Bulvarda skuterlə "avtoşluq" edənlər: İnsanların rahatlığını pozanlar niyə cəzalandırılmır? - AÇIQLAMA
Son günlər Dənizkənarı Bulvar ərazisində insanların istirahətini pozan bir sıra nüanslar artıq fəsadlar yaratmağa başlayıb. Belə ki, əvvəl gənclərin ehtiyatsız şəkildə velosiped sürməsi bulvarda istirahət edən digər şəxsləri narahat edirdisə, indi bu problemə skuter sürənlər də əlavə olunub.
Artıq neçə gündür ki, hər kəs sosial şəbəkədə bu məsələ ilə bağlı iradlar paylaşır. Ötən gün sosial şəbəkədə paylaşılan məlumatlardan birində iddia edilib:
"Bulvar ərazisində skuterlə "avtoşluq" edən bir şəxs balaca uşağı vurdu. Nəticədə uşağın ayağı qırıldı, atası da həmin şəxsi döydü. Skuter sürənlərin ucbatından axşam bulvarda normal gəzmək olmur".
Bu sadəcə baş verən hadisələrdən biridir. Çoxsaylı şikayətləri nəzərə alaraq mövzuya toxunmaq qərarına gəldik.
Bulvar ərazisində mühafizə xidməti var. Bəs bu cür hallarda həmin mühafizə xidmətinin işi nədən ibarətdir? Mütləq hər hansı hadisə baş verməlidir ki, sonra reaksiya olsun?
Bulvar ərazisi boyu itlərin gəzintisi, velosiped və skuter sürülməsi üçün nəzərdə tutulan ərazilərdə xüsusi nişanlar var, doğrudur. Lakin əgər bu nişanlara riayət edilmirsə, kim, necə, hansı hadisənin, problemin qarşısını ala bilər?
Məsələ ilə bağlı "Dənizkənarı Bulvar İdarəsi"nin mətbuat xidmətinin rəhbəri Könül İmamverdiyeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən hadisə barədə məlumatlıdırlar:
"Təəssüf ki, belə bir hadisə olub. Eyni zamanda bir neçə vaxtdır skuterlə bağlı mövcud vəziyyətdən də İdarənin xəbəri var. Bildirmək istərdik ki, dənizkənarı bulvarda insanların kütləvi şəkildə istirahət etdiyi ərazilərdə skuterlərin, velosipedlərin hərəkəti ilə bağlı qadağanedici nişanlar yerləşdirilib. Ümumiyyətlə bütün bulvarın qadağanedici nişanlar olmayan ərazilərində skuterlərin, velosipedlərin hərəkətinə icazə verilir.
Lakin qadağanedici nişanlar qoyulubsa, orada skuter, velosiped sürmək olmaz. Bu, ərazidə istirahət edən sakinlərin təhlükəsizliyini qorumaq məqsədilə qoyulub. Bulvarın mühafizə xidməti insanların həmin nişanların tələblərinə riayət etmələrinə nəzarət edirlər. Skuterləri yüksək sürətlə sürən şəxslər gördükdə mühafizə xidmətinin əməkdaşları onlara xəbərdarlıq edir. Yəni, mühafizə xidmətinin səlahiyyəti yalnız xəbərdarlıq edərək, tövsiyə verməkdən ibarətdir.
Təəssüf ki, qanunvericiliklə elə bir səlahiyyətimiz yoxdur ki, hər hansı qadağa, məhdudiyyət tətbiq edək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 874 Tarix: 04 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSeneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub
Seneqal sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 21 nəfər həlak olub. "Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə Seneqalın Daxili İşlər Nazirliyi (DİN) bildirib. Axtarış-xilasetmə əməliyyatı davam edir, hələlik sağ qalan yalnız bir nəfər tapılıb
08.11.2026 268 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. BİG.AZ APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb
10:22 199 Sabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləy
12:16 139 Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
08.11.2026 247 Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Ukraynanın Jitomir vilayətində yerləşən Ovruc elektrik yarımstansiyası tamamilə sıradan çıxıb. UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ovruc şəhərinin meri İvan Korud məlumat verib. Merin sözlərinə görə, elektri
08.11.2026 251 Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
00:08 308 Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly
08.11.2026 261 Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
11:52 153 9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız müstəqilliyimizin, milli birliyimizin və dövlət suverenliyimizin rəmzidir
9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, azadlıq mübarizəsini və müstəqil dövlətçilik iradəsini təcəssüm etdirən mühüm tarixi gündür. Azərbaycan bayrağı hər bir vətəndaş üçün Vətənə bağlılığın, milli kimliyin, tarixi yaddaşın və dövlətə sədaqətin müqəddəs rəmzidir
10:47 169