Dövrümüzün bəlasına çevrilən xərçəng necə yaranır? - Növləri
Dövrümüzün bəlasına çevrilən xərçəng xəstəliyi sürətlə yayılmaqda, can almaqdadır. Tibb inkişaf etsə də, bu xəstəliyin durmadan artması və çarəsinin tapılmaması insanlarda narahatlıq doğurur. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, ətraf mühitin çirklənməsî, geni dəyişdirilmiş meyvələr və qəbul etiyimiz digər qidalar bu xəstəliyin daha da yayılmasına səbəb olur.
BiG.AZ oxuculara bu xəstəlik barədə məlumat vermək istəyir.
Xərçəng xəstəliyi necə yaranır?
Hüceyrə insan bədənini təşkil edən əsas vahiddir. Hüceyrələr böyüyür, bölünür və bədənin ehtiyacı olan yeni hüceyrələr əmələ gəlir. Adətən hüceyrələr çox qocaldıqda və ya zədələndikdə ölürlər (apaptoz). Sonra onları yeni hüceyrələr əvəz edir.
Xərçəng genetik dəyişikliklər bu nizamlı prosesə müdaxilə etdikdə başlayır. Hüceyrələr nəzarətsiz böyüməyə başlayır. Bu hüceyrələr şiş kütləsi əmələ gətirir. Şiş kütləsi bədxassəli və ya xoşxassəli ola bilər. Xərçəngli bir şiş kütləsi bədxassəlidir, yəni böyüyə və bədənin digər hissələrinə yayıla bilər. Xoşxassəli şiş isə böyüyə bilər, lakin yayılmır.
Bəzi xərçəng növləri şiş əmələ gətirmir. Bunlara leykozlar, əksər limfoma növləri və miyeloma daxildir.
Xərçəngin dörd əsas növü var:
1. Karsinomalar. Karsinoma dəridə və ya daxili orqanların və vəzlərin səthini örtən toxumada başlayır. Karsinomalar adətən bərk şişlər əmələ gətirir. Onlar xərçəngin ən çox yayılmış növüdür. Karsinomalara misal olaraq prostat xərçəngi, süd vəzi xərçəngi, ağciyər xərçəngi və kolorektal xərçəng daxildir.
2. Sarkomalar. Sarkoma birləşdirici toxumalarda əmələ gəlir. Sarkoma piydə, əzələ qatında, sinirlərdə, oynaqlarda, qan damarlarında, limfa damarlarında, qığırdaqda və ya sümüklərdə inkişaf edə bilər.
3. Leykemiyalar. Leykoz qan xərçəngidir. Leykoz sağlam qan hüceyrələri dəyişdikdə və nəzarətsiz böyüdükdə başlayır. Leykozun 4 əsas növü var: kəskin limfositar leykoz, xroniki limfositar leykemiya, kəskin miyeloid leykemiya və xroniki miyeloid leykemiya.
4. Limfomalar. Limfoma limfa sistemində başlayan xərçəngdir. Limfa sistemi infeksiya ilə mübarizə aparmağa kömək edən damarlar və vəzlər şəbəkəsidir. Limfomanın 2 əsas növü var: Hoçkin limfoması və Qeyri-Hoçkin lenfoması.
Mehin Mehman
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1790 Tarix: 10 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAllergiyadan astmaya aparan səbəblər: Kondisioner də nəfəs yollarını zədələyir? - VİDEO
"Baku Med" verilişinin yeni buraxılışında tənəffüs yolları xəstəliklərindən danışılıb. Tənəffüs yolları xəstəlikləri hansı qruplara bölünür?. Ən çox rast gəlinən problemlər hansılardır?. Tənəffüs yolları xəstəliklərinin səbəbləri nələrdir?. Hava çirkliliyi ağciyərlərə necə təsir edir?. Siqareti
01.08.2026 240 Beyini təhdid edən böyük təhlükə: 2050-ci ilədək 139 milyona çata bilər
Ümumdünya Səhiyyə Təşkilatınin (ÜST) məlumatına görə, hazırda dünyada 55 milyondan çox insan demansiyadan əziyyət çəkir. Əhalinin yaşlanması ilə əlaqədar bu göstəricinin 2050-ci ilədək 139 milyona yüksələcəyi proqnozlaşdırılır. Qaynarinfo xəbər verir ki, demansiya yalnız unutqanlıqla məhdudlaşmır. B
30.07.2026 333 Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
Dünya miqyasında xərçəng hallarının sayının artması bir daha erkən diaqnozun və bədənin incə xəbərdarlıq əlamətlərinin düzgün şərh edilməsinin vacibliyini vurğulayır. Məşhur inancın əksinə olaraq, xərçəng növləri həmişə ağır simptomlarla qəfildən ortaya çıxmır. Alimlər vurğulayırlar ki, bədəndə həftələrl
02.08.2026 336 Rusiyalı həkim insan ömrünü 10-15 il qısaldan əsas amilləri açıqladı
İnsan ömrünü dəqiq neçə il qısaldığını müəyyən etmək mümkün olmasa da, bəzi vərdiş və amillərin həyat müddətinə ciddi təsir göstərdiyini göstərən elmi statistikalar mövcuddur. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə rusiyalı terapevt Kristina Radina -ya açıqlamasında danışıb. Həkimin sözlərin
02.08.2026 286 Avqustun istisində sağlam qalmağın 10 yolu
Avqust ayında daha da güclənən ekstremal temperatur yalnız insanların gündəlik rahatlığını azaltmır, həm də günvurma, ürək və böyrək problemləri kimi ciddi sağlamlıq riskləri yaradır. Xüsusilə yaşlılar, uşaqlar, xroniki xəstəliyi olanlar və açıq havada çalışanlar üçün təhlükəli hesab edilən bu dövrd
07.08.2026 395 Toyuq ətinin yaratdığı ciddi risklər: Alimlərdən yeni araşdırma
Oksford Universitetinin alimləri sənaye üsulu ilə fəaliyyət göstərən quşçuluq fermalarının təhlükəli bakteriyaların yayılması baxımından ciddi risk daşıya biləcəyini bildiriblər. xəbər verir ki, araşdırma zamanı son 45 il ərzində 30 ölkədən toplanmış minlərlə genetik nümunə təhlil edilib. Nəticələr
02.08.2026 235 55 illik araşdırma: Alimlər uzunömürlülüyün sirrini tapıb?
100 yaşdan çox yaşayan insanlar üzərində aparılan uzunmüddətli araşdırma göstərib ki, 100 il və daha artıq yaşamağın vahid resepti yoxdur. Bununla belə, uzunömürlü insanları birləşdirən bir sıra ümumi amillər müəyyən edilib. Qayanrinfo xəbər verir ki, "ScienceAlert"in yazdığına görə, Qahirədək
22.07.2026 722 Bakıda yayıldığı iddia olunan qulaqdibi xəstəliyi ilə bağlı rəsmi açıqlama
Son günlər sosial şəbəkələrdə Bakı şəhərində epidemik parotit (qulaqdibi) xəstəliyinin geniş yayıldığı ilə bağlı paylaşımlar yayılır. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, həmin məlumatlar mövcud epidemioloji vəziyyəti əks etdirmir. Bildirilib ki, hazırd
11.07.2026 396 Hovuzdan istifadə zamanı ən çox edilən səhvlər
Yay aylarında hovuzlardan istifadə geniş yayılsa da, gigiyena qaydalarına əməl olunmadıqda müxtəlif infeksiyalara yoluxma riski artır. xəbər verir ki, hovuza girməzdən əvvəl və çıxdıqdan sonra duş qəbul etmək, hovuz kənarında ayaqyalın gəzməmək və şəxsi dəsmal, başmaqdan istifadə etmək vacibdir. Bu
01.08.2026 256