Azərbaycan Ordusunun "Qisas" əməliyyatı ilə bağlı mətbuat konfransı keçirilib – YENİLƏNİB + VİDEO

Azərbaycan Ordusunun "Qisas" əməliyyatı ilə bağlı mətbuat konfransı keçirilib – YENİLƏNİB + VİDEOAzərbaycan Ordusunun avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə qarşı apardığı "Qisas" əməliyyatı ilə bağlı mətbuat konfransı keçirilib.

Oxu.Az xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov əməliyyatın detallarını açıqlayıb.

O qeyd edib ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib: "Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.

Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.

Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

Azərbaycan Respublikası dəfələrlə bildirmişdir ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür.

Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq".

20:38

Azərbaycan Ordusunun avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə qarşı apardığı "Qisas" əməliyyatı ilə bağlı mətbuat konfransı keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov əməliyyatın detallarını açıqlayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2592   Tarix: 03 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kobaxidze: Haaqa və Strasburq məhkəmələrində müharibə cinayətləri törətmədiyimizi sübut etdik

Gürcüstan Haaqa və Strasburq məhkəmələrində ordusunun müharibə cinayətləri törətmədiyini sübut etdi. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze ölkəsinin 2008-ci il müharibəsi ilə bağlı beynəlxalq məhkəmələrdə əldə etdiyi nəticələrdən danışarkən bəhs edib

11:30 147
.

Kolumbiya "Amerika qalxanı" alyansına qoşulacaq

Kolumbiyanın yeni prezidenti Abelardo de la Espriellya ölkənin ABŞ tərəfindən yaradılmış "Amerika Qalxanı" alyansına qoşulacağını bildirib. "Report" xəbər verir ki, o, bunu avqustun 7-də keçirilən andiçmə mərasimindən sonra dövlət başçısı kimi ilk çıxışında deyib. De la Espriellyanı

17:50 126
.

ABŞ-nin xəbərdarlıqlarına baxmayaraq, İran nüvə proqramını davam etdirir

ABŞ-nin 2025 və 2026-cı illərdə İranın üç əsas nüvə obyektinə endirdiyi zərbələr Tehranın proqramını tam dayandırmayıb, sadəcə onun icrasını ləngidib. xəbər verir ki, bu barədə "The New York Times" nəşri rəsmilərə və mütəxəssislərə istinadən məlumat yayıb. Tehran BMT müfəttişlərinin ən həssa

14:30 160
.

Gürcüstan və İran kriptobirjaları ABŞ sanksiyalarına məruz qaldı

ABŞ Maliyyə Nazirliyi Gürcüstanın "Shelbit" və İranın "Aban Tether" kriptobirjalarına qarşı sanksiyalar tətbiq edib. ABŞ hakimiyyətinin versiyasına görə, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu şirkətlərdən pulların yuyulması və ABŞ sanksiyalarından yayınmaq üçün istifad

19:20 92
.

Soyuq çaya və yeməyə görə şişi qızdırıb arvadına "dağ basdı" - Yardımlıda DƏHŞƏT

Yardımlıda arvadına işgəncə verən ər həbs olunub. -ın xəbərinə görə, hadisə Abasabad kəndində baş verib. İttiham aktına görə, 31 yaşlı Elçin Mütəllibov (şərti adla) yeməyin hazır olmamasını bəhanə edərək, qeyri-rəsmi şəkildə bir yerdə yaşadığı zərərçəkən Gülnarı (şərti adla) təhqir edib və yumruqla so

12:10 200
.

Azərbaycanda kişilər üçün pensiya yaşı YENİDƏN ARTIRILA BİLƏR? - 67-yə qədər...

Qadınlar üçün də pensiya yaşının 65-ə çatdırılması ilə Azərbaycanda pensiya yaşının mərhələli şəkildə artırılması prosesi başa çatıb. Bununla belə, demoqrafik və iqtisadi göstəricilər fonunda gələcəkdə, xüsusilə də kişilər üçün pensiya yaşının yenidən artırılıb-artırılmayacağı müzakirə mövzusu olara

00:19 324
.

Ukrayna bir həftə ərzində Rusiyanın "kölgə donanması"nın 12 gəmisini vurub

Ukrayna dronları bir həftə ərzində Qara və Azov dənizlərində Rusiyanın "kölgə donanması"nın 12 gəmisini vurub. "Report" xəbər verir ki, bu barədə Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi teleqram kanalında bildirib. Məlumata əsasən, gəmilər avqustun 1-8-

16:40 144
.

Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 23-27 isti, gündüz 29-33 isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütun

13:07 288
.

Nişan hazırlığı üçün köməyə getdi, bacısı oğlunun qızıllarını oğurladı

Salyan rayonunda qadın bacısı oğlunun və onun arvadının qızıllarını oğurlayıb. -a istinadən xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində baş verib. İttiham aktına görə, 38 yaşlı Sənubər Rəhimova (şərti adla) bacısı qızının nişanı üçün onların evinə gedib. Evdə nişan üçün hazırlıqlara kömək edərkə

00:13 303
.

TOP MP3