Qablaşdırılmış su alarkən bunlara diqqət edin

Qablaşdırılmış su alarkən bunlara diqqət edinSu - insan orqanizminin normal fəaliyyəti üçün böyük əhəmiyyət daşıyır. Gündəlik müəyyən miqdarda su qəbulunun bütün yaş qruplarından olan insanlar üçün mühüm önəmi var. Çünki orqanizmin optimal fəaliyyətini təmin etmək üçün bədəndə maye balansını qorumaq vacibdir. Əks təqdirdə, əzələ zəifliyi, yorğunluq kimi problemlər baş qaldıra bilər. Orqanizmdə su çatışmazlığı yaranarsa, bu insanın fiziki fəaliyyətlə məşğul olma qabiliyyətini poza, böyrək və ürək-damar sistemi xəstəliklərinə səbəb ola bilər. Hədsiz su itkisi başağrısı, başgicəllənməsi və ya həzm problemlərinə də yol açır.

BiG.AZ-ın məlumatına görə, AQTA-dan bildirilib ki, bu simptomları aradan qaldırmaq üçün yenidən müəyyən miqdarda su qəbulu kifayət edir, ancaq içilən suyun keyfiyyəti də nəzərə alınmalıdır.

İstehlak edilən suyun tərkibində Ca, Na, K, Cl, Mg, Fe, Zn, Cu, Cr, I, Co, Mo və Se kimi elementlərin olması orqanizm üçün vacibdir. Ümumilikdə, içməli su ilə birlikdə orqanizmin daha çox aldığı mikroelementlər kalsium və maqneziumdur. Tələb olunan gündəlik su qəbulu ilə bədən bu elementlərin 20 %-nə qədərini təmin edə bilər.

Suyun pH göstəricisi də onun keyfiyyətini müəyyən edə bilmək üçün mühüm ölçü vahidi sayılır. İçməli suyun təmizlənmə və dezinfeksiyanın bütün mərhələlərində bu ölçü vahidinə diqqət yetirilməlidir. Suyun optimal pH göstəricisi 6.5-8.5 arasında dəyişir. Bu, dəyişiklik suyun tərkibi və paylama sistemində istifadə olunan materialların (boruların) xüsusiyyətindən asılıdır. Həmin göstəricinin aşağı olması (pH 7 və ya daha az) orqanizmə aşındırıcı təsir göstərə bilər.

Plastik materiallardan hazırlanmış qablaşdırma məmulatlarının ekologiyaya vurduğu zərərlə yanaşı, qida məhsullarının keyfiyyətinə də təsiri böyükdür. Belə ki, qablaşdırma materialları qida məhsulları ilə uzun müddət birbaşa təmasda olduqda onlardan suyun və ya qidanın tərkibinə zərərli maddələrin keçməsi mümkündür. Odur ki, hər bir istehlakçı su alarkən qablaşdırmanın üzərindəki işarələrə diqqət yetirməlidir.

Su və qida məhsullarının qablaşdırılmasında istifadə olunan bəzi materialların təkrar istifadəsi qadağandır:

- PETE – Birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik butulkalardır. Təkrar istifadəsi zamanı onların içərisindəki mayeyə ağır kimyəvi maddələr qarışa bilər.

- HDP və ya HDPE – Bu plastik demək olar ki, heç bir zərərli maddə yaymır. Suyu məhz bu plastik qablarda almaq məsləhət görülür.

- PVC və ya V – Bu materialdan hazırlanan qabdan azı 2 təhlükəli kimyəvi maddə ayrılır. Həmin maddələr orqanizmin hormonal balansına mənfi təsir göstərir.

- LDPE – Həm butulkaların, həm də plastik paketlərin hazırlanmasında istifadə olunur. Yalnız su konteynerləri üçün təhlükəsiz sayılır, bu materialdan hazırlanmış qablarda ərzaq məhsulu almaq məsləhət görülmür.

- PP – Qatıq və digər süd məhsullarının qablaşdırılmasında istifadə edilir. İsidilən zaman ərimir və demək olar ki, təhlükəsizdir.

- PS – Kofe stəkanları və fastfud konteynerlərinin hazırlanmasında istifadə olunur. Yalnız isidildikdə ondan təhlükəli kimyəvi birləşmələr ayrılır.

- PC və ya xüsusi işarələri olmayan plastiklər – Plastikin ən təhlükəli növüdür. Belə plastik qablarda su və ərzaq məhsulu almaq tövsiyə olunmur.

Bundan başqa, məhsulun etiketində istehsal tarixi və yararlılıq müddəti, saxlanma şəraiti, qablaşdırılma yeri, mineral tərkibi, pH (mühit) göstəricisi, duzların ümumi miqdarı kimi bir çox məlumatlar da öz əksini tapmalıdır.

Məhsulun etiketində qeyd edilmiş markanın adı ilə qapağın üzərindəki ad eyni olmalıdır. Qapağın möhkəm bağlanıb-bağlanmamasına da xüsusi diqqət etmək lazımdır.

İstənilən qida məhsulu kimi, qablaşdırılmış sular da düzgün temperaturda və şəraitdə (sərin, təmiz, quru və qoxusuz yerdə) saxlanılmalıdır, günəşlə təmasa və istiliyə məruz qalmamalıdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1471   Tarix: 04 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub

Seneqal sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 21 nəfər həlak olub. "Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə Seneqalın Daxili İşlər Nazirliyi (DİN) bildirib. Axtarış-xilasetmə əməliyyatı davam edir, hələlik sağ qalan yalnız bir nəfər tapılıb

08.11.2026 268
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. BİG.AZ APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb

10:22 199
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləy

12:16 139
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

08.11.2026 247
.

Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi

Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Ukraynanın Jitomir vilayətində yerləşən Ovruc elektrik yarımstansiyası tamamilə sıradan çıxıb. UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ovruc şəhərinin meri İvan Korud məlumat verib. Merin sözlərinə görə, elektri

08.11.2026 251
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

00:08 308
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

08.11.2026 261
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

11:52 153
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız müstəqilliyimizin, milli birliyimizin və dövlət suverenliyimizin rəmzidir

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, azadlıq mübarizəsini və müstəqil dövlətçilik iradəsini təcəssüm etdirən mühüm tarixi gündür. Azərbaycan bayrağı hər bir vətəndaş üçün Vətənə bağlılığın, milli kimliyin, tarixi yaddaşın və dövlətə sədaqətin müqəddəs rəmzidir

10:47 169
.