Televiziyalar serial mövsümünü açır: Tamaşaçıları hansı yeniliklər gözləyir? - ARAŞDIRMA

Televiziyalar serial mövsümünü açır: Tamaşaçıları hansı yeniliklər gözləyir? - ARAŞDIRMATelekanallar artıq yeni mövsümə start verirlər. Serial həvəskarları da yay aylarında sevdikləri qəhrəmanlar üçün darıxır və yeni mövsümün tez başlamasını arzu edirlər.

"Kaspi" qəzeti mövzu ilə bağlı araşdırma edib.

Sözügedən məqaləni təqdim edirik:

Dünyada serialların yaşı 70-dən çox olsa da, bizim ölkədə bu sektor 90-cı illərdən formalaşmağa başlayıb. Əsası Lütfi Məmmədbəylinin "İtkin gəlin" çoxseriyalı bədii televiziya filmi ilə qoyulan serial sektoru 2010-cu ildən sonra inkişaf etməyə başlayıb. Artıq televiziyalarımızı seriallarsız təsəvvür etmək mümkün deyil. Mövsümün açılışı ərəfəsində televiziyalarımızın seriallarla bağlı nələri planlaşdırdıqlarını öyrənməyə çalışdıq.

ATV kanalından verilən məlumata görə, ötən mövsüm yayımlanan "Bir qadın" və "Yuxu kimi" serialları bu mövsüm də tamaşaçılarının görüşünə gələcək. Hər iki serial mövsüm boyu yaxşı reytinq verdiyinə, tamaşaçılar arasında sevildiyinə, böyük maraq doğurduğuna görə bu mövsüm də davam edəcəklər. Qeyd edək ki, quruluşçu rejissoru Rövşən İsax olan "Yuxu kimi" serialı 3-cü mövsüm, quruluşçu rejissoru Şahin Qəhrəman olan "Bir qadın" serialı isə 4-cü mövsümünə hazırlaşır.

Şahin Qəhrəman bildirdi ki, bu mövsüm serial həm sevilən, həm də yeni obrazlarla tam yeni hadisələr və bir-birindən fərqli situasiyalarla davam edəcək:

"Artıq çəkilişlər başlayıb, yaradıcı və texniki heyət yeni mövsümdə hər kəsi təəccübləndirəcək. Bu mövsüm o biri mövsümlərdən daha maraqlı olacaq!"

ATV-də adları çəkilən serialarla yanaşı, Türkiyə televiziyalarında, elə bizdə də çox məşhur olan "Çukur" serialının da nümayişi nəzərdə tutulur.

ARB kanalında isə bu mövsüm quruluşçu rejissoru Vüsal Məmmədov olan yeni bir serial efirə gedəcək. Rejissor bildirdi ki, yay boyu yeni serialın ssenari müzakirələri davam edib və artıq işə başlanılıb:

"Yeni serial üzərində işlər gedir. Serialda müəyyən bir hekayə, müxtəlif həyati hadisələrlə yanaşı, cəmiyyətə, insanlara müxtəlif sosial mesajlar ötürmək də nəzərdə tutulub. Düşünürəm ki, əvvəlki layihələrimiz kimi bu layihəmiz də tamaşaçılar tərəfindən seviləcək və davamlı izlənəcək!"

Xəzər TV-nin efirində yayımlanan "Ata ocağı" serialının nümayişi bu mövsümdə də davam etdiriləcək. Azərbaycan televiziya məkanının ən uzunömürlü serialı hesab olunan, ötən mövsümdə 1000-ci seriyası izləyicilərin ixtiyarına verilən "Ata ocağı"nın 6-cı mövsümünün çəkilişləri artıq bir müddətdir ki, start götürüb. Serialın quruluşçu rejissoru Rüfət Şahbazov deyir ki, qaldıqları yerdən davam edəcəklər:

"Mövsüm finalımız tamaşaçılarda sual yaratdı, onları çaşdırdı. Yeni mövsümdə onlara cavab verəcəyik. Bu ildən tam peşəkarcasına, sırf "Ata ocağı" üçün yazılmış musiqi ilə davam edəcəyik. Çəkilişlərimiz tam sürətlə davam edir. Yeni mövsümə hazırlaşırıq".

Yeni mövsümdə Xəzər TV-də Türkiyə istehsalı olan və böyük maraq doğurmuş "Oyanış: Böyük Səlcuqlu" ("Uyanış: Büyük Selçuklu") serialının yayımı da nəzərdə tutulur. 2020-2021-ci illərdə yayımlanan serial tarixi janrdadır. Serial Sultan Məlikşahın dövründə Böyük Səlcuqlu İmperiyasından və Sultan Məlikşah ilə Məlik Səncərin həyatından bəhs edir. Rəsmi yayım hüququnu əldə edən Xəzər TV serialın yayımına sentyabr ayından başlamağı planlaşdırır.

Xəzər TV tamaşaçıları bu mövsüm Türkiyə istehsalı olan və 2020-2022-ci illərdə yayımlanan "Masumlar apartmanı" serialını da izləmək imkanı qazanacaqlar.

Əsas süjet xəttini real həyatdan götürmüş serialda eyni mənzildə yaşayan dörd bacı-qardaşın psixoloji vəziyyətindən və ətraflarındakı hadisələrdən bəhs olunur. Hazırda hər iki Türkiyə serialının "Xəzər Media Mərkəzi"nin peşəkarlardan ibarət dublyaj heyəti tərəfindən Azərbaycan dilində səsləndirilməsi prosesi həyata keçirilir.

Bu mövsüm Xəzər TV-də məşhur Rusiya serialı "Briqada"nın da nümayişi nəzərdə tutulur. 2002-ci ilin istehsalı olan bu serial kriminal janrda çəkilib və bir-birinə bağlı olan dörd dostun həyat hekayəsini əks etdirir. 15 bölümdən ibarət ekran işində 1989-2000-ci illərdə Rusiyanın kriminal aləmində baş verən hadisələrdən bəhs olunur.

Space TV-də hələlik hansısa serialın nümayişi dəqiqləşməyib. TV-dən verilən məlumata görə, yeni televiziya mövsümündə tamaşaçıların qarşısına bir çox yeniliklərlə çıxmaq planlaşdırılır. Hazırda yeni serialların çəkilişi ilə bağlı da müzakirələr davam edir. Əgər maraqlı süjet xətti, cəmiyyət üçün faydalı, düşündürücü mövzuları özündə birləşdirən ssenari olarsa, ona ekran həyatı veriləcək.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1522   Tarix: 04 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.