Azərbaycanda ana yeddi aylıq oğlunu öldürmək istəyib? - AÇIQLAMA
Ucarda ananın yeddi aylıq oğlunu öldürmək istəməsi ilə bağlı bir sıra xəbərlər yayılıb.
Belə ki, məlumata əsasən, hadisə rayonun Rəstəcə kənd sakinində qeydə alınıb.
Kənd sakini Fuad İldırım oğlu Hüseynov polisə ərizə ilə müraciət edərək, arvadı Cəlalə İsmayılovanın körpə oğlu Uğuru öldürmək istədiyini bildirib.
Uşağın atası Fuad Hüseynov "APA TV"yə müsahibəsində deyib ki, həyat yoldaşı özünün istifadə etdiyi dərmanı uşağa verərək onu zəhərləmək istəyib:
"Dəfələrlə belə davranışları olub. Bir dəfə əlləri ilə boğub öldürmək istəyib. Özüm aparmışam həkimə, şahidlər də var. Problem uşağın anasındadır. Şizofreniya xəstəliyindən əziyyət çəkir, qardaşım dəfələrlə arvadımı Bakıya, Maştağaya aparıb. Ona verilən dərmanları içib yatırdı. Bir ara həmin dərmanları yığışdırdıq ki, ələ keçməsin. Həmin dərmanlardan uşağın dodağına sürtüb. Uşaq ayılmaq istəyib, ayıla bilməyib. Apardıq həkimə, məlum oldu ki, dərman verilib.
Anası özü də etiraf edir ki, vəziyyəti yaxşı deyil. Atasının evinə getmək istədiyin deyib. Gedib atası evinə. Ailəmizdə söz-söhbət olmayıb, dünənə qədər qardaşı da bizdə olub".
Məsələ ilə bağlı Ucar rayon Rəstəcə kənd bələdiyyəsinin sədri Rəhim Rəhimov Oxu.Az-a açıqlama verib:
"O ailədə belə hadisənin olmasını heç kim gözləmirdi. Normal və aztəminatlı ailədir, kənddə heç kimə pislik etməyiblər. Kişinin ikinci evliliyidir. Hazırkı həyat yoldaşı Şivyan kənd sakinidir. Çox normal xanım idi. Övladı dünyaya gələndən psixoloji problemləri yaranıb. Bir müddətdir uşağa da nənəsi baxırmış. Necə olduğunu bilmirik, uşaq dərmandan zəhərlənib. Aidiyyəti üzrə prokurorluq əməkdaşları da məsələyə baxır, araşdırma aparırlar".
Bələdiyyə sədri onu da qeyd edib ki, F.Hüseynov daha əvvəl məhkumluq həyatı yaşayıb.
"Uşağın atası polisə şikayət edib, amma biz inanmırıq ki, ana qəsdən uşağına ziyan vursun. Düşünürük ki, həmin anda qadın özündə olmayıb. Uşaq yaxşıdır, qorxulu heç nə olmayıb. Kişi polisdən şikayətini geri almayıb. Amma bəlkə bir neçə gün sonra əsəbləri sakitləşəcək. Mən qadının üzərinə bu qədər gedilməsinin tərəfdarı deyiləm, anadır", - deyə R.Rəhimov qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1258 Tarix: 09 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız müstəqilliyimizin, milli birliyimizin və dövlət suverenliyimizin rəmzidir
9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, azadlıq mübarizəsini və müstəqil dövlətçilik iradəsini təcəssüm etdirən mühüm tarixi gündür. Azərbaycan bayrağı hər bir vətəndaş üçün Vətənə bağlılığın, milli kimliyin, tarixi yaddaşın və dövlətə sədaqətin müqəddəs rəmzidir
10:47 151 Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video
"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"
08.11.2026 321 Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb
08.11.2026 237 Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly
08.11.2026 258 Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
08.11.2026 269 Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
08.11.2026 199 Sabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləy
12:16 90 Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib. "9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı təbri
10:33 154 40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıda müvəqqəti məskunlaşıb. Mərhumun atası Tərxan Məmmədov Birinc
08.11.2026 426