır və insanlıq bununla barışır. Çünki insan bunları özü yaratdı. İnsanlıq artıq budur.

Professor. Dr. Erkan Topuzun məqaləsindən ilhamlandım, düşündüklərimi və gördüklərimi ümumiləşdirib xatırlatmağa çalışdım.

Özünüzün təbiətin bir hissəsi olduğunuzu unutmadan özünüzdən muğayat olun!

"Apimed" təbii üsullar mərkəzinin Baş həkimi,
dərman bitkiləri üzrə tədqiqatçı, həkim-fitoterapevt, apiterapevt Dr. Elnur Eldaroğlu

Təbii sandığımız "zəhər" və ya sağlamlıqla oynayanlar...


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1457   Tarix: 10 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.