"Londondakı səfirliyimizə hücum dinə və əqidəyə yaraşan hadisə deyil" - Hacı Surxay
Xəbər verdiyimiz kimi, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Qrup üzvləri səfirliyin binasına daxil olub, vandalizm aktı törədərək binanın eyvanında dini bayraqlar qaldırıb, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.
Bildirilir ki, hücum "Mehdinin xidmətçiləri ittifaqı" ("The Mahdi Servants Union") dini qrupunun üzvləri tərəfindən təşkil olunub.
Azərbaycanın Londondakı səfirliyinə hücumun edilməsi cəmiyyətin həm dini kəsmi, həm də sıravi vətəndaşlar arasında kəskin narazılıq yaradıb.
Ölkə gündəmini zəbt edən hadisə ilə bağlı mətbuata açıqlama verən Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü hacı Surxay Məmmədli bildirdi ki, bu hadisə insanların dini inancına zərbədir: "Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücum heç də yaxşı hadisə deyil, insanların narazılığına səbəb olub. Sözsüz ki, bu hallar hansısa bir təxribatçı qrupun din adından yalan şüuarların səsləndirməsinin nəticəsidir. Baş verənlər qəbuledilməzdir. Bu cür fikirlərin, şüuarların ifadə edilməsi insanlığa böyük zərbədir. Mən bu hadisəni qətiyyətlə pisləyirəm, yolverilməzdir".
Hacı Surxay qeyd etdi ki, Azərbaycan bayrağının yerə atılması heç bir dini əqidəyə yaraşan hadisə deyil: "Çünki Azərbaycan bayrağının uğrunda on minlərlə vətən oğlu qəhrəmancasına vuruşub, qan töküb, şəhid olub. Belə bir addım heç bir dinə, əqidəyə yaraşan hadisə deyil. Bu hadisə eyni zamanda, bizim dövlətçiliyimizlə, insani dəyərlərimizlə ziddiyət təşkil edir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 774 Tarix: 05 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİsgəndəriyyədə nadir Roma villası və ictimai hamam aşkarlandı
Arxeoloqlar Misirin İsgəndəriyyə şəhərində nadir ictimai hamam və mozaika döşəməli Roma villasının qalıqlarını aşkar ediblər. Qaynarinfo-nun Arkeonews-a istinadən məlumatına görə, tapıntılar qədim şəhərin zamanla necə inkişaf etdiyini və məskunlaşmanı aydın şəkildə göstərir. Qalıqlar şəhərin cənub-şər
07.05.2026 219 "Toyota" 100 000 avtomobilini geri çağırır
"Toyota" ciddi asqı problemi ilə əlaqədar 100 00 avtomobilini geri çağırır. xəbər verir ki, geri çağırış 2006-2011-ci illərin "Toyota RAV4" krossoverlərinə, eləcə də 2010-cu ilin "Lexus HS 250h" hibrid sedanlarına təsir göstərir. Yeni geri çağırış əsasən Kanada bazarın
07.05.2026 218 Qida təhlükəsizliyi: düyü haqqında bilmədiklərimiz
"Ümumilikdə düyünün plastikdən hazırlanması həm iqtisadi, həm də fiziki baxımdan məntiqsizdir. Plastik qranulların istehsal xərcləri təbii düyünün becərilməsi və emalı ilə müqayisədə daha yüksəkdir. Belə olan halda heç bir istehsalçı daha baha başa gələn məhsulu ucuz qiymətə satmaz. Saxtakarlı
07.05.2026 326 Pəncərələri günəşli havada yumaq olmaz - SƏBƏBİ
Təmizlik mütəxəssisləri və yuyucu vasitə istehsalçıları eyni fikirdədir: günəşli havada pəncərə yumaq şüşə üçün edilə biləcək ən pis seçimdir. xarici mediaya istinadən xəbər verir ki, günəş şüaları altında su və yuyucu vasitə çox tez quruyur və şüşə üzərində elə izlər (ləkələr) qoyur ki, onları hətt
07.05.2026 255 Maşında meyit varmış, dedi iylənmiş yeməkdi - ŞAHİD İFADƏSİ
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə qətl törətməkdə təqsirləndirilən Fazil Feyzullayev və Abbasov Ülvinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə şahidin ifadəsi ilə davam edib. Şahid G.B təqsirləndirilən şəxsləri əvvəllər tanımadığını bildirib:
07.05.2026 290 Ermənistanda seçkilər Paşinyanın planlarını dəyişdi
Ermənistanın Baş naziri Nikol Pashinyan Rusiya Prezidenti Vladimir Putinə qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar 9 May paradında iştirak etməyəcəyini bildirib. xəbər verir ki, Paşinyan bu açıqlamanı "Armenpress" agentliyinin yayımladığı brifinq zamanı səsləndirib. "1 aprel tarixind
07.05.2026 227 Hava ilə bağlı - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında mayın 8-i səhər və gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Axşam.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın qısa müddətə intensivləşəcəyi ehtimal olunur. Azərbaycanı
07.05.2026 369 Bağçada tərbiyəçi uşaqlara kobudluq etdi, işdən çıxarıldı - Video
Sosial şəbəkələrdə Gəncədə yerləşən özəl bağçaların birində tərbiyəçi müəllimin dərs zamanı azyaşlılara qarşı kobud rəftar etməsi və təhqiramiz ifadələr işlətməsinə dair görüntülər yayılıb. "Qafqazinfo"nun məlumatına görə, Baku TV-yə danışan valideynlərdən biri - Əbabil Nağıyeva bildirib ki
07.05.2026 265 Bir mesaj bütün pulunuzu itirməyə səbəb ola bilər
"Xüsusilə kartın nömrəsi, son istifadə tarixi, CVV kodu və bankdan gələn SMS təsdiq kodları tam məxfi məlumatlardır. Bank, polis və ya kredit təşkilatı adı ilə müraciət olunsa belə, heç bir halda bu məlumatlar tələb edilə bilməz". Bunu BİG.AZ-az açıqlamasında İKT mütəxəssisi Bəhruz Əliyev bildirib
07.05.2026 270