Qreçkanı 3 gün suda saxlayın və sonra yeyin: Görün nəyə dərmandır - VİDEO

Qreçkanı 3 gün suda saxlayın və sonra yeyin: Görün nəyə dərmandır - VİDEOUşaq vaxtı yediyiniz hər şey daha dadlı idi. Meyvəsindən tutmuş tərəvəzinə kimi, hər bir qidadın gözəl dadı və qoxusu vardı. İndi heç bir qidadan nə o dadı, nə də qoxunu ala bilirik. Təkcə qreçkadan başqa.

"Qreçka" adı ilə tanıdığımız qarabaşaq bitkisi genetik dəyişikliyə məruz qalmadığından, bu gün də oz dadı və qoxusunu qoruya bilib. Buna görə hazırda dünyanın bir çox tanınmış sanatoriyalarında qarabaşaq qida rasionuna daxil edilir. Bu da səbəbsiz deyil.

Mütəxəssislərin fikrincə, qarabaşağın insan orqanizmi üçün saysız-hesabsız faydaları var. Sadəcə onu düzgün bişirib yemək lazımdır. Bəs bu bitkinin doğru istifadə qaydası və faydaları nələrdir?

Bir bax kanalındasınız dəyərli izləyicilər. Aşağıda yerləşən bəyən düyməsinə basın ki, video Youtubedə daha çox insanın qarşısına çıxsın.
Qarabaşaq tərkibi fosfor, dəmir, kalsium, maqnezium kimi mikroelementlərlə, A, E, B qrup vitaminlərlə zəngindir. Hətta tərkibində böyük miqdarda zülal olduğundan qarabaşağı ətlə müqayisə etmək olar. Bu qiymətli məhsul insanda ən faydalı yarma sayılır.

Yaşıl qarabaşaq daha faydalı sayılır. Qəhvəyi qarabaşaq emal olunmuş məhsuldur ki, onun tərkibində faydalı maddələr yaşılla müqayisədə daha azdır.

Cücərdilmiş yaşıl qarabaşaq bütün dünyada super-fud, yəni ən sağlam və faydalı məhsullardan biri sayılır. Xarici ölkələrdə supermerketlərdə hətta hazır cücərdilmiş qarabaşaq satılır.

Cücərdilmiş qarabaşağın tərkibində faydalı maddələr adi qarabaşaqla müqayisədə qat-qat daha çoxdur. Bu səbəbdən cücərdilmiş qarabaşaq əsl təbii dərman sayıla bilər.

Cücərdilmiş qarabaşağın faydaları ilə tanış olaq:

Orqanizmi cavanlaşdırır, xroniki xəstəliklərin riskini azaldır. İmmun sistemini möhkəmləndirir, Gümrahlıq və enerji bəhş edir.

Orqanizmi ziyanlı maddələrdən təmizləyir. Qarabaşağın tərkibi sellüloz ilə zəngin olduğundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində də xeyirlidir. Müntəzəm olaraq qarabaşaqdan istifadə etməklə orqanizmdə olan şlakları və digər zəhərli maddələri xaric etmək mümkündür.
Arıqlamağa kömək edir. Əzələləri möhkəmləndirir, orqanizmi fiziki yükləmələrə qarşı daha davamlı edir. Bu səbəblərə görə cücərdilmiş qarabaşaq tez-tez idmançıların qidalanmasına daxil edilir.

Xolesterini salır, damarları təmizləyir. Bu dəyərli qida məhsulu qanda şəkərin miqdarını stabilləşdirir. Buna görə də diabet xəstələrinə qarabaşaqdan istifadə etmək faydalıdır.

Təzyiqi tənzimləməyə yardım edir. Damarlarda trombların əmələ gəlməsi riskini azaldır, damarların divarlarını möhkəmləndirir. Həmçinin yüksək qan təzyiqindən şikayətlənənlər üçün də qarabaşaq olduqca xeyirlidir.

Mütəxəssislərin fikrincə, qarabaşağın insan orqanizmi üçün saysız-hesabsız faydaları var. Sadəcə onu düzgün bişirib yemək lazımdır. Bəs bu bitkinin doğru istifadə qaydası və faydaları nələrdir?

Dəri, saç və dırnaqların vəziyyətini yaxşılaşdırır, Potensiyanı artırır, prostat vəzi xəstəliklərinin qarşısını alır.
Yod çatışmazlığı ilə bağlı olan zob xəstəlikləri zamanı faydalıdır. Güclü xərçəng əleyhinə təsirə malikdir.
Qarabaşaqdan xalq təbabətində də geniş istifadə olunur.
Boğaz ağrısı zamanı qarabaşağı quru halda tavada qızdırmaq və parçaya büküb boğaz və boyun nahiyəsinə qoymaqla ağrını yüngülləşdirmək olar. Uşaq bişməcə olanda qarabaşağı un kimi üyüdüb həmin yerə səpməklə körpənin rahatlığını təmin etmək olar.

Cücərdilmiş qarabaşağı hazırlamaq üçün yaşıl qarabaşaq yaxşı təmizlənir, yuyulur, səməni kimi cücərdilir. Cücərtilərin uzunluğu bir neçə mm olanda artıq müalicəvi məhsulumuz hazırdır. Qarabaşağı yenidən yaxşı yuyun, qurudun və salatlara, sıyıqlara, müxtəlif yeməklərə əlavə edib və ya kəsmik , yoqurt, qatıqla qarışdırıb yeyə bilərsiniz.

Hazır cücərdilmiş qarabaşağı 3 gündən çox olmayaraq soyuducuda saxlayın, sonra yeni porsiya hazırlayın. Gün ərzində 2-3 x.q. cücərdilmiş qarabaşaq yemək olar.

Amma son məlumatlara görə, həkimlər onun istifadəsinə əks göstərişlərin olduğunu açıqlayıblar. Rusiya saytlarına dərc edilən məqalədə bildirilir ki, qarabaşaq həddən artıq yeyilərsə, sağlamlıq üçün təhlükə yaradır. Bu qidadan sui-istifadə bəzi sağlamlıq problemlərini təhdid edir.
Qarabaşağın tərkibində çox miqdarda nişasta və zülal var ki, bu da allergiyanın, habelə mədə-bağırsaq xəstəliklərinin inkişafına səbəb ola bilər. Bu baxımdan həzm problemi yaşayan insanlara bu məhsuldan imtina etsə, daha yaxşı olar. Və ən əsası qarabaşağı düzgün bişirmək vacibdir. Onu dərhal qaynatmaq deyil, üzərinə qaynar su töküb, bir gecə isladıb sonra bişirmək lazımdır. Bu vəziyyətdə qarabaşaq yarmasında olan zərərli maddələr itir.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 3247   Tarix: 08 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.