Nazirlik rəsmisindən Xəzər dənizinə köpəkbalığı buraxılması ilə bağlı AÇIQLAMA – YENİLƏNİB + VİDEO
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən gün sosial şəbəkələrdə Xəzər dənizinə köpəkbalığı buraxılması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya elmləri doktoru, professor Mehman Axundov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bu balıq növü köpəkbalığına bənzər naqqa panqassiusdur:
"Azərbaycana akvariumda yetişdirmək üçün iki növü gətirilir və 10-20 santimetr olduqda onu satırlar. Köpəkbalığına oxşar naqqa panqassius növüdür. Ancaq köpəkbalığından fərqlənən cəhətləri var. Köpəkbalığında qəlsəmələr bir neçə dəlikdən ibarətdir. Panqssiusda isə qəlsəmələr qapaqdır, ağzında dişi və bığcıqları yoxdur.
İki növünü - uzunüzgəcli və irigöz panqassiusu ölkəmizə gətirirlər. Bunlar şirinsu hövzələrində yaşayan növlərdir. Cənubi-şərqi Asiyada olurlar. Onlar xırda balıqlar, krevetka və nadir halda bitkilərlə qidalanırlar. Orta ölçüləri 50 santimetrə çatır. Onun yaşadığı şirin sularda uzunluğu 2-3 metrə də çata bilir".
"Vətəndaşımızda olan irigöz naqqa panqassiusdur. Azərbaycan Xəzər dənizinin mühitinin qorunması üzrə Tehran Konvensiyasının Bioloji Müxtəlifliyin Qorunması protokoluna qoşulub. Bu da protokola ziddir. Bu növlərin akvariumda yetişdirilib Xəzər dənizinə buraxılmasına icazə alınmalıdır. Burada elmi rəy mütləqdir. Bunu icazəsiz edən şəxs cəzalandırılmalıdır. Sözügedən naqqa panqassius Xəzər dənizində məhv olacaq. Biz monitorinqlər zamanı bu balıq növünə rast gəlməmişik. Çox güman ki, ölüb", - deyə o əlavə edib.
Nazirlik rəsmisi vətəndaşlara müraciət edib: "Heç kim akvariumda yetişdirilən balığı və digər növü icazəsiz Xəzər dənizinə və ya şirin su hövzəsinə buraxmasın".
21:30
Ötən gün sosial şəbəkələrdə Xəzər dənizinə köpək balığı buraxılması ilə bağlı video yayılıb.
Təşvişə səbəb olan məlum video insanlar tərəfindən birmənalı qarşılanmayıb.
APA TV-nin əməkaşları həmin köpək balığını dənizə buraxan şəxsi tapıb.
Məlum olub ki, həmin şəxs Elxan Osmanovdur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2500 Tarix: 01 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib. "9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı təbri
10:33 175 Şahzadə Uilyam və Keytin formasında tort hazırladı
Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya
08.11.2026 311 Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto
Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər
08.11.2026 253 İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycanın tarixi Qələbəsi və yeni geosiyasi reallıqların siyasi təhlili
8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, milli dövlətçilik iradəsinin, siyasi qətiyyətin və hərbi qüdrətin təntənəsidir. Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi hadisənin yalnız keçmişin qürur mənbəy
11:13 162 İlham Əliyevin Zəfər Günü müraciəti: Xankəndidən dünyaya verilən güclü Azərbaycan mesajı
8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, tarixi ədalətin və dövlətçilik iradəsinin təntənəsidir. Prezident İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciət isə bu möhtəşəm tarixi Qələbənin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir dah
10:57 172 ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
08.11.2026 274 Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
13:50 59 Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
08.11.2026 296 Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
11:52 164