Orqanizmin qocalmasını gecikdirən vərdişlər açıqlandı - FOTO

Orqanizmin qocalmasını gecikdirən vərdişlər açıqlandı - FOTOOrqanizmin qocalmasını və demensiyanın inkişafını gecikdirmək üçün daha çox mütaliə etmək, yeni şeylər öyrənmək, qan təzyiqinə nəzarət etmək, daha çox hərəkətdə olmaq, pis vərdişlərdən uzaqlaşmaq və təbiətdə daha tez-tez gəzmək lazımdır.

Bu barədə Rusiyada Herontologiya Elmi-Tədqiqat Tibb Mərkəzinin direktoru, herontoloq, tibb elmləri doktoru Kirill Proşayev bildirib.

Onun sözlərinə görə, yeni məlumatları, ya xarici dilləri öyrənmək, ekskursiyalara getmək, kitab oxumaq heç vaxt gec deyil - bütün bunlar koqnitiv ehtiyatın yaranmasına kömək edir.

Mütəxəssis bildirib ki, fiziki aktivliyi az olan insanlarda bu funksiyaların yaşlandıqca daha da pisləşdiyi elmi şəkildə sübut olunub.

"Müəyyən edilmiş normalar yoxdur, lakin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) belə bir təlim sxemini təklif edir: həftədə 150 ​​dəqiqə yüksək intensivlikli və ya 300 dəqiqə orta intensivlikli məşqlər, 2-3 dəfə güc məşqləri və həftədə bir neçə dəfə balans məşqləri. Nə qədər çox hərəkət etsək, yaşlandıqda və qocalıqda koqnitiv funksiyalarımız bir o qədər yaxşı olar", - deyə Proşayev izah edib.

Herontoloq vurğulayıb ki, hər kəs öz təzyiqinə nəzarət etməlidir. Onun sözlərinə görə, hər hansı bir insanın, o cümlədən hipertoniya xəstələrinin təzyiqi 140/90-dan, yüksək qan təzyiqlə bərabər diabetdən əziyyət çəkənlərdə isə 130/80-dən də aşağı olmalıdır. Məhz bu versiyada onlar demensiyanın, infarktın və insultun, ürək, böyrək kimi orqanların zədələnməsinin qarşısını ala bilərlər.

Həkim əlavə edib ki, ekoloji cəhətdən əlverişsiz ərazilərdə yaşayan insanların təbiətdə daha tez-tez olması lazımdır.

"Ekoloji cəhətdən əlverişsiz bölgələrdə yaşayan insanların koqnitiv funksiyalarının vəziyyəti yaşla daha da pisləşir, buna görə də beyin funksiyasının qorunmasında vacib amil parklara, bağ evlərinə, şəhərətrafı ərazilərə baş çəkməkdir. Bir də siqaretin baş beyinə böyük zərər vurduğunu unutmamaq lazımdır", - deyə Proşayev sözlərini yekunlaşdırıb. (Oxu.az)


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1706   Tarix: 04 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub

Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand

01.11.2026 519
.

Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə

Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy

27.10.2026 826
.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri

25.10.2026 740
.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin

24.10.2026 764
.

Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!

Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v

02.11.2026 743
.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14.10.2026 850
.

Gözlərə də soyuq olur

Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his

10.10.2026 813
.

Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir

Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml

30.10.2026 761
.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25.10.2026 760
.