Beş övladı ilə küçələrdə qalan qadının əri niyə onların sığınacaqda qalmasını istəmir? - YENİLƏNİB-FOTO-VİDEO
Ana beş övladı ilə beş gündür parkda gecələyir.
Parkda gecələyən ailəni İctimai TV-nin əməkdaşları ziyarət edib.
Məlum olub ki, ailə Azərbaycan Uşaqlar Birliyinə yerləşdirilib.
Birliyin sədri Kəmalə Ağazadə bildirib ki, ananın 32, ən böyük övladın 12, ən kiçiyinin isə 1 yaşı var. Uşaqların üçü həm fiziki, həm də əqli qüsurludur.
"Qadın iddia edir ki, övladlarının birinin böyrəyindəki stendi çıxartdırmaq üçün Bakıya gəliblər. Gah da deyir ki yoldaşının cibindən pulu oğurlandığı üçün küçədə qalıblar" – deyə, komitə sədri bildirib.
20;21
Bakıda azyaşlılar küçədə gecələyirlər. Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Oxu.Az xəbər verir ki, söhbət paytaxtın "Şamaxinka" kimi adlanan ərazisindən gedir.
İddia edilib ki, beş kimsəsiz uşaq və anası bir neçə gündür ərazidəki parkda gecələyirlər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev Oxu.Az-a bildirib ki, azyaşlıların sığınacağa yerləşdirilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edilib, ailənin sığınacağa yerləşdirilməsi artıq təmin edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi Teymur Mərdanoğlu isə redaksiyamıza açıqlamasında qeyd edib ki, Komitəyə daxil olan müraciət əsasında beş uşaq və bir qadın sığınacağa yerləşdirilib:
"Məsələ ilə bağlı araşdırma aparılır".
Əldə etdiyimiz məlumata görə, ailə Tovuz rayonundan Bakıya gəlib. Onların yaşadıqları yeri hansı səbəblə tərk etdikləri ilə bağlı aidiyyəti qurumlar tərəfindən Rayon İcra Hakimiyyəti arasında danışıqlar aparılır.
15:50
Bakıda ana 5 uşağı ilə birlikdə parkda gecələyirlər.
Lent.az xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə yayılıb.
Belə ki, görüntülər "Şamaxinka" deyilən ərazidə qeydə alınıb. Videoda görünür ki, ana və uşaqları parkda yatır, orada yaşayırlar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Lent.az-a bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılıb.
Görüntülərdəki ana və uşaqları müəyyən olunaraq sığınacağa yerləşdiriliblər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2805 Tarix: 09 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər
08.11.2026 220 Şuşadan dünyaya ünvanlanan siyasi mesaj: Azərbaycan-Türkiyə müttəfiqliyi regional reallıqların əsas dayaqlarından biridir
Azərbaycan və Türkiyə münasibətləri müasir beynəlxalq münasibətlər sistemində tarixi köklərlə strateji maraqların vəhdət təşkil etdiyi nadir tərəfdaşlıq nümunələrindən biridir. Bu münasibətlərin mahiyyəti yalnız ortaq dil, din, mədəniyyət və tarixi bağlılıqla ölçülmür. İki dövlət arasındakı əlaqələ
12:37 0 Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. BİG.AZ xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyya
11:33 121 Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
11:52 111 "Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni
08.11.2026 328 Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc
08.11.2026 330 Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rənglərinə büründü - Foto
Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, İstanbulda yerləşən məşhur körpü də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Həmin görüntüləri təqdim edirik:
08.11.2026 247 Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb
08.11.2026 237 40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıda müvəqqəti məskunlaşıb. Mərhumun atası Tərxan Məmmədov Birinc
08.11.2026 426