Koronavirusla bağlı yeni dalğanın özəlliyi: Mütəxəssislər nə deyir? – ARAŞDIRMA

Koronavirusla bağlı yeni dalğanın özəlliyi: Mütəxəssislər nə deyir? – ARAŞDIRMAArtıq 3 aya yaxındır ki, koronavirusa yoluxma sayı artan templə davam edir. Amma bu artım sürətli deyil və rəqəmlər də bəzən kəskin şəkildə dəyişir. Müəyyən günlərdə 468, 499, 545, 549 və bəzən də 710 yoluxma qeydə alınır. Bu gün 710 yoluxma sayı sabah 545-lə davam edir. Rəqəmlər alışdığımız tempdə deyil. Adətən ümumi artımın başladığı dövrdən pik həddinə qədər olan dövr təxminən 1-2 ay olurdu. Rəqəmlər sürətlə artır, 4 rəqəmliyə çatır və yenidən azalmalar olur, sürətlə enirdi. Hətta 2022-ci ildə yoluxma sayında sıfırı da gördük. Artıq 3 aya yaxındır ki, biz enməni və ən pik həddi müşahidə etmirik.

Mövzu ilə bağlı "Kaspi" qəzeti yazı yayımlayıb.

Yeni tendensiyanın səbəbi nədir? Bu tendensiya omikronun yeni mutasiyası ilə bağlıdırmı?

İnfeksionist-hepatoloq Mərdan Əliyev deyir ki, hazırkı vəziyyətin səbəbi kollektiv immunitetin yaranmasıdır: "Pandemiyada artım, azalma dalğavarı şəkildə davam edirdi. Rəqəmlər pik həddə çatdıqdan sonra enmə başlayırdı. Hazırda isə vəziyyət dəyişib. İnsanlarda peyvəndləmə və yoluxmalar nəticəsində immunitet yarandı. Kollektiv immunitet formalaşdığı üçün artıq burada sürətli şəkildə yüksəlmə baş vermir. Rəqəmlər yavaş-yavaş irəlilədiyindən pik həddə çatması da uzun müddət aparır. Bu vəziyyət nəinki 3, 5-6 ay da çəkə bilər".

Payızda bizi nə gözləyir?

Həkimin proqnozuna görə, biz pik həddi payızda müşahidə edəcəyik: "Yenə də proses dalğavarı şəkildə gedir. Amma kəskin deyil. Pik həddə çatması çox böyük ehtimalla payız fəslində müşahidə ediləcək. Payızdan sonra enməni görə biləcəyik".

"Yoluxma sayı ilə bağlı açıqlanan rəqəmlərə inanmıram"

Pulmonoloq Əsəd Beydullayev isə açıqlanan rəqəmlərə, ümumiyyətlə, inanmır. Deyir ki, test verənlərin sayı kəskin şəkildə azalıb: "Düşünürəm ki, yoluxma sayı rəsmi statistikada qeyd olunandan çoxdur. Həkimə müraciət edənlərin, test verənlərin sayı azalıb. Çünki əvvəllər insanlar xəstəlikdən daha çox qorxur, ehtiyat edirdilər və həkimə daha çox müraciət edirdilər. Bundan əlavə, əvvəlki ştammlar daha ağır olurdu. Son dönəmlər bizə müraciət edən xəstələr də daha rahatdır. Xəstənin narahatçılığı az olur, pnevmoniyalar, demək olar ki, yoxdur. İnsanlar adətən vəziyyətin ağırlaşdığını görəndə test verirdilər. Rəqəmlər bu səbəbdən zəif irəliləyir. Amma real olaraq, mənə elə gəlir ki, say daha çoxdur".

"Xəstəliyə yanaşma mədəniyyəti formalaşıb"

Mütəxəssis vurğulayır ki, artıq bütün həkimlər bu xəstəliklə bağlı maariflənib, müalicənin qaydalarını öyrəniblər: "Əvvəl həm həkimlərdə, həm xəstələrdə bir qorxu, xof var idi. Artıq xəstəliyə yanaşma mədəniyyəti formalaşıb. Ona görə də bu gün hamı özünü düzgün şəkildə müalicə etdirir. Testə müraciət edib pozitiv çıxanların əksəriyyəti ya xaricə gedəcəkləri üçün, ya xroniki xəstə, hamilə olduqlarından xəstəliyi bilmək üçün bu addımı atırlar".

Bu mutasiyada ağırlaşmalara rast gəlinirmi?

Həkim deyir ki, yeni mutasiyada ağciyərlə bağlı ağırlaşmalara çox rast gəlinmir: "Ağırlaşmalar daha çox ikinci dalğada, "Delta" variantında oldu. Bir də bir dönəm oldu ki, insanlar artıq tam rahatlaşdılar və qaydalara əməl etmədilər. Tibb bacısı, tibdən kənar insanlar koronovirusu müalicə etməyə başladı. Ağırlaşmaları, pnevmoniyaları o zaman çox müşahidə etdik. Sonuncu ştammlarda gündəlik 2-3 xəstə müraciət edir. Heç bir ağırlaşması yoxdur. Hətta xəstələrimə antiviral dərman belə vermirəm. Daha çox ümumi qüvvətləndirici terapiya, bol maye məsləhət görürəm. Yəni adi qripdə necədirsə, bu da elə. Hesab edirəm ki, hazırkı vəziyyətdə yeni ştammın da rolu var. Bu mutasiya daha yumşaqdır. İnsanlara məsləhət görürəm ki, xüsusilə payız aylarında heç bir halda panikaya düşməsinlər. Mən ağırlaşmaların əksəriyyətinin panikadan olduğunu görmüşəm".

"Xəstəlik artıq qorxulu mərhələni geridə qoyub"

Həkimin sözlərinə görə, isti havalar da rəqəmlərə təsir edir: "Koronavirus da qrip infeksiyasıdır. Digər qriplər kimi artımı daha çox soyuq aylarda gözlənilir. Düzdür, hazırda say stabildir, amma sentyabr, oktyabr aylarında pik həddi görəcəyik. Xəstəlik artıq qorxulu mərhələni geridə qoyub. Edəcəyimiz ciddi bir şey yoxdur. Vətəndaş olaraq üzərimizə düşən gigiyena qaydalarına riayət etmək, özümüzdə xəstəlik əlamətini hiss edəndə maska taxmaqdır ki, digər insanları yoluxdurmayaq. Narahatçılıq olduğu halda da həkimə müraciət etmək lazımdır. Belə olarsa, önümüzdəki soyuq ayları da daha rahat keçirə biləcəyik".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 788   Tarix: 28 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.