İnsan eyni anda meymunçiçəyi və koronavirusa yoluxarsa, nə baş verə bilər? - Həkimdən HƏYƏCAN TƏBİLİ
Bu gün ölkədə koronavirus (COVID-19) infeksiyasına yeni yoluxanların sayı 534 nəfərə çatıb. 526 nəfər isə müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən altı nəfəri vəfat edib.
Yenidən yoluxma sayının artması cəmiyyətdə narahatlıq yaratmağa başlayıb. Paralel olaraq meymunçiçəyi də insanları narahat edir.
Hazırda ölkədə meymunçiçəyinə yoluxma aşkarlanmasa da, iki virusun paralel gedişatı ölüm riskini artıra bilərmi?
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən infeksionist Nicat Əzimli bildirib ki, eyni zamanda iki fərqli virusa yoluxma hallarına və ya əvvəl birinə yoluxub, daha sonra digərinə yoluxmaya vaxtaşırı insanlar arasında rast gəlinir.
İnfeksionistin sözlərinə görə, elmdə birinciyə koinfeksiya, ikinciyə isə superinfeksiya deyilir:
"Bu halların koronavirus və meymunçiçəyi ilə bağlı baş verməsi halında nə kimi dəyişikliklər olacağı haqda fərziyyələr mövcuddur.
Belə ki, meymunçiçəyi və koronavirusun eyni vaxtda insan orqanizmində olması xəstənin simptomatikasında qarışıqlığa, dolayısıyla da xəstəliyin idarə olunmasında çətinliyə səbəb ola bilər. Əlavə olaraq, bu iki xəstəliyin insanlar arasında eyni vaxtda dövran etməsi aparılan PZR testlərinin doğruluğuna, vaksinasiyaya orqanizmin verdiyi cavaba da mənfi təsir edə bilər.
Ən önəmlisi isə bu cür koinfeksiya və superinfeksiya hallarında iki virusun insan hüceyrələrində qarşılıqlı əlaqəsi yeni variantların ortaya çıxması ehtimalını artırır.
Bu və digər səbəblərlə bağlı olaraq hər iki xəstəliyin artımının qarşısının alınması üçün lazımi səviyyədə mübarizə aparılmalıdır".
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1095 Tarix: 10 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSu qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan
Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun
26.10.2026 846 Sevdiyiniz musiqi ağrını azalda bilər
İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr
30.10.2026 723 Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini
25.10.2026 765 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın
Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ
23.10.2026 950 COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
24.10.2026 630 Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz
24.10.2026 695 Qara çayın sağlamlıq üçün 6 faydalı xüsusiyyəti: Kimlər mütləq içməlidir?
Qara çay o qədər gündəlik içkiyə çevrilib ki, onun xüsusiyyətləri barədə çox vaxt düşünmürük. Adətən bu içkini yalnız xoş dadına görə qəbul edirik. Lakin qara çay sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər. Qidalanma mütəxəssisləri onu çox sevməyən insanlara belə rasionlarına daxil etməyi tövsiy
08.10.2026 842 Payızda "xoşbəxtlik hormonu": Gündə bir ovuc qoz əhval-ruhiyyəni yaxşılaşdıra bilər
Qoz yalnız ürək və beyin sağlamlığı üçün deyil, əhval-ruhiyyənin yaxşılaşmasına da müsbət təsir göstərə bilər. Yeni araşdırmaya əsasən, hər gün bir ovuc qoz yemək əhval pozuntularının azalması ilə əlaqəli ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Hazipatika" nəşri yazıb. İspaniyalı alimləri
04.11.2026 509 Hər gün üzüm yesək, nə olar?
Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmaya töhfə verə bilər. Üzümün əsas üstünlüklərindən biri antioksidantlarla zəngin olmasıdır
01.11.2026 515