DİQQƏT! - Şəxsi məlumatlarınız, yazışmalarınız paylaşılıbsa...

DİQQƏT! - Şəxsi məlumatlarınız, yazışmalarınız paylaşılıbsa..."Vatsap, şəxsin e-mail ünvanı, sosial media hesablarında yazışmalar, hətta əl yazıları şəxsi həyat sirri kimi qorunur. İstər Konstitutsiyanın 32-ci maddəsi, istərsə də Cinayət məcəlləsinin 155-ci maddəsində bununla bağlı konkret məsuliyyət nəzərdə tutulub".

Bunu açıqlamasında hüquqşünas Ələsgər Məmmədli deyib.

O, şəxsi məlumatların qanunla qorunduğunu diqqətə çatdırıb:

"Yalnız hadisədə cinayət tərkibi olarsa, hüquq-mühafizə orqanları şəxsi məlumatları toplaya bilər. Lakin bu, yalnız məhkəmə qərarı ilə mümkündür. Məhkəmə qərarı olmadan heç bir qurum nə vatsap yazıları, nə də digər yazışmaları çıxara və yaya bilməz".

Ə.Məmmədli qeyd edib ki, xaker köməyindən istifadə edərək, şəxsin məlumatlarının əldə olunması, yayılması 2 ilədək həbs cəzasını nəzərdə tutur:

"Xakerlərin, IT mütəxəssislərinin kompüter, telefon və digər texnologiyalara qanunsuz müdaxiləsi Cinayət Məcəlləsi ilə cinayət əməli hesab olunur. Bununla bağlı bir neçə maddə var ki, kiber cinayətkarlığa görə məsuliyyət müəyyən edir. Bunlardan biri də şəxsin icazəsi olmadan onun məlumatlarının qanunsuz yolla əldə olunması, yayılması, yaxud istifadə olunmasıdır. Bu baxımdan kiminsə şəxsi məlumatları paylaşılıbsa, həmin şəxs hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Hüquq-mühafizə orqanlarının bununla bağlı kifayət qədər texniki proseduru var. Həmin müdaxilənin haradan, kim tərəfindən olduğu böyük ölçüdə müəyyən oluna, bunu edənlər məsuliyyətə cəlb oluna bilərlər. Bu cinayəti törədənlər iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".(bakupost)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1021   Tarix: 07 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yumurtadan qat-qat çox protein bərpa edir: Yaşıl mərcini yeyən xəstəlik nədir bilmir

Sağlam bədən quruluşu və inkişaf üçün lazım olan protein ehtiyacının ödənilməsində bitki mənşəli qidalar ön plana çıxır. Mütəxəssislər yaşıl mərcinin heyvani protein mənbələrinə güclü bir alternativ olduğunu bildirirlər. Qiymət artımı fonunda daha qənaətli və faydalı qida axtaranlar üçün paxlalılar il

28.06.2026 184
.

Təzə lobya sirkəli suda saxlanılmalıdır?

Təzə lobya sirkəli suda qısa müddətli saxlanıla bilər və bu üsul adətən təmizlik məqsədi ilə seçilir. Sirkə lobyanın üzərindəki çirklərin, tozun və bəzi mikroorqanizmlərin azalmasına kömək edir. Lakin lobya suda çox uzun müddət qalarsa, onun toxuması yumşala və təbii strukturu pozula bilər. Buna gör

28.06.2026 311
.

Avtomobil şinlərindəki rəngli xətlərin sirri məlum oldu

Yeni alınan avtomobil şinlərinin üzərindəki qırmızı, sarı, mavi və ya yaşıl rəngli xətlər əksər sürücülərin diqqətini çəkir. Bəs bu xətlər nəyi ifadə edir? Əksər sürücülərin düşündüyünün əksinə, bu işarələr şinin keyfiyyəti və ya performansı ilə bağlı deyil. xəbər verir ki, mütəxəssislərin bildirdiyin

28.06.2026 193
.

Gilasları daha yaxından araşdırdılar: Bizi loqo ilə aldadırlarmış

Beynəlxalq təchizat zəncirlərindəki yoxlamaların sərtləşdirilməsi ilə lüks meyvə bazarındakı milyard dollarlıq "saxta məhsul" şəbəkələri bir-bir ifşa edilir. xəbər verir ki, premium brendlərin loqoları ilə bazara çıxarılan gilasları laboratoriya şəraitində araşdıran mütəxəssislər istehlakçıları

27.06.2026 198
.

Günəşdən yanmısınız? - Dərini bərpa etməyin ən doğru yolları

Yayda çimərlikdə istirahət çox vaxt yalnız gözəl qaralma ilə deyil, həm də dəridə qızartı, quruluq və dartılma hissi ilə nəticələnir. Çimərlikdən sonrakı ilk günlərdə dəriyə düzgün qulluq uzunmüddətli qıcıqlanmanın və piqmentasiyanın qarşısını almağa kömək edir. bildirir ki, bu barədə məlumat yayıb

27.06.2026 163
.

Şarj cihazı daim qoşulu olarsa, nə baş verir?

Mütəxəssislər istifadə edilməyən şarj cihazlarının elektrik yuvasına qoşulu vəziyyətdə saxlanılmasının bəzi hallarda ciddi təhlükələr yarada biləcəyini bildirirlər. Onların sözlərinə görə, bu vərdiş həm yanğın riskini artıra, həm də lazımsız enerji sərfiyyatına səbəb ola bilər. Evlərdə telefon, noutbu

21.06.2026 235
.

Kimlər tez-tez rəngarəng yuxular görürlər?

"Qadınlar tez-tez rəngarəng yuxular, kişilər isə ağ-qara yuxular görürlər". xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Mixail Poluektov TASS-a müsahibəsində danışıb. O qeyd edib ki, tədqiqatlara əsasən, yuxulardakı "rəng amili" yuxu tənzimlənməsi ilə deyil, şəxsiyyət xüsusiyyətlər

28.06.2026 324
.

Hansı kərə yağı daha yaxşıdır? - 72,5, yoxsa 82,5 faiz?

Bir çox insan hesab edir ki, kərə yağının yağlılıq faizi nə qədər yüksəkdirsə, o qədər keyfiyyətli və faydalıdır. Buna görə də 72,5 faiz və 82,5 faiz yağlılığa malik kərə yağları arasında uzun illərdir müzakirələr davam edir. Qida texnoloqları və dietoloqlar bu iki məhsul arasındakı əsas fərqləri açıqlayıblar

28.06.2026 163
.

Mətbəxdəki bu əşyalardan dərhal qurtulun - Evin bərəkətini qaçırdır

Mətbəx yalnız yemək hazırlanan yer deyil, həm də ailə üzvlərinin bir araya gəldiyi vacib məkan hesab olunur. Feng şui mütəxəssislərinin fikrincə, burada harmoniya yaratmaq üçün təkcə düzgün rəng seçimi deyil, mənfi enerji yaydığı düşünülən bəzi əşyalardan da vaxtında qurtulmaq lazımdır. bu əşyaları təqdi

28.06.2026 203
.

TOP MP3